writer1

Günel Natiq

Məqalə sayı

147
clock11:15 calendar-gray 23 Aprel 2019 view-gray1034 dəfə oxunub
view-gray1034 dəfə oxunub

İtini oğlanlarından ağıllı sayan yaşlı qadın

“Hər məhəllədə sahibsiz itlərin sığınacağı olmalıdır”. Bu sözləri Türkiyədə uşaq bayramı ərəfəsində bir günlük bələdiyyə başqanı seçilən kiçik qız dedi. Kiçik qızın sözləri əslində cəmiyyətə mesaj idi.

Bəs niyə belə sadə çözümlərin əvəzinə hər şeyi mürəkkəbləşdiririk, çözüm yolunu həll etməkdə deyil, məhv edib dağıtmaqda görürük.

Bakıda kiçik yaşlı oğlan quduz itin hücumuna məruz qalıb, ağır yara alıb. Əlbəttə, bu çox üzücüdür. Amma ağrıyan yeri kəsmək yox, o ağrıya gətirib çıxaran nəsnənin kökünü kəsmək lazımdır.

Bakıda sahibsiz itlər o qədər də çox deyil. Onlara müxtəlif yerlərdə sığınacaq yerləri təşkil etmək də müşkül deyil. Bu işləri könüllülərə də həvalə etmək olar, əsas odur, istək olsun.

Heyvanları şüursuz hesab edirik, amma onlar bəzən insandan hissiyyatlı olur. Bir yaşlı qadın deyirdi ki, evimizdəki küçük uşaqlarımdan ağıllıdır. Onlara otaqdan çıxandan sonra elektrik hədər yerə getməsin deyə işığı söndürməyi tapşırıram, amma unudurlar. Balaca it isə hər şeyi başa düşür. Uşaqlar otaqdan çıxandan sonra divara tullanıb rozetkaya toxunur.

Keçən dəfə evdən çıxanda dayanacağa gedən yolu bir sahibsiz itlə “bölüşməli” olduq. Zavallı canlı mənim ondan çəkindiyimi hiss edir, ona görə bir az ara verib dayanır, mənim gəlib-keçməyimi gözləyirdi. Hətta üzünü elə yana tuturdu ki, guya məni görmür.

Mən isə bəzən şüursuz sandığımız itlərin nə qədər anlayışlı ola bildiyini düşünərək hüzur və dinclik içində yol gedirdim.

“Sahibsiz itlər güllələnsin”, deyirik. Bəlkə bu yöndə tədbirlərin görülməsi üçün əlimizdən gələni edək? Axı insan zombi deyil ki, ətrafdakı canlıları öldürərək tənhalıqda yaşasın. Bir də son vaxtlar ölkədə sahibsiz itlər üçün sığınacaqlar yaradılıb, bir təhlükə hiss edəndə həmin sığınacaqlara müraciət etmək olar, ən azı nəsə etməyə cəhd göstərə bilərik. Bu, “itlər güllələnsin” tələbindən daha az qorxuludur.

Statistika göstərir ki, sahibsiz itlərdən çox ev itlərinin hücumuna məruz qalırıq. Bəs bunun çözüm yolu nə olsun? Qonşuların da itini öldürməliyik? Yox, əzizlərim, inanmıram, sahibsiz itlərin güllələnməsi tələbindən sonra evimizdə rahat vicdanla yataq.

Avropada sahibsiz itlər problemi qismən çözülüb. Orda sığınacaqlar daha çoxdur, heyvansevərlər sahibsiz itlərin qayğısına qalırlar və s. Avropalılar itləri elə çox sevirlər ki, hətta Facebookda da profil şəkillərinin yarıdan çoxunda it təsvirləri olur.

Rusiyada da bu problem yetərli qədər aktualdır, hərçənd ruslar ev heyvanlarını sevir, qorumağa çalışırlar. Sadəcə lazımi yerlərdən dəstək ala bilmirlər. Ona görə bəzən aqressiv tələblərlə çıxış edirlər.

Daha bir aktual problem var. Ruslar aqressiv hərəkətləri insanlarda vahimə yaradan məxluqlardan gileylənirlər. Onlara əsasən ərzaq mağazalarının qabağında rast gəlmək olar. Yekəpər kişilərə hücum etməyə cəsarət etmirlər, qadınlar və uşaqlar isə özlərini təhlükədə hiss edir. Bir ara onları zəhərləyirdilər. Ölənlərin sayı xeyli artandan sonra problemin çözülməsinə federal orqanlar qoşuldu.

Amma söhbət itlərdən yox, alkaşlardan gedir. Rusiyada onların sayı sahibsiz itlərdən də çoxdur. Gördüyünüz kimi təhlükə təkcə sahibsiz itlərdən gəlmir.

Rus şəhərlərində ara-sıra küçə itlərini zəhərləyən könüllülər dəstəsi peyda olur. İtlərin çox olduğu yerlərə zəhərli maddələr qatılmış ərzaqlar tullayırlar. Keçən günlərin birində həmin ərzaqdan bir xanımın ev iti zəhərlənib. Şahidlər danışırmış ki, it əzablar içində qıvrılırdı. Qadına köməklik göstərib iti klinikaya aparıblar, amma artıq gec imiş.

Övladları üçün narahat olan valideynləri anlayıram, amma sahibsiz itlərin öldürülməsini tələb etmək qəddarca və düşünülmədən verilən bir qərardır. Sovet vaxtı küçə itlərini güllələyirdilər, həmin mənzərədən travma almış, uzun müddət həmin stressi adlada bilməyən insanlar vardı. Onların aldığı travma həmin quduz itlərin basqınından daha dəhşətli idi, çünki insan hər şeylə mübarizə edə bilər, amma içindəki basqınla əsla.

Bəlkə küçə itlərini öldürməklə bütün təhlükələrdən sığortalanmış olacağıq? Təhlükə hər yerdən sıza bilər. Yaşamaq özü bir riskdir. Təkcə bir məqamı deyim ki, nəqliyyat vasitələrinin keçməsinin yasaq olduğu yerlərdə belə hər addımda risklə üz-üzəyik. Bəlkə diqqətimizi bir az da bu tərəfə yönəldək? Aqressiv sürücülərin qurbanları quduz itlərin qurbanlarından çoxdur. “İçindəki canavarı öldür” - bir ara Türkiyənin televiziya reklamlarında bu şüarı maşın qəzalarının qarşısını almaq üçün aqressiv sürücülərə yönəldirdilər.

REKLAM

Yazarın digər yazıları

Xəbər lenti

Miri Yusif "Yaşat" fondu üçün konsert verəcək
15:29 26 Yanvar 2021
Zeynəb Xanlarova ilə oxumaqdan imtina etdi, yoldaşı ilə 55 il nikahsız yaşadı, qızının dəfninə getmədi – Xalq artistindən maraqlı faktlar
14:50 26 Yanvar 2021
Fellininin prodüseri vəfat etdi
14:02 26 Yanvar 2021
Akif İslamzadənin albomu yeni onlayn platformada - Foto
13:20 26 Yanvar 2021
Nazirliyin yeni komandası film çəkilişlərinə qarışacaqmı? – Gənc rejissor yazır
12:40 26 Yanvar 2021
Müharibədə iştirak edən ilk qadın müğənni: O, ilk konsertindən cəmi bircə manat qazanmışdı – Aygün haqda bilmədiklərimiz
12:01 26 Yanvar 2021
İsa Hüseynovun hekayəsi "Dünya novellası antalogiyası"nda
11:35 26 Yanvar 2021
Rasim Balayev: “Çəkildiyim filmlərə baxanda pis oluram”
10:26 26 Yanvar 2021
Aygün 50 yaşını yeni kliplə qeyd etdi - Video
10:00 26 Yanvar 2021
İncəsənət Muzeyinin direktoru "Qızıl ulduz" medalı ilə təltif edildi
09:30 26 Yanvar 2021
Ölən uşaqlar Kürün quru yatağında ora-bura qaçırdılar – İlham Əzizdən yeni hekayə
09:00 26 Yanvar 2021
Dayısı oğlu onu zorladı, bacısı ilə sevgili oldu, özünü göldə boğdu...
21:00 25 Yanvar 2021
Venesiya karnavalı ilk dəfə onlayn formatda keçiriləcək
19:03 25 Yanvar 2021
Şuşa Teatrı haqqında film çəkildi
18:38 25 Yanvar 2021
Brilliant, Faiq, Aygün, Röya... - Onları belə görmədiniz
17:47 25 Yanvar 2021
Gecə qəfil evimə gələn qaradərili oğlan – Azər Əhmədovun qısa hekayələri
17:11 25 Yanvar 2021
Afaq Məsud Meksika səfiri ilə görüşdü
16:47 25 Yanvar 2021
Azərbaycanlı bəstəkar haqqında kitab çap edildi
16:33 25 Yanvar 2021
Dövlət varidatı elan olunmuş əsərlərdən istifadəyə görə qonorardan istifadə qaydası
15:55 25 Yanvar 2021
Atamın Qarabağda qalan əlləri – Hekayə
15:17 25 Yanvar 2021