news-inner
clock13:48 calendar-gray 04 Mart 2019 view-gray811 dəfə oxunub
view-gray811 dəfə oxunub

Ölkə başçısı ilə görüşdə daha nələr deyilə bilərdi?

Ölkə başçısının mədəniyyət və incəsənət xadimləri ilə geniş görüşü sözsüz ki, son günlərin ən əhəmiyyətli hadisələrindən oldu. Bu səbəbdən həm sosial şəbəkələrdə, həm mətbuatda geniş müzakirələrə rəvac verdi.

Nəzərə alsaq ki, görüşdə iştirak edənlərin bir qismi yaradıcı təşkilat rəhbərləri idi, məsələnin əhəmiyyətlilik dərəcəsi daha da artmış olur.

Həm tənqidi, həm təqdiri münasibətlərə rəğmən görüşdə xeyli vacib məsələlər qaldırıldı, mədəniyyətimizin inkişafı ilə bağlı konkret təkliflər səsləndi. Şübhəsiz, bu tarixi tədbirdə səslənən hər bir təklif qeydə alındı və gələcəkdə mütləq nəticə verəcəkdir.

Səmimi desək, miqyasından asılı olmayaraq orada elə bir məsələ qaldırılmadı ki, durub deyəsən, xeyr, bunu demək düzgün deyildi. Tutaq ki, Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Cəlil Məmmədquluzadənin yubileyi ilində onun məzarının səliqəyə salınması və Bakıda heykəlinin ucaldılmasını təklif etdi. Yaxud dünya təcrübəsinə əsaslanaraq ədəbiyyatımızın təbliği üçün “Füzuli Mərkəzi”nin yaradılması və müxtəlif ölkələrdə fəaliyyət götərməsi ideyasını verdi. Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə Abxaziydan qaçqın düşən 90 yaşlı Yaşar İmanovun mənzillə təmin olunması məsələsini qalırdı. Peşəkar bəstəkarların əsərlərinin alınması və dövlət sifarişlərinə toxundu. Bütün bunlara kimin etirazı ola bilər?

Lakin görüşü izləyə-izləyə adamın içindən bəzi arzular da keçməmiş deyildi. Və düşündükcə görürsən ki, o arzular səslənsə, həyata keçər, həyat keçsə daha geniş miqyasda uğurlar əldə olunardı.

Problemlərə ayrı-ayrı təfərrüatlarla deyil, sistemlə yanaşmaq yaxşı olardı. Misal üçün, sivil dünyada yazıçının taleyi o ölkədəki kitab sənayesindən asılıdır. Yəni müstəqil nəşriyyatlar, çoxsaylı kitab mağazaları, peşəkar yayım menecerləri yoxdursa, kitabın uğur qazanması mümkün deyil. Ona görə, ədəbiyyatın problemlərini həll etmək üçün ən birinci məhz kitab sənayesinin sivil qaydalara uyğun qurulmasından başlamaq lazımdır. Bu sistem olarsa, yazıçının bazara çıxmaq, peşəkar qələm adamı kimi pul qazanmaq, oxunmaq, yaradıcılıqla daha azad və daha rahat məşğul olmaq imkanı yaranar. Onda o, nəinki dövlətdən ev, təqaüd istəyər, əksinə, əldə etdiyi gəlirlə dövlət büdcəsinə vergi ödəyər.

Kino və teatr sahəsi də onun kimi. Özəl teatr sahəsinin inkişaf etdirilməsi, müxtəlif əhəmiyyətli layihələrə dəstək verilməsi, teatr festivalı və müsabiqələrin mütəmadi keçirilməsi, gənclərin xaricdə təhsil-təcrübə keçməsinə imkan yaradılması, teatrla bağlı ədəbiyyatların tərcüməsi və çapı, Bakıda beynəlxalq kino və teatr festivallarının keçirilməsi, dünyanın nüfuzlu kino təşkilatları ilə, aktyor və rejissorları ilə əməkdaşlığın genişlənməsi, yaradıcılıq təşkilatları və qurumları ilə dövlətin əməkdaşlığının daha sivil qaydalarla qurulması, dublyaj işinin peşəkar təşkili və s. hər cür mütərəqqi addımın başlanğıcıdır.

Biz dövlətin dəstəyi ilə müxtəlif mədəniyyət sahələrini çağdaş dünya prinsiplərinə uyğun təşkilatlandırıb mexanizmi işə salmalıyıq. Vaxtında belə etsəydik, indi çoxlarının tənqidinə tuş gələn və kimlərəsə “kiçik” görünən xahişlərə ehtiyac qalmazdı.

Dövlət başçısı ilə görüş biz yaradıcı insanların bir az da tənbəl olduğunu göstərdi. Təkliflər, “şərait yaradılsın, işləyək” prinsipindən çox, “bizə onu versinlər, bunu versinlər” məntiqinə söykəndi. Bu da haqlı olaraq cəmiyyətin digər zümrələrinə mənsub insanlarda qıcıq yaratdı.

Bizim kimi balaca ölkələrdə dövlətin mədəniyyət sahəsinə dəstəyi qaçılmazdır. Çünki bəzən xalq özünün ali dəyərlərini qorumaq iqtidarında olmur. Lakin bu iş axıracan dövlətdən nəsə istəmək anlamına gəlməməlidir. Sual olunur: Müstəqillik illərində kino sahəsinə milyonlarla vəsait ayrıldığı halda niyə böyük müsabiqələrdə uğur qazanan bir film çəkilmədi? Cavab hazırdır: Çünki bunun üçün dövlətdən pul alıb film çəkmək yetərli deyil! Bunun üçün, əvvəlcə müstəqil prodüser mərkəzləri yaranmalı, işini dünya standartlarına uyğun qurmalıdır. O cümlədən teatr sahəsində müstəqil fəaliyyət göstərən sənət ocaqlarının sayı artmalı, sivil ölkələrin teatrları ilə eyni ahəngə girməyi bacarmalıdır.

Mədəniyyət və incəsənət sahəsində zamanın tempini tutan uğurlara imza atmaq üçün gəncləşmə vacibdir. Bizdə lap əskilərdən qalma bir ənənə var; verilən layihələrin əhəmiyyətlindən çox nüfuz və titullara diqqət göstərirlər. Yəni tanınmayan, ordeni-medalı olmayan bir gənc ağzıyla quş tutsa da onun sözü heç yerdə titullu, ordenli-medallı həmkarı qədər keçməyəcək. Halbuki sivil dünya, çağdaş prinsiplərlə təşkilatlanan sənət cameəsi onun müəllifindən çox görülən işin özünə, irəli sürülən ideyaya diqqət edir.

Nə qədər paradoksal görünsə də, sözü gedən görüşdə “KVN”-çilərin təklifləri daha çağdaş səsləndi. Çünki onlar heykəl və ad əbədiləşdirilməsi söhbəti istisna olmaqla nəsə xahiş etmədilər, iş görmələri üçün şəraitin yaradılmasını istədilər.

Məncə, Prezident də belə təkliflər gözləyirdi və səslənsə məmnuniyyətlə dəstək verəcəkdi.

Təbi ki, məqsədimiz orda səslənən ciddi təklif və xahişlərin dəyərini aşağı salmaq deyil. Sadəcə elə geniş spektili ideyalar vermək olardı ki, səslənən problemlərin çoxu avtomatik həllini tapardı. Məsələn, sivil kino industriysının yaranması aktyor və rejissorların yaxşı qazanması deməkdir. Yaxşı qazanan sənət adamı dövlətdən ev üçün, təqaüd üçün, müalicə üçün xahiş etməyəcək, öz problemlərini özü həll edəcək. Ən vacibi, bu sistemin yaradılması əli dövlətin ətəyinə çatmayan sənət adamlarının da qayğılarının aradan qalxması deməkdir. Bundan da vacibi mədəniyyət və incəsənət sahəsində belə bir sistemi yaratmaqla gələcəyə bu günümüzdən möhtəşəm bir miras qoymuş olarıq.

news-inner-user
Şərif Ağayar

494 məqalə

Paylaş

Oxşar xəbərlər

Xəbər lenti

Hüseyn Cavidin monoloqu - Hekayə
18:57 11 Noyabr 2019
Kamal Sunal haqqında bilmədiyimiz 10 FAKT
16:57 11 Noyabr 2019
Jerar Depardye İslam irsindən film çəkir - Foto
15:06 11 Noyabr 2019
Qab-qacaq səsi - Seymur Baycandan yeni hekayə
13:50 11 Noyabr 2019
"Paris Notr-Dam"dakı yanğına ithaf olunan tamaşanın premyerası - Anons
12:48 11 Noyabr 2019
Salam Sarvandan meyxana ilə bağlı şok açıqlama
11:55 11 Noyabr 2019
"Döyüşən teatr" 27 yaşını qeyd edir - Fotolar
10:57 11 Noyabr 2019
Sevda Ələkbərzadə: “Sazı dinləyəndə gözlərimdən yaş axır” – Söhbət
09:01 11 Noyabr 2019
Tanınmış şair “El bizim sirr bizim” verilişində aparıcı olacaq
09:55 10 Noyabr 2019
Qısa filmlər festivalının qalibləri mükafatlandırıldı - Siyahı
20:46 09 Noyabr 2019
Bit - Aqşin Yeniseydən hekayə
17:30 09 Noyabr 2019
Aşıqlar konsert proqramı ilə çıxış ediblər
16:24 09 Noyabr 2019
“Medeya. Sekvensiya 001” tamaşası nümayiş olunacaq
15:37 09 Noyabr 2019
Göyçayda Nar Festivalı keçirilir - Fotolar
14:48 09 Noyabr 2019
Xalq artistinin yubileyinə həsr olunmuş konsert keçirilib
13:40 09 Noyabr 2019
Məşhur rejissor cinsi zorakılıqda ittiham olunur
12:31 09 Noyabr 2019
İradə Tuncay: “Aqil şuluq adamdır” - Müsahibə
11:29 09 Noyabr 2019
Şuşada sən qonduğun daşa pir deyəcəyəm – Günün şeiri
10:03 09 Noyabr 2019
İntim səhnələrə görə bu filmdən imtina ediblər
09:00 09 Noyabr 2019
Azərbaycanlı şair vəfat edib
06:35 09 Noyabr 2019