ƏSA-nın yeni tamaşası anşlaq keçib

ƏSA-nın yeni tamaşası anşlaq keçib
30 aprel 2019
# 18:43

Azərbaycanın əlilliyi olan və olmayan aktyorlardan ibarət inklüziv ƏSA Teatrı aprelin 29-da Gənc Tamaşaçılar Teatrının səhnəsində nöbvəti dəfə ameriaklı yazıçı Con Steynbekin “Adamlar və siçanlar” tamaşasını nümayiş etdirib. Yeni interpretasiyada təqdim olunan “Adamlar və siçanlar-3. Fermadan qaçış” tamaşası anşlaqla qarşılanıb.

Tamaşanın nümayişindən əvvəl ƏSA Teatrının təsisçisi və rəhbəri Nihad Qulamzadə inklüziv teatrının fəaliyyətini davam etdirmə çətinliklərindən və görülən işlərdən danışaraq bildirib ki, ƏSA Teatrını yaşadan tamaşaçıların sevgisi və rəğbətidir. “Biz gördüyümüz işlərlə tamaşaçı sevgisinə cavab veririk”, deyən rejissor tamaşaçıları əmin edib ki, “Adamlar və siçanlar-3. Fermadan qaçış” tamaşasını birnəfəsə izləyəcəklər.

Daha sonra tamaşa nümayiş olunub. Quruluşçu rejissorun tamaşaya əlavə etdiyi yeni interpretasiya tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb. İnteraktiv şəkildə hazırlanan tamaşanın klassik üslubdakı versiyasından fərqi tamaşaçıların diqqətini daha çox çəkib.

Qeyd edək ki, ƏSA Teatrının repertuarında olan “Adamlar və siçanlar” tamaşası teatr tarixində ilk dəfə film effektlərinin uğurla istifadə olunduğu tamaşa kimi yadda qalıb. Nümayişdən dərhal sonra tamaşaçılara gənc yazar Elman Süleymanovun “Üçüncü dünya müharibəsi” kitabı hədiyyə olunub. Müəllif öz kitabını tamaşaçılar üçün imzalayıb.

Tamaşanın quruluşçu rejissoru Nihad Qulamzadə, baş meneceri Nicat Qulam, multi-media meneceri Elxan Xanəlizadə, işıq rəssamı Binyamin Sailov, fotoqrafı Şamil Mahmudbəylidir. Rolları Elşən Əskərov, Elvin Mirzəyev, Səmayə Ağayarova, Niyaz Qasımov, Cəmilə Məmmədli, Fərid Əliyev, İmran Lələyev, Günay Məmmədova, Emin Balayev və Orxan Əliyev canlandırıb.

# 4042 dəfə oxunub

Oxşar xəbərlər

44 filminin yeni tizeri yayımlandı

44 filminin yeni tizeri yayımlandı

17:38 12 sentyabr 2026
Zvyaqinstsevin filmi Fransanı "Oskar"da təmsil edəcək

Zvyaqinstsevin filmi Fransanı "Oskar"da təmsil edəcək

17:19 11 sentyabr 2026
Entoni Hopkinsin yeni layihəsi açıqlandı

Entoni Hopkinsin yeni layihəsi açıqlandı

15:30 11 sentyabr 2026
Xalq artisti Şeyx Əbdül:  "Bu gün şəxsi məsələləri kənara qoyaq..."

Xalq artisti Şeyx Əbdül: "Bu gün şəxsi məsələləri kənara qoyaq..."

12:40 11 sentyabr 2026
"Şabanoğlu Şaban" filminin davamı çəkiləcək

"Şabanoğlu Şaban" filminin davamı çəkiləcək

11:30 11 sentyabr 2026
"Bunker" filmi ayaq üstə alqışlandı

"Bunker" filmi ayaq üstə alqışlandı

10:30 11 sentyabr 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər