Ən çox seks səhnələri olan film

Ən çox seks səhnələri olan film
9 aprel 2019
# 17:32

“Xəbərdarlıq! Eynəyinizi taxın və gözünüzü ekrana tuşlayın, bir azdan eşq başlayır”.

Bu sitat rejissor Qaspar Noenin “Sevgi” filmindəndir.

Sevgi nədir sualına cavab axtarırıq. Sevgilisindən ayrılmış qəhrəmanımız peşmandır. Bir qızı və həyat yoldaşı var. Ancaq o tez-tez keçmişini xatırlayır. Unuda bilmədiyi qadını. Filmdə seks, ehtiras, sevgi, nifrət, peşmançılıq, əzab dolu hisslər var.

Rejissor bütün bu duyğuları, yaşantıları estetik formada bizlərə çatdırır və belə bir sual qoyur:

“Sevgimi, seksmi?”

Freydin təbirincə desək, sevgi yoxdu, libido var. Ancaq filmdə sevginin çılpaqlığı üzə çıxır, onu bizə başqa formada göstərir...

Qəhrəmanlarımız durmadan sevişirlər, müxtəlif partilərə gedir, əylənirlər. Qadın kişisinə azadlıq verir. Bu azadlıq kişinin sonunu gətirir. Qonşu qızını hamilə buraxır. Bu, artıq xəyanətdir. Qadın bu xəyanəti bağışlamır. Azadlıq sevgiyə uduzur.

Bu yerdə filmin rejissoru Noeyə sözü verək:

“Sevgi bir işıqdır, aydınlanmadır. Sərt bir içki kimidir. Əvvəlcə ona öyrəşərək başlayırsan. Sevmək hissinə beləcə bağlılıq yaranır. Bu bir növ beynindəki kimyəvi maddələrin açılmasına oxşayır: serotonin, endorfinin, dopaminin. Onlar sizin beyninizdə işləyir və bir başqa insanın iyinə, enerjisinə aludəçilik yaratmağa başlayır. Sevmək ideyası tərəfindən daşa dönürsən. Və vaxt gəlib münasibət bitəndə isə sən dəhşətverici bir ağrı içində olursan, iynəsi qalmayan heroin aludəçisi kimi. Şəhvət dolu olan qucaqlamaq, öpüşmək, sevişmək kimi hisslər artıq beynində həkk olunub, qaça bilmirsən.”

Bir dəfə mən də keçmiş sevgilimlə qarşılaşmışdım. Bakı gözlərimdə küsəyən bir uşağa bənzəyirdi o günlərdə. Ya da mənim gözlərimdə elə görünürdü. Bilmirəm. Aylarca sevdiyim qızı unutmağa çalışırdım. Alınmırdı. Bəzi gecələrsə sanki onun səsini eşidirdim. Qarşılıqsız sevgi həyatımı bədbin, rəngsiz hala çevirmişdi...

- Aa... sən?


- Necəsən?


- Təsadüfə bax.


- Çox qəribədir!

Gözlərinin içinə baxdım. Hardasa oxumuşdum ki, belə edəndə qızlar səni sevir. Məni çox sorğu-suala tutdu. Onun bütün cümlələri sualla bitirdi.

- Dərsə gedirsən?


- Yox


- Bəs niyə tələsirsən?


- Mən onsuz da, həmişə tələsirəm...

Sonra gəlib-keçən adamlara baxırıq. İkimiz də nə deyəcəyimizi bilmirik. Elə bil aramızdan qara bir ilan keçib. Heç sağollaşmağa da imkan olmur. O, əlini havada yelləyib, sakitcə uzaqlaşır. Mən ardınca baxıram. Birdən dostumun zarafatla dediyi sözlərini xatırlayıram: "Tələsən qızları unutmaq olmur".

Bir dostum var, illər öncə sevdiyi qızdan ayrılıb. Aradan 5 il keçsə belə qızı unuda bilmir. Çarəni içkidə, fahişələrdə axtarsa belə nəticə vermir. Aldığı tramva onu cəmiyyətdən, həyatın gözəl tərəflərindən xeyli uzaqlaşdırıb. Qızı o qədər çox sevir ki, insanlara qarşı nifrəti, aqressiyası da birə-beş artır. Dostumun bir neçə dəfə ağladığını, çarəsizliyini görmüşəm. Bütün bunlara baxmayaraq, onun içində sevgi tükənmir. Sevgi həm də əzab gətirmirmi?

“Leyli və Məcnun”u xatırlayaq. Orda Leyli axırıncı dəfə Məcnunun yanına gələndə o, sevdiyini rədd edir və deyir: “Mən səni özümdən də qısqanıram”. Qısqanmaq sevginin qığılcımıdı, gör Məcnun necə sevib ki, onu hər şeyə, hətta özünə belə qısqanır. Amma məni maraqlandıran başqa bir məsələ var. Biz Məcnun sevgisini ilahi məhəbbət adlandırır və onun altından xətt çəkirik. Ancaq elmi izahla yanaşsaq, Məcnunun məhəbbəti ağılla hissin qarşılaşmasıdır və sonda belə bir nəticə ortaya çıxır ki, hiss ağıla qalib gəlir. Demək, Məcnun doğurdan bir dəli imiş? Məcnun sözünün farsca mənası isə “aşiq və dəli deməkdir”. Aha, sevməklə dəlilik bir nöqtədə uzlaşır. Belə çıxır ki, Məcnun son dəfə onun yanına gələn Leylini ona görə rədd etmişdi ki, artıq o öz Leylisini qəlbində yaratmış və onu dəlicəsinə sevmişdir. Artıq realdakı Leyli ona cəmiyyət qədər ziyanlı görünürdü. Məcnun cəmiyyətə məğlub oldu, amma sevgiyə qalib gəldi.


Filmə qayıdaq. Bu filmi seks səhnələri çox olduğuna görə tənqid edirlər. Amma rejissor seks səhnələrini incəliklə işləyib, o qədər estetikdir ki, səni diksindirmir. Film seksin qurbanına çevrilmiş insanın həyat hekayətidir. Məncə, bu yazıdan sonra dərhal o filmə baxın.

# 86951 dəfə oxunub

Oxşar xəbərlər

Özünü ruhi xəstə kimi qələmə verən məhkum - Romanları vizuallaşdıran 8 ən yaxşı film

Özünü ruhi xəstə kimi qələmə verən məhkum - Romanları vizuallaşdıran 8 ən yaxşı film

17:00 24 aprel 2024
Hitlerin evində gizlətdiyi qadın - III Dünya müharibəsi başlayır?

Hitlerin evində gizlətdiyi qadın - III Dünya müharibəsi başlayır?

09:00 24 aprel 2024
Neftanaziya - Ana və üç qızının müəmmalı qətli

Neftanaziya - Ana və üç qızının müəmmalı qətli

09:00 18 aprel 2024
Allah olmaq çətindir

Allah olmaq çətindir

10:00 11 aprel 2024
Çəkiliş məkanlari üçün icazələr elektronlaşdırılacaq

Çəkiliş məkanlari üçün icazələr elektronlaşdırılacaq

09:30 9 aprel 2024
Pozğun homoseksual yox, onun yaşadığı cəmiyyətdir

Pozğun homoseksual yox, onun yaşadığı cəmiyyətdir

13:00 3 aprel 2024
# # #