news-inner
clock18:38 calendar-gray 23 Mart 2019 view-gray955 dəfə oxunub
view-gray955 dəfə oxunub

Biz onu ələ salmaq üçün gülmürdük...

Zərif Bakirova

Opela

Bu əndrəbadi kökəyə baxa-baxa məni iki hiss bürüyürdü. Bir tərəfdən onun içindəki soğanın ürəkbulandırıcı iyinə qarşı hiss etdiyim ikrah, ikinci isə belə hiss etdiyimə görə keçirtdiyim günah hissi. Bu kökə məni aşiq olduqlarımız və bizə aşiq olanlar və bu insanların tez-tez eyni adam olmadıqları barədə düşündürməyə vadar etdi.

Bu hekayə dünya kimi qədimdir: bir insan o birini sevir, o isə başqasını sevir, başqası da başqasını və s. və i. a. Yaşlaşdıqca fikirləşirsən ki, sən daha müdrik ola, sənin qeydinə qalan, sənin üçün əziyyət çəkib yemək bişirən insanları sevə, təsir göstərə bilmədiyin hisslərin qurbanı olmaya bilərsən. Mən əziyyət çəkib bu kökəni mənə bişirən və yəqin bütün cəsarətini toplayıb qapıma gələn oğlan haqqında və mənim bir tərəfdən onu sındırmamaq, bir tərəfdən isə ümid verməmək üçün elə hey “Sənə də yaxşı yay tətili arzulayıram” deməyimi xatırladım. Bundan sonra əlbəttə onun nə üçün iki həftədən sonra ölkədən köçəcəyi halda məndən sendviç düzəldən maşını alması aydın oldu. Özümü də onun yerinə qoyub başqasının gözünə görünmək üçün etdiyim cəhdləri və qarşı tərəfin bu zaman necə narahat hiss etdiyi də gözümdə canlandı.

Bu kökəyə baxa-baxa və onu zibil yeşiyinə tullayacağımı fikirləşərək başa düşürdüm ki, heç nəyə baxmayaraq mən sonradan oğlana çox sağ ol da deyəcəm və hətta bu kökənin adını da soruşacam. Çünki ilk növbədə biz nəzakətli olmalıyıq. Mən qapımda büzüşüb öz ölkə mədəniyyəti və bu kökəni nə üçün məhz qarğıdalı unundan olan lavaşla bişirməyi haqqında danışan o oğlanı və onun dediklərinin mənim tamamilə vecimə olmadığı və gecikdiyim üçün onun yalnız tez getməsini arzulamağım yadıma düşdü. Sonradan anladım ki, onun, səfərimə 10 dəqiqə qalmış gəlməyinin səbəbi ya bütün səhər boyu bu kökəni bişirməsi, ya da sonuncu ana qədər cürət toplaması idi.

Əlimdə opela (sonradan bildim ki, bu kökənin adıdır) zibil yeşiyinə yaxınlaşdıqca mən o oğlan gedəndən sonra rəfiqəmlə onun arxasınca gülməyimi xatırladım və buna görə utandım. Əlbəttə biz onu ələ salmaq üçün gülmürdük, sadəcə yazığımız gəlirdi, amma əslində bilmirəm hansı daha pisdir.

Opelanı zibil yeşiyinə tullayarkən və qırağı bir az dişlənmiş üçbucaqlı kətəni zibillərin arasında görərkən mən həyatında heç olmasa bir dəfə cürətini toplayıb istədikləri naminə ilk addımını atan hər bir şəxsin cəsarətini alqışladım və özüm də daxil olmaqla onlara gerçəkləri görmək müdrikliyini arzu etdim.

news-inner-user
Kulis+

628 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

Ədəbiyyatımızın ən gözəl hekayələrindən biri: Qayçı
17:28 15 Fevral 2020
Zərərsiz ziyalılar ölkəsində - Mehman Qaraxanoğlu yazır...
16:55 15 Fevral 2020
Məşhur rəsm əsəri solğunlaşır
15:50 15 Fevral 2020
Çexovla tualetdə tanış olanlardan nə gözləyəsən? - Anarla musahibə
14:55 15 Fevral 2020
Musiqili Teatrın mart repertuarı
13:51 15 Fevral 2020
Oğlunu atdı, bacısının rəfiqəsini aldatdı, Atatürkdən əfv dilədi... – Nazim Hikmət haqqında inanılmaz faktlar
12:44 15 Fevral 2020
Onlar Mixail Bulqakovu izlədilər...
11:45 15 Fevral 2020
Səmadakı ay həmişə şərqlidi... - Həmid Herisçidən yeni şeir
11:00 15 Fevral 2020
Beynəlxalq Muğam Mərkəzində şair Məmməd İlqarın yubileyi keçiriləcək
10:09 15 Fevral 2020
Mirzə İbrahimov, İsmayıl Şıxlı, İlyas Əfəndiyev bu filmə görə vətəndaşlıqdan imtina edirdilər
08:59 15 Fevral 2020
Sosial şəbəkələrdə ən çox hansı videolara baxılır? - Video söhbət
21:02 14 Fevral 2020
Ceyms Bond filminin sountreki yayıldı - Video
18:37 14 Fevral 2020
Nəriman Nərimanovun 150 illik yubileyi qeyd olunacaq
17:51 14 Fevral 2020
Yaxşı yazmaq, yoxsa yaxşı ana olmaq? - Sevinc Elsevər yazır
17:42 14 Fevral 2020
Tanınmış rejissor vəfat etdi
16:58 14 Fevral 2020
“Manqurt” nümayiş ediləcək
16:17 14 Fevral 2020
"Dəli Kür ömrü" çapdan çıxıb
15:38 14 Fevral 2020
Hüseyn Cavidin dostu, Atatürkün badə yoldaşı, Mirzə Cəlilin düşməni – Xalq artistinin film kimi həyatı...
14:59 14 Fevral 2020
Aytmatovun “Cəmilə” hekayəsi səhnələşdirilir
14:29 14 Fevral 2020
Məşhur drijor dünyasını dəyişdi
13:49 14 Fevral 2020