Bayram günlərində Musiqili Teatrın repertuarı

Bayram günlərində Musiqili Teatrın repertuarı
16 mart 2019
# 10:15

Azərbaycan Dövlət Akademik Musiqili Teatrı Novruz bayramı günlərində beş tamaşa ilə teatrsevərlərin görüşünə gələcək.

Qurumun mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, teatrda mart ayının 22-də “Amerikalı kürəkən”, 23-də Ü.Hacıbəylinin “O olmasın, bu olsun”, 24-də isə “Arşın mal alan” tamaşaları təqdim olunacaq.

Tamaşalar axşam saat 19:00-da başlayacaq.

Azyaşlı tamaşaçılar martın 23-də saat 12:00-da ana dilimizdə “Meşə çaqqalsız olmaz”, 24-də saat 12:00-da isə rus dilində “Bir dayan canavar” musiqili nağıl-tamaşalarına baxa biləcəklər.

Tamaşalarda Xalq artistləri İlham Namiq Kamal, Fatma Mahmudova, Əməkdar artistlər – Ələkbər Əliyev, Əzizağa Əzizov, Novruz Qartal, Almaz Ələsgərova, Svetlana Bulax, Şövqi Hüseynov, Nahidə Orucova, Əkbər Əlizadə, aktyorlar – Məhərrəm Qurbanov, Elxan İsmayılov, Nadir Xasıyev, Emil Heydərov, Gülnarə Abdullayeva, Ağaxan Şərifov, Ülviyyə Əliyeva, Gülnarə Əzizova, Şaban Cəfərov, Yuliya Heydərova, Ruslan Mürsəlov, Gültac Əlili, Telnaz Hüseynova, Mehriban Zalıyeva, Əmrah Dadaşov, Aydan Həsənova və digərləri çıxış edəcək.

Tamaşaçılar biletləri şəhərin bütün teatr-konsert kassalarından və “ASAN xidmət” mərkəzlərindən, eləcə də iticket.az saytından əldə edə bilər.

# 1712 dəfə oxunub

Oxşar xəbərlər

İllər sonra eyni filmdə çəkiləcəklər

İllər sonra eyni filmdə çəkiləcəklər

15:35 18 iyul 2025
"Kardeş takımı 3"ün çəkilişləri başladı

"Kardeş takımı 3"ün çəkilişləri başladı

15:52 17 iyul 2025
“Pəncərə” filmi niyə tamaşaçı qazana bilmədi? - Məşhur filmin kadrarxası

“Pəncərə” filmi niyə tamaşaçı qazana bilmədi? - Məşhur filmin kadrarxası

14:48 17 iyul 2025
Hayli Stinfild və Mayls Teller eyni layihədə

Hayli Stinfild və Mayls Teller eyni layihədə

12:10 17 iyul 2025
Kameron Diazın yeni filmi açıqlandı

Kameron Diazın yeni filmi açıqlandı

11:40 17 iyul 2025
Məşhur roman əsasında film çəkiləcək

Məşhur roman əsasında film çəkiləcək

11:00 17 iyul 2025
#
#
# # #