Hər zir-zibili udan beynimiz

Hər zir-zibili udan beynimiz
13 aprel 2018
# 11:50

Günü bu gün psixoloji olaraq insanlara təsir etməklə bir çox işlər görülür. Bal dadırsan, ancaq əslində zəhər içirsən. Ağ ayının dərisini təmiz əldə etmək üçün brokonyerlər qarın altına ağzı yuxarı iti balta qoyurlar. İtilənmiş tərəfə də qan sürtürlər.

Ayı qan iyinə yaxınlaşıb qanı yalamağa başlayır. Bir müddət sonra dili kəsilir. Öz qanı axdıqca ayı zəifləyib yerə çökür. O zaman heyvanı ovlamaq rahat olur.

Psixologiya tarixində ən qorxulu təcrübələrdən birini 1939-cu ildə ABŞ-da psixoloq U.Conson və köməkçisi M.Tyudor insanlar üzərində tətbiq etmişlər.

Daha doğrusu, Devenport şəhərindən 22 nəfər kimsəsiz uşaq seçiblər. Sonra onları iki qrupa ayırıblar. Birinci qrupun uşaqlarına necə gözəl, səlis danışdıqlarını tez-tez təkrar ediblər. Hər gün əzizləyib, tərifləyiblər. İkinci qrupun isə bu mənada bəxti gətirməyib. Onları kəkələyən, normal danışmağı bacarmayan olduqlarına inandırıblar.

Bu təcrübənin nəticəsi isə ağır olub. İkinci qrupun uşaqları ömürlərinin sonuna kimi normal danışdıqları halda kəkələyiblər. Conson həkimin reputasiyası korlanmasın deyə illər uzunu bu təcrübə gizli saxlanılıb. Hətta sonralar konslagerlərdə bu təcrübə məhbuslar üzərində yenidən tətbiq olunub.

Psixologiyamıza kənardan müdaxilə olunarsa üzərində idarəetməni itirmək mümkündür. Uşaqlıqda aldığımız mənəvi zədələr illər uzunu yaddaşımıza həkk olur.

Z.Freyd deyir ki, təhtəlşüurumuz nə düşünürsə dil avtomatik onu büruzə verir. Məsələn Günay adlı xanıma çaşıb Aygün deyirsənsə deməli sən altşüurda Aygünü düşünürdün. Kişilər bu baxımdan çox ziyana düşüblər.

Düşməni sarsıtmaq üçün Napoleon köməkçilərinə yalan danışmağı və onu yaymağı tapşırırdı. Əsgərlərinin, silahlarının sayını sənədlərdə çox yazdırırdı. Düşmən xəfiyyələri məlumatı əldə edib başçılarına göndərəndə onlar sarsılırdı. Psixoloji olaraq qalib gəldinsə deməli sən artıq qalibsən.

Eyni üsuldan Roma imperatorluğunda da istifadə edirdilər. Lakin onlar psixoloji zədələrdən uzaq düşmək üçün müdafiəni möhkəm qururdular.

Hindistana qarşı döyüşdə fillərin olacağını bilirdilər. Ona görə də xüsusi olaraq bir neçə fil alıb əsgərlərə verirdilər. Ordunun hər bir üzvü filə toxunur, yem verirdi. Psixoloji olaraq fil qorxusundan xilas olurdular.

Çingiz Aytmatov beyin haqqında təqribən belə yazır : “Mədə beyindən ağıllıdır. Mədə köhnə, xarab olmuş bir şey aşkar etdikdə onu çölə qaytarır. Beyin isə hər zir-zibili udur...”

# 1666 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
#
#
# # #