news-inner
clock18:41 calendar-gray 17 Aprel 2019 view-gray355 dəfə oxunub
view-gray355 dəfə oxunub

Tanrı ilə söhbət

Kulis.az Nihat Piriyevin “Tanrı ilə söhbət” hekayəsini təqdim edir

...hərdən anam yuxuma girir. Nədənsə həmişə onu ağlayıbmış kimi görürəm. Axı cənnətdə adamları incitmirlər. Bəs niyə ağlayır ? Mənə görə narahatdırsa, olmasın. Vallah, mən yaxşıyam.

Bilirsən, dayım arvadı xəstələnib. O gün həkimlə danışanda eşitdim. İndi mənə qarşı çox yaxşı davranır. Sən heç hər gün iki dənə iri ət tikəsi yemisən? Amma mən yeyirəm, tox olsam belə zorla yedirir məni. O gün gecə mənim üçün sevdiyim kökələrdən də bişirmişdi. Niyə belə mehriban olmasını bilmirəm, amma belə çox yaxşıdı. Kaş həmişə belə ola...

Gülər deyir ki, əslində, anası mehriban adamdı. Sadəcə bir az əsəbidir. Mən də, əvvəllər, nədənsə həmişə onun əsəbi vaxtına düşürəmmiş. Nəbilim?

Anası tez-tez Gülərin saçını hörür. Uzun hörüklər ona çox yaraşır. Lap mənə yetimlik yaraşan kimi...

Məktəbə də onunla bir yerdə gedirik. Deyir ki, mən onun yanında olanda heç nədən qorxmur. Bir dəfə məktəbdə bir oğlan Gülərin saçını dartmışdı. Mən də onu yaxşıca əzişdirdim. Lap özümü qəhrəman kimi hiss edirdim. Amma sonra eşitdim ki, onun da anası yoxdu. Peşman olub, gedib üzr istədim, ikimiz də ağlamışdıq. Adamın anasının olmaması çox pis şeydir. Bunu məndən yaxşı kimsə bilə bilməz. Mənə güclü olmağı anam öyrədib. Anam həmişə deyirdi ki, mənim səndən başqa kimsəm yoxdu. Ona görə də məni sən qorumalısan. Niyəsə mənə də elə gəlir ki, mənim də ondan başqa kimsəm yox imiş. Dayım yaxşı baxır mənə, amma özümü həmişə yad kimi hiss edirəm. Elə bil ki, kim olduğumu belə bilmirəm...

Dayımla o gün qəbirsanlığa getmişdik. Nənəmin də, atamın da, anamın da qəbrini ziyarət etdik. Həyətdən dərdiyim güllərdən də aparmışdım. Anam çox sevirdi gülləri. Dayım tapşırmışdı ki, orada çox ağlamayım. Deyir, anam yoxsa cənnətdə narahat olar. Ona görə özümü saxladım. Amma evə gələndən sonra həyətin başındakı ağacın yanına qaçıb, doyunca ağladım.

Çox darıxıram onlar üçün. Həmişə darıxanda o ağacın yanına gedib, öz- özümlə danışıram. Dayım da əsəbiləşib deyir ki, kəsəcəm o ağacı. İstəmir orada oturum, amma mən o ağacın yanında anamı daha yaxşı xatırlaya bilirəm. Bütün ağrıları ilə, bütün yoxluğu ilə...

Bizim evin arxasında da buna oxşayan bir ağac vardı. Gecələr anamı yatağında tapmayanda həmişə o ağacın yanında olurdu. O da ağacın yanında oturur, öz-özünə danışır, bəzən də ağlayırdı. Mən gələn kimi isə soyuqdur - deyib, içəri keçərdi. Hamısı indiki kimi yadımdadır, hamısı...

Dayım qəbirsanlıqdan gələndə məndən soruşdu ki, bibindən narazı deyilsənki? Bax əgər narazısansa de. Əvvəllər heç belə sual verməzdi. Mən də dedim ki, yox, o, mənə yaxşı baxır, lap anam kimi. Amma sonra dediyimə peşman oldum. Çünki anamın yerini heç kim verə bilməz, heç kim...

Nə qədər istəsəm də dayım məni qonşu qarı nənənin qəbrinə aparmır. Dayım deyir ki, o, çox pis adam olub. Amma, vallah, düz fikirləşmir. Çünki atam anamı həmişə evdən qovanda o, bizi öz evinə aparardı. Anamı sakitləşdirərdi, eynən, anam məni sakitləşdirən kimi.

Qəribədir, mənə yaxşılıq edənləri heç kəs çox istəmir. Elə sən də istəmirsən. Yoxsa, onları öldürməzdin ki...

Bir dəfə Gülərlə məktəbdən gələndə ona dedim ki, mənimlə qəbirsanlığa gəlsin. Gəlmədi, qorxdu. Gülər deyir ki, qəbirsanlıqda ruhlar olur. Onlardan qorxur. Amma mən heç nədən qorxmuram. Məni qorxulardan qoruyan kimim varsa, hamısı oradadı. Nədən qorxum ki?

Ona görə də cəsarətimi toplayıb tək getdim qəbirsanlığa. Əvvəl bir az qorxsam da, sonra yavaş-yavaş özümə gəldim. Bütün qəbirsanlığı gəzib, həmin qarı nənənin qəbrini tapanda, yanında oturub ağlamadan, kişi kimi onunla söhbət edəndə başa düşdüm ki, artıq böyümüşəm...

Ondan sonra özümü böyük adamlar kimi aparıram. Daha istəmirəm ki, mənə uşaq kimi yazıqları gəlsin. Dayım da tez-tez deyir ki, böyümüsən, artıq yekə kişisən. Düz deyir elə. Özümü əvvəlki qədər tək, gücsüz, aciz hiss eləmirəm. Ən çox da bu yetim sözündən zəhləm gedir. Düzdü, neynəsəm də, yetim olduğumu qəbul edirəm, amma kiminsə mənə yetim kimi baxmasını, yazığı gəlməsini istəmirəm.

Elə bilirəm ki, böyüsəm, daha heç kəs mənə yetim kimi baxmaz. Özüm öz qeydimə qalaram. Özüm işləyərəm, özümə yemək alaram, paltar alaram. Anam da daha yuxularıma gəlib ağlamaz. Çünki o hər gün o qədər ağlayırdı ki, hər gün o qədər şikayətlənirdi ki... İstəmirəm yenə ağlasın, məndən nigaran qalsın.

Nənəm həmişə deyirdi ki, Allah bağışlayandır, hamını bağışlayır. Bilirəm, sən atamı bağışlamısan, amma nə olar, elə et ki, anam da onu bağışlasın...

Çünki nə vaxtsa ölsəm, heç olmasa orada ailə kimi yaşayaq. Mən axı sənin yanında da yetim olmaq istəmirəm...

news-inner-user

11839 məqalə

Paylaş

Oxşar xəbərlər

Xəbər lenti

Şirməmməd Hüseynovdan sitatlar: “Bilirsiniz, kimə səcdə etmək lazımdır?”
11:20 25 İyun 2019
11 yaşlı Lent.azın uğur açarı
11:00 25 İyun 2019
Prezident məşhur aktrisaya ev verdi
10:47 25 İyun 2019
Gürcüstanda kinoteatrlar filmlərin rus dilində nümayişindən imtina edir
10:26 25 İyun 2019
Xalq Teatrları Festivalı başa çatıb
09:49 25 İyun 2019
Dəlixanada üsyan qalxdı: bir-birlərini öldürdülər – Bir dəlinin gündəliyi
09:00 25 İyun 2019
Şirməmməd Hüseynov vəfat edib
21:29 24 İyun 2019
Ayrılıqdan betər dünyada nə var?! – Günün Şeiri
20:58 24 İyun 2019
Vaqif Səmədoğlunun büstünün açılışı olub - Fotolar
19:03 24 İyun 2019
Yaponiyanın simfonik orkestri Qara Qarayevin əsərini ifa edəcək
18:44 24 İyun 2019
Dünyanın ən bahalı gitarası hərracda satıldı
18:01 24 İyun 2019
"Bizim həyatımıza dəxli yoxdur" - Türkiyədə yaşayan yazarlarımız İmamoğlundan danışdılar
17:33 24 İyun 2019
Uçan avtobus - Orxan Həsənidən hekayə
17:01 24 İyun 2019
Şöhrətin o biri üzü – Aliyə yazır...
16:20 24 İyun 2019
"Şəki" sənədli filmi beynəlxalq festivalda mükafat qazanıb
16:00 24 İyun 2019
Ay üstünü örtür – Yeni hekayə
15:31 24 İyun 2019
Rizvan İsmayılın fərdi sərgisi olacaq
14:20 24 İyun 2019
Bu məşhur yazıçılarımızı bir arada görmədiniz - Fotolar
13:30 24 İyun 2019
Mütləq kimisə öldürməliyəm... – İntihar edən yazıçı
13:04 24 İyun 2019
ƏSA-dan mövsümün son tamaşası
12:40 24 İyun 2019