writer1

Ayxan Ayvaz

Məqalə sayı

487
clock11:07 calendar-gray 24 Aprel 2018 view-gray563 dəfə oxunub
view-gray563 dəfə oxunub

O falçının anama dedikləri düz çıxdı

Ayxan Ayvaz

Falçı söhbəti bir neçə gün gündəm oldu. Qəhrəman falçı 40-dan çox qızın bakirəliyini pozmaqla günahlandırılmışdı. Ardınca həmin kişi ümumiyyətlə falçılıqla məşğul olmadığını açıqlayanda mövzum yat-küt oldu.

İndi isə yaxın oturun, mən sizə falçı əhvalatlarımdan danışacam.

Anam nağıl eləyirdi ki, biz hələ dünyada olmayanda kəndimizə bir falçı gəlib. Qalın qara sürməli bir qadınmış falçı. Anam, yanında da dörd-beş özü ağlında qız gediblər falçının yanına. O zaman falçı anamın taleyini üzünə oxuyub: “Kənddə bir oxumuş oğlan var, ona ərə gedəcəksən. Aranızda bir ilan var...” Bu söhbətə qızlar qaqqıldaşıblar. Anam deyirdi ki, o oxumuş oğlan deyəndə atamı nəzərdə tuturmuş. Həmin vaxt da atam nişanlı. Yəni falçı gopa basıb.

Aradan siz deyin, bir ay, mən deyim, iki ay keçib, atam nişanı atıb və onun toyuna tələsən anama elçi düşüb.

O gündən sonra anam falçılara bərk inanıb. Həyatımız çıxmaza girəndə, anam arayıb-axtarıb bir falçı tapır, ona öz dərdini danışırdı.

Günlərin birində məni də falçının yanına apardı. Onda məktəbdə oxuyurdum. Gecələr kabusun dürtməsiylə oyanırdım. Anam şəhadət barmağını az qala gözümə soxa-soxa dedi ki, falçının yanına gedəcəyik. İndiki kimi yadımdadır, kənd yolunu andıran yolun qırağında, iri çinar ağacının yanındakı həyət evində dombagöz falçını görəndə gülməmək üçün özümü zorla saxlamışdım.

Qəribədir ki, falçı hər şeyi olduğu kimi danışdı: atamın borca düşdüyünü, qardaşımın xəstəxanada yatdığını, bacımın imtahandan kəsilməsini.

Sonra uzun-uzadı diqqətlə məni süzdü. Qorxdum onun baxışlarından.

Məndən söz açanda falçı basdı-bağladı, anam qulaqlarına inana bilmədi. Dedi, bu uşaq kitab üzü açmır, hər gün avara-avara dolanır. Anam etiraz etdi: “Nə danışırsınız? O yazıçıdır, əsər yazır. Bütün günü itab oxuyur”.

Falçı tutuldu, valı dəyişdi: “Son vaxtlar deyirəm. Həm də əsər yazmaq nədir ki? Mən də yazaram”.

Qadın ayağa durdu, əlini ölçə-ölçə kitab yazmaqdan, şeirdən, ədəbiyyatdan danışdı. Elə bil tənqidçi danışırdı. Bəlkə də gəncliyində tənqidlə məşğul olubmuş. Kim bilir?

Anamın qaşları düyünləndi, məni də yanına salıb otaqdan çıxdı.

O gündən falçıya inanmadı anam. Bütün çətinliklərin öhdəsindən gələn falçılar onu pis vəziyyətdə qoymuşdular. Daha bilmirdi nə etsin? Başını haranın daşına vursun.

Bir dəfə şeytanın ayağını qırdı, falçının yanına getdi. Yanında da hərzamankı kimi mən. Otağa girmədim. Çöldə durub anamı gözləyirdim.

Çıxanda gördüm, üzü dümağ olub. Yolboyu dinib-danışmadı.

Sonradan qonşuyla danışanda onların söhbətinə qulaq müsafiri oldum: “Dedi, ailənizin üstünü qara buludlar alıb. Çox çətin sınaq qarşısındasınız...”

İndi harda falçı söhbəti görsəm bu əhvalat yadıma düşür. Bilmirəm, o falçının qara buludları başımızın üstünü aldı, ya yox. Amma qəribədir ki, çox dərinlərdə falçılara inamım var. Anamı heyrətdə qoyan o falçının dedikləri doğrumu çıxdı deyə həmişə düşünmüşəm.

Ona görə də lağa qoyulan, filmlərdə həmişə ironiya hədəfinə çevrilən, qadın düşkünü kimi göstərilən falçının mənim üçün həm də sirli bir tərəfi var. O sirli tərəfi həmişə bir kənarda saxlamışam.

Həyatımda əli cibində dolaşan bir mistika var.

Mən o mistikanı hər an hiss edirəm.

REKLAM

Yazarın digər yazıları

Xəbər lenti

“Mən xəbərləri oxuyanda qarşımda avtomatlı əsgər dayanmışdı” - Məşhur diktor 19 yanvar gecəsi AzTV-də baş verənlərdən danışır – Müsahibə
15:11 19 Yanvar 2021
“Arşın mal alan” Düşənbədə təqdim olundu
14:38 19 Yanvar 2021
Xalq artisti dünyasını dəyişdi
14:00 19 Yanvar 2021
Məşhur tarzən müğənnini qınadı: "Şəhid verdiyimiz dövrdə toy oxumusan"
13:17 19 Yanvar 2021
Leonardo da Vinçinin itmiş əsəri tapıldı
12:39 19 Yanvar 2021
Şair-əsgər anası: “Gizlində oğlumun çəkmələrini öpürdüm” – Müsahibə
12:01 19 Yanvar 2021
Məşhur prodüser həbsxanda vəfat etdi
11:25 19 Yanvar 2021
Nizami yenidən tədqiq edilməlidir - İradə Musayeva yazır...
10:52 19 Yanvar 2021
Tanınmış aktyor vəfat etdi
10:20 19 Yanvar 2021
Haaqada “20 Yanvar uşaqların gözü ilə” adlı virtual sərgi açıldı
09:55 19 Yanvar 2021
Müasir monqol hekayəsi: Portret - Orijinaldan tərcümə
09:00 19 Yanvar 2021
Nizaminin əsərləri ilə bağlı müsabiqə elan olundu
18:54 18 Yanvar 2021
“Şəhərin qış gecələri” tamaşası onlayn nümayiş ediləcək
18:22 18 Yanvar 2021
İsa Hüseynovun hekayəsi Gürcüstan kitabxanasında
17:58 18 Yanvar 2021
"Üç peyğəmbər" xalçasının müəllifi - Ziyadxan Əliyev yazır...
17:43 18 Yanvar 2021
Dəyişən gerçəkliklərdə gizlənən həyat - Aliyə yazır...
17:01 18 Yanvar 2021
Xalq artisti xəstəxanaya yerləşdirildi
16:19 18 Yanvar 2021
"Şanlı tarix" sərgisi açılacaq
16:09 18 Yanvar 2021
Elçiliyə gecə saat 1-də gedən, Cəfər Cabbarlının qızını alan, baba olduğunu eşidəndə dünyasını dəyişən yazıçı – Maraqlı faktlar
15:27 18 Yanvar 2021
Yeşilçam filmlərinin məşhur aktyoru vəfat etdi
14:46 18 Yanvar 2021