Azərbaycan yazarları gürcü jurnalında çap olunub

Azərbaycan yazarları gürcü jurnalında çap olunub
30 aprel 2019
# 14:03

Gürcüstan Yazıçılar Birliyin Azərbaycan bölməsinin "Körük" və ikidilli "Şəfəq-Sxivi" ədəbiyyat və sənət jurnallarının ilk sayları işıq üzü görüb.

Bölmənin rəhbəri Allahverdi Təhləlinin Kulis.aza verdiyi açıqlamaya görə, oxucular "Körük" dərgisinin bu sayında Azərbaycan ədəbiyyatının qələmlərindən Xaqani Qayıblının, Adilə Nəzərin, Vaqif Səyyahın, Hikmət Orhunun şeirləri ilə; Zahid Sarıtorpağın, Kamuranın, Qan Turalının, Ayxan Ayvazın və Ümid Nəccarinin hekayələri ilə; ( Allahverdi Təkləlinin və Qaraqaşoğlunun çevirməsində) gürcü ədəbiyyatından Akaki Dauşvilinin hekayəsi, Nana Exvayanın şeirləri ilə; dünya ədəbiyyatından F.Q.Lorkanın şeirləri ( Allahverdi Təkləlinin çevirməsində) və A.R.Bastosun hekayəsi ilə (E.Başkeçidin cevirməsində); eləcə də Fərhad Xubanlının Səməd Qaraçöp yaradıcılığı haqqındakı "Təklik və tənhalıq" başlıqlı qeydləri və Allahverdi Təkləlinin "Tərəkəmə sayalaması" etnoqrafik yazısıyla yanaşı, gənc rəssam Rasim Həsənlidən götürdüyü müsahibə ilə tanış olacaqlar.

"Səfəq-Sxivi" dərgisinin ilk sayında klassik ədəbiyyatımızdan M.P. Vaqifin, müasir ədəbiyyatımızdan Məmməd Arazın şeirləri, İsa Muğannanın hekayəsi (Zezva Medulaşvilinin cevirməsində); Zahid Sarıtorpağın, Xaqani Qayıblının, Lətif Mustafaoğlunun və Vüqar Sərdarovun şeirləri (dərginin baş redaktoru Qaraqşoğlunun və Bağater Arabulinin çevirməsində); Kamal Abdullanın, Səfər Alışarlının, Aqil Abbasın (İmir Məmmədlinin çevirməsində) və Ayxan Ayvazın hekayələri (Aidə Tağının çevirməsində); həmçinin Qaraqaşoğlunun Azərbaycan operasının ilk qadın qaranquşu Şövkət xanım Məmmədova haqqındakı yazısı və Allahverdi Təkləlinin gənc rəssam Rasim Həsənlidən götürdüyü müsahibə (Qaraqaşoğlunun çevirməsində) gürcü oxucularının müzakirəsinə verilmişdir.

"Səfəq-Sxivi" dərgisi ilk sayında azərbaycan oxucusu klassik gürcü ədəbiyyatnndan İlya Çavçavadzenin şeirləri (A.Təkləlinin çevirməsində), Mixeil Cavaxişvilinin hekayasi (Emin Elsevərin çevirməsində); müasir gürcü ədəbiyyatından Teymur Çalabaçvilinin, Davit Tedoradzenin, Eka Kaçayanın və Batu Daneliyanın şeirləri ( A. Təkləlinin çevirməsində); Revaz inanişvilinin ( Ayvaz Əlləzoğlunun çevirməsində), Qela Dumbadzenin (Nəriman Həsənoğlunun çevirməsində), Giya Lomadzenin və İrakli Şamatavanın ( Qaraqaşoğlunun və A. Təkləlinin çevirməsində, İrakli Lomourinin və Giorgi Sosiaşvilinin hekayələrini (Əziz Dəlivəllinin çevirməsində), həmçinin Təranə Məhərrəmovanın gürcü rəssamı Zurab Sereteli haqqındakı yazısı və Zaal Botkovelinin görkəmli gürcü yazıçısı Quram Pançikidzeyə həsr etdiyi yazıyla ( Qaraqşoğlunun çevirməsində) tanış olacaqdır.

Onu da qeyd edək ki, Gürcüstan Yazıçılar Birliyinin Azərbaycan bölməsi hər iki dərgini heç bir maliyyə dəstəyi olmadan, öz şəxsi vəsaiti hesabına çıxarır.

# 3726 dəfə oxunub

Oxşar xəbərlər

Zəfər Günü münasibətilə  Bakı bulvarında konsert və atəşfəşanlıq olacaq

Zəfər Günü münasibətilə Bakı bulvarında konsert və atəşfəşanlıq olacaq

16:49 31 oktyabr 2026
Raye “Mercury Prize”  qazandıqdan sonra albomunun satışını 275 faiz artırdı

Raye “Mercury Prize” qazandıqdan sonra albomunun satışını 275 faiz artırdı

15:30 31 oktyabr 2026
MaklmorUN Fələstinə dəstək  konsertində 13 min nəfər iştirak etdi

MaklmorUN Fələstinə dəstək konsertində 13 min nəfər iştirak etdi

15:00 31 oktyabr 2026
Cey-Z  "Super Bowl"un fasilə şousunda çıxış edəcək

Cey-Z "Super Bowl"un fasilə şousunda çıxış edəcək

14:30 31 oktyabr 2026
Cudi Denç ekranlara qayıda bilməyəcəyini açıqladı: “Artıq görə bilmirəm”

Cudi Denç ekranlara qayıda bilməyəcəyini açıqladı: “Artıq görə bilmirəm”

14:00 31 oktyabr 2026
Corc Mayklın məşhur gitarası hərraca çıxarıldı –  Ailə daxilində mübahisə yarandı

Corc Mayklın məşhur gitarası hərraca çıxarıldı – Ailə daxilində mübahisə yarandı

13:00 31 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər