news-inner
clock09:10 calendar-gray 11 Aprel 2019 view-gray546 dəfə oxunub
view-gray546 dəfə oxunub

Moskvada 100 yaşlı Qarabağ xalçası nümayiş olunub

Moskvadakı Şərq Xalqları İncəsənəti Dövlət Muzeyində "Məkanın harmoniyası. Azərbaycanın ənənəvi incəsənəti" adlı sərgi açılıb.

ONA -nın Moskva müxbirinin verdiyi məlumata görə, Rusiya və Azərbaycanın Mədəniyyət nazirlikləri, eləcə də Rusiya Dövlət Şərq Xalqları İncəsənəti Muzeyi və Azərbaycan Xalça Muzeyinin təşkilatçılığı ilə keçirilən sərgidə Azərbaycan Xalça Muzeyi və Dövlət Şərq Xalqları İncəsənət Muzeyinin kolleksiyalarına aid 100-dən çox dekorativ-tətbiqi sənət nümunəsi nümayiş olunub.

Sərginin açılış mərasimində çıxış edənlər dünyanın ən əsrarəngiz muzeylərindən olan Azərbaycan xalça muzeyinin eksponatlarının Moskvanın Şərq xalqları Muzeyində nümayiş olunmasının hər iki ölkənin mədəni həyatında əlamətdar hadisə olduğunu vurğulayıblar.

Azərbaycan Xalça Muzeyinin direktoru Şirin Məlikova nümayiş olunan ekspozisiyada xalça və tikmələr, geyim, mis qablar, zərgərlik əşyaları təqdim ediləcəyini bildirib: "Sərginin qonaqları muzeyin zəngin kolleksiyasından XIX əsrə və XX əsrin əvvəllərinə aid Azərbaycan evlərinə xas ənənəvi xüsusiyyətləri ilə seçilən əşyalarla da tanış olacaqlar".

Rusiya Şərq xalqları İncəsənəti Muzeyininin kuratoru Mariya Filatova isə sərgini çox mühüm hadisə adlandırıb: "Çünki sərgiyə gələnlər heç vaxt görmədikləri ilə qarşılaşırlar. Bugünkü sərgi həm Şərq xalqları İncəsənəti Muzeyinin, həm də Azərbaycan xalça muzeyinin eksponatlarının birgə nümayiş olunduğu ilk məkan olacaq. İki kolleksiyanı birləşdirən bu sərgi heç vaxt nümayiş olunmayıb. Biz moskvalılara şərq xalqları muzeyində olmayan eksponatları görmək çox maraqlıdır. Bunlar Bakıdan gətirilən şərq toxumalarına dair eksponatlardır, hansılar ki, Azərbaycan mədəniyyəti və onun ustalığının göstəriciləri haqqında xəbər verir".

Sərginin ən əhəmiyyətli eksponatı isə XIX əsrə aid Qarabağın "Bəhmənli" xalçası olub. Bu xalça 1918-ci ildən Moskvanın Şərq Xalqları İncəsənəti Muzeyinin eksponatları sırasına düşüb.

M.Filatova bugünkü sərginin bir nömrəli eksponatının məhz "Bəhmənli" xalçası olduğunu söyləyib: "Moskvanın Şərq xaqları incəsənət Muzeyinin kolleksiyası məhz bu xalçadan başlayıb. Qarabağın "Bəhmənli" xalçası 1918-ci ildən yaradılan Şərq xalqları muzeyinin ilk eksponatıdır".

Qeyd edək ki, "Məkanın harmoniyası. Azərbaycanın ənənəvi incəsənəti" adlı sərgi bir ay müddətində ziyarətçilər üçün açıq qalacaq.

news-inner-user

15802 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

Sadəcə, Şahin - Səbuhi Məmmədli yazır...
11:18 11 İyul 2020
Orxan Pamuk Qərbə yarınır - Şəhriyar yazır...
10:21 11 İyul 2020
Tofiq azərbaycanlı qızı ləkələyir, rus qızıyla evlənir – Məşhur filmin pərdəarxası
08:59 11 İyul 2020
"Sabir Rüstəmxanlı ilə Sirus Təbrizlini atam bu otaqda barışdırdı" - Sabir Əhmədlinin evindən reportaj
21:01 10 İyul 2020
Türkiyəli aktyor ölümlə təhdid olunur
18:17 10 İyul 2020
Əti, sümüyü var, qanı yoxdur – Həmkarları İlham Əzizi tənqid edir...
17:29 10 İyul 2020
Berqmanın filmi əsasında serial çəkilir
16:39 10 İyul 2020
Azərbaycanlı müğənni koronavirusdan sağaldı
15:50 10 İyul 2020
Əliağa Vahidi ölümdən qurtaran dostu - Maraqlı faktlar
15:07 10 İyul 2020
Dördbucaqlı qətl hadisəsi – Əli Şirin Şükürlü yazır
14:20 10 İyul 2020
“Çəkməli pişik” onlayn göstəriləcək
13:39 10 İyul 2020
"Heç yerə çıxarda bilmirik" - Vaqif Bayatlıdan xəbər var
12:52 10 İyul 2020
Süni şöhrətə qaçan gənc şair və Allahın “cangüdənləri” – Sərdar Amin yazır...
12:15 10 İyul 2020
Tarık Akanın heç yerdə bilinməyən söhbəti
11:12 10 İyul 2020
Səni sevən öldü, zalım – Səhər Əhməd yazır...
10:35 10 İyul 2020
Notr-Dam kilsəsi yenidən bərpa ediləcək
10:01 10 İyul 2020
Dodağının altında məni söyüb qarğıyırdı - Bircənin romanı
09:00 10 İyul 2020
Xalq artistinin oğlu vəfat etdi
01:53 10 İyul 2020
Azərbaycanlı alimin kitabı Avropa dillərində nəşr olunacaq
18:37 09 İyul 2020
Uşaqlar üçün tamaşa
17:56 09 İyul 2020