Vyanada Novruz bayramı qeyd olunub

Vyanada Novruz bayramı qeyd olunub
13 mart 2019
# 09:58

Martın 12-də Vyanada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzində Novruz bayramına həsr olunmuş tədbir keçirilib. Tədbirdə Avstriyanın dövlət rəsmiləri, Vyanada akkreditə olunan diplomatik korpusun təmsilçiləri, bu ölkədə yaşayan həmvətənlərimiz və avstriyalı qonaqlar iştirak ediblər.

Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Leyla Qasımova tədbirdə çıxış edərək baharın müjdəçisi olan Novruz bayramı haqqında qonaqlara məlumat verib. O bildirib ki, Novruz Azərbaycan xalqının ən qədim və əziz bayramı kimi bir sıra özünəməxsus adət-ənənələrə malikdir. Elə bu səbəbdəndir ki, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın səyləri nəticəsində xalqımızın bu əziz bayramı 2009-cu ildə UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edilib. 2010-cu ildə isə BMT Baş Məclisi 21 mart tarixini Beynəlxalq Novruz Günü elan edib. 2011-ci ildə isə ATƏT-in Vyanada yerləşən Baş Katibliyi Novruzu rəsmi bayramlar təqviminə daxil edib.

L.Qasımova Novruz bayramına xas elementlərdən danışıb. Qeyd edib ki, Novruz bayramı hər il Azərbaycanda kiçikdən-böyüyə hamı tərəfindən səbirsizliklə gözlənilir. Sülh, əmin-amanlıq və sevgi bayramı olan Novruzda bütün incikliklər köhnə ildə qalır, küsülülər barışır, qohum və dostlar bir-birinə baş çəkir, insanlar əsl bayram əhval-ruhiyyəsində olurlar.

Tədbirdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin musiqi qrupu bayram konserti ilə çıxış edib. Universitetin müəllimi, Azərbaycan Respublikasının Xalq artisti Simarə İmanova və tələbəsi Əməkdar artist, xanəndə Teyyub Aslanov, xanəndələr Günay Mehdiyeva və Əmrah Məcnunov Azərbaycan xalq mahnıları, muğam və təsniflərindən ibarət musiqi proqramı ilə çıxış ediblər. Onları Ramin Rzayev (tar), Rauf Məsimov (kamança) və Ruhulla Dadaşov (nağara) müşayiət ediblər.

Azərbaycanın Əməkdar artisti Eteri Cəfərovanın bədii rəhbərliyi ilə Bakı Xoreoqrafiya Akademiyasının rəqs qrupu milli rəqsləri məharətlə ifa ediblər.

Konsertdən sonra qonaqlara Azərbaycan şirniyyatlarından ibarət bayram hədiyyələri paylanıb. /azertag.az/

# 2995 dəfə oxunub

Oxşar xəbərlər

Türkiyəli sosial media fenomeninin vəziyyəti pisləşdi - Səbəb

Türkiyəli sosial media fenomeninin vəziyyəti pisləşdi - Səbəb

10:30 27 oktyabr 2026
Dövlət başçısı:  "Azərbaycan tarixən həmişə multikultural ölkə olub"

Dövlət başçısı: "Azərbaycan tarixən həmişə multikultural ölkə olub"

10:20 27 oktyabr 2026
Prezident İlham Əliyev  VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında çıxış edir

Prezident İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında çıxış edir

10:17 27 oktyabr 2026
Həbsxanadan rejissorluğa:  “Adolescence” ulduzu həyatı əsasında film çəkdi

Həbsxanadan rejissorluğa: “Adolescence” ulduzu həyatı əsasında film çəkdi

18:00 26 oktyabr 2026
“Zaman səyyahının arvadı”  romanının müəllifinin yeni əsəri çap olundu

“Zaman səyyahının arvadı” romanının müəllifinin yeni əsəri çap olundu

17:30 26 oktyabr 2026
75 min dollarlıq  mükafatın qalibi açıqlandı

75 min dollarlıq mükafatın qalibi açıqlandı

17:00 26 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər