writer1

Qismət

Məqalə sayı

180
clock11:17 calendar-gray 04 İyun 2018 view-gray401 dəfə oxunub
view-gray401 dəfə oxunub

Müharibənin bitməsi üçün yazıçı öldürülməlidir

Kulis.az sim-sim.aza istinadən Qismətin “Pol Osterin “Qaranlıqdakı adam”ı essesini təqdim edir.

TEAS PRESS nəşriyyatının son illərdə çap etdiyi çoxsaylı kitabların içində çağdaş dövrün ən böyük romançılardan hesab edilən Pol Osterin “Qaranlıqdakı adam” romanı da var. Osterin yaradıcılığı ilə tanış olanlar yaxşı bilir, onun romanlarında parelel dünyalar, ikiləşən, üçləşən insanlar, təsadüflərin insan həyatına təsiri, həmişə yolayrıcında olanlar, axtarışın əbədiliyi kimi motivlər həmişə təkrarlanır. Postmodern ədəbiyyatın ən xarizmatik müəlliflərindən olan Osterin “Qaranlıqdakı adam” romanı digər əsərlərindən həm də siyasi məzmunu ilə fərqlənir. 2007-ci ildə çap olunan əsər Amerika böyük səs-küyə səbəb olmuş, bütün dünyada reaksiya doğurmuşdu.

Roman Nyu-Yorka qonşu olan Vermont əyalətində qızı Miriam və nəvəsi Katya ilə yaşayan 72 yaşlı tənqidçi, kitab resenzisti Avqust Brillin dilindən nəql edilən bir parça ilə başlayır:“Qaranlıqda tənhayam. Geniş Amerika biyabanlığının bəyaz gecələrinin birində yenə yuxusuzluqla əlləşir, bir yandan da öz-özümə dünyanın işlərini çək-çevir edirəm. Yuxarı mərtəbədə qızım və nəvəm hərəsi öz otağında yatıb, onlar da tənhadırlar… ” Bu kiçik, eksiztensial parçadan çox şey aydın olur: 1) roman birinci şəxsin dilindən nəql edilir; 2) təhkiyəçi yuxusuzluqdan əziyyət çəkir; 3) eyni evdə qızı və nəvəsi ilə birgə yaşasa da, onlar bir yerdə yaşayan tənhalardır, demək, hərəsinin bir hekayəti var…

Brill xatirələrini yazıb kitablaşdırmaq istəyir,lakin xatirələr əzablıdır deyə, həmişə bu işi yarımçıq qoyur, ertələyir. O, avtomobil qəzasına düşdüyü üçün yataq xəstəsidir, buna görə də həm əzablı xatirələrə qayıtmamaq, həm də yuxusuzluqda başını qatmaq üçün xəyalında Oven Brik adlı bir personaj yaradır. Bu xəyali personaj – Oven Brik sehrbazlıqla məşğul olan bir adamdır. Flora adlı bir qadınla evlidir. Gözəl günlərin birində Oven yuxudan oyanıb görür ki, dərin bir quyunun dibindədir. Xatırlamağa çalışır ki, bura necə düşüb, qəfil atışma səsləri eşidir. Sonra birdən kimsə quyuya bir ip atır, Oveni yuxarı çıxması üçün səsləyir.

Quyudan çıxanda o qarşısında əsgər uniformasında bir çavuş görür, özünü təqdim edən çavuş deyir, xam əsgərlər orduya götürüləndə sınaq üçün quyuya atılır. Oven öyrənir ki, onun da rütbəsi var – kapral. Çavuş ona xəbər verir ki, Amerikada dörd ildir vətəndaş müharibəsi gedir. Savaşın bitməsi isə Ovenin əlindədir. Oven əvvəlcə bütün bunları zarafat hesab etsə də, sonradan görür ki, nə qədər inanılmaz da olsa, bunlar doğrudur. Çavuş deyir ki, savaşın bitməsi üçün o, Blake, Black, ya da Block adlı bir yazıçını öldürməlidir. Çünki bu müharibənin ssenarisini həmin adam yazır, o adam ölməsə, müharibə bitən deyil.

Əsər bu iki paralel xəttlə həm Brillin real dünyada sıxıntıdan Oven adlı personaj yaratması, həm də yaratdığı personaj Ovenin xəyali, paralel dünyada başına gələnlər şəklində davam edir. Bundan əlavə Ocenin özü də əsərin içində iki dünyada yaşayır, həm real dünyada (bu, onu yaradan müəllifin dünyasıdır və Əkiz Qüllələrə hücum olub, Amerika İraqı qoşun yeridib), həm də quyudan çıxarkən gördüyü, başa düşə bilmədiyi alternativ dünyada (bu alternativ dünyada vətəndaş müharibəsi nəticəsində süquta uğramağın bir addımlığında olan Amerika təsvir edilir.)

Brill əzablı xatirələrdən qurtulmaq üçün beynində real dünyaya paralel bir dünya yaradır, amma bu paralel dünyanın özündə belə rahatlıq yoxdur, çünki həmin dünyada da savaş gedir. Amerika özü özüylə vuruşur. Səbəbkarsa elə Brill kimi bir yazıçıdır. Ovenin içinə düşüb başını itirdiyi dünyadakı savaşı yaradan Brill sanki ABŞ-ın İraqdakı savaşını ustalıqla Amerikanın öz içinə köçürür.

Oster Amerikalıların özləriylə vuruşmasını müxtəlif səhnələrlə detallaşdırarkən sətir aralarına incə mesajlar da yerləşdirir. Belə ki, Oven yolda tanımadığı bir adamdan bir ünvan soruşur, həmin adam bunun müqabilində ondan külli miqdarda pul istəyir. Oster şərhsiz verilən bu səhnədə oxucuya müharibəni həm yaradan, həm də daim diri saxlayan merkantil maraqları ustalıqla nişan verir.

Düşünürəm ki, əsər oxucular üçün nə qədər oxunaqlı, gözlənilməz və maraqlı mütaliə saatları vəd edirsə, yazıçılar üçün də bir o qədər maraqlı şeylər vəd edir. Çünki Oster bu romanında birdən çox təhkiyə növündən ustalıqla istifadə edib, xəyali olanla real olanı bir-birinin içində əridib. Roman birinci şəxsin təkində başlayır, üçüncü şəxsə keçir, pespektiv lər, baxış bucaqları dəyişir, insanı duyğulandıran bir parçanın içindən qəfil bir təbəssüm məqamı ortaya çıxır, ən kəskin ironik hissənin sonu gözlənilməz şəkildə insan qəlbinə toxunan bir cümləylə yekunlaşır.

Bu, əlbəttə ki, Osterin ən yaxşı romanı deyil, amma o, bütün böyük yazıçılar kimi, ilk mütaliədən sonra adamı özünə mübtəla etməyi bacarır və nədən yazır-yazsın həmişə maraqla oxunur.

P.S. İlahə Əkbərin ingilisdən dilindən tərcümə etdiyi kitabın redaktoru Jalə İsmayıldır.

REKLAM

Yazarın digər yazıları

Xəbər lenti

Mirzə Ələkbər Sabirin ilk və son müsahibəsi: “Başda o böyükdür, yaşda mən”
16:27 30 May 2020
“Ələddin” tamaşası "Youtube"da nümayiş ediləcək
15:31 30 May 2020
Aysel Əlizadə feminist kitab yazdı: "Qızlar ağlamaz"
14:39 30 May 2020
Cani rollarının ən məşhur ifaçısı öldü
13:37 30 May 2020
Ölüm çox qorxunc və arzuolunmaz gəlir – İkinci Mahmudun dərc olunmayan yazısı
12:51 30 May 2020
Ledi Qaqadan yeni albom - "Chromatica"
12:07 30 May 2020
Çəkilişinə 5 il icazə verilmədi - "Yenilməz batalyon" haqqında bilmədiklərimiz
09:00 30 May 2020
Məşhur aktrisa vəfat etdi
17:32 29 May 2020
Dəb xəstələri üçün 10 film - Siyahı
16:41 29 May 2020
Mehriban Ələkbərzadə: "Mədəniyyət naziri olmaq istəmirəm"
15:03 29 May 2020
"Altun kitab" uşaqlar günü ilə bağlı qeyri-adi layihəyə start verdi
14:40 29 May 2020
Merilin Monronun çılpaq şəkli hərraca çıxarıldı- Foto
13:36 29 May 2020
70 yaşında ata olan qocanın evindən reportaj
12:22 29 May 2020
Nəbi Xəzrinin sözlərinə bəstələnən mahnıya klip çəkildi
10:40 29 May 2020
Dünyada ən çox satılan bestsellerin müəllifi vəfat etdi
09:49 29 May 2020
Elə bildim cin yığnağına düşmüşəm - Bircənin romanı
08:59 29 May 2020
Qəfəsdəki quşların uçduğu göylər göynər - Şəhriyarın yeni şeirləri
16:45 28 May 2020
Əmi, bəlkə köhnə ayaqqabın ola? - Alikin yeni şeiri
16:00 28 May 2020
Reha Erdemden yeni film
14:45 28 May 2020
Mənim Habil Əliyevim - Şərif Ağayar yazır...
13:33 28 May 2020