Rüstəm İbrahimbəyov “Səhranın bəyaz günəşi”ndən danışır: “Filmin mövzusu inqilab deyil”

<b>Rüstəm İbrahimbəyov “Səhranın bəyaz günəşi”ndən danışır: <span style="color:red;">“Filmin mövzusu inqilab deyil” </b>
30 mart 2018
# 15:30

48 il əvvəl bu gün məşhur Sovet filmi "Səhranın bəyaz günəşi"nin premyerası olub. Bu münasibətlə “Veçernaya Moskva” qəzeti filmin ssenaristlərindən biri, Xalq yazıçısı Rüstəm İbrahimbəyovla müsahibə edib. Kulis.az həmin müsahibəni təqdim edir.

- Rüstəm İbrahimov, “Səhranın bəyaz günəşi” filminin taleyi keşməkeşli və maraqlıdır. Bu fərqli görünməsi üçün belə idi?

- Bu kinoda həmişə olur. Filmin ideyası ilk baxışdan təsadüfən ortaya çıxdı. O vaxt bizim görkəmli rejissorumuz Qriqori Çuxray və məşhur televiziya aparıcısı Vladimir Pozner eksperimental studiya yaratdılar. Kolleqa qərara aldı ki, Amerika istiqamətli filmdən qaçsın. Və rejissor Andrey Konçalovskini dəvət etdilər. Konçalovski və bu yaxınlarda rəhmətə getmiş gözəl yazıçı Fridrix Qorenşteyn ssenari yazdılar, ancaq alınmadı. Studiya da təşkil edilmədi. Bu zaman ortaya ideya çıxdı: “Bərpa edici, xilasedici” briqada yaradılsın. Beləliklə, möhtəşəm ssenarist Valentin İvanoviç Yejovu və məni dəvət etdilər.

Biz qabaqcadan filmin tarixçəsi üzərində düşündük. Əvvəlcə adı “Hərəmləri qoruyaq” idi. SSRİ-nin Dövlət Kino İdarəsi bu adı eşidəndə dəhşətə gəlmişdi: “İnqilabi mövzu və belə qeyri-ciddi ad...” Ad dəyişdirildi, neytrallaşdı. Və məncə, möhtəşəm ad ortaya çıxdı: “Səhranın bəyaz günəşi”. Sonra Konçalovski filmi çəkmək fikrini dəyişdirdi. Biz o zaman parlaq istedad Vladimir Motıla müraciət etdik. Film onun iştirakı ilə ərsəyə gəldi. Motıl ssenarini çox yaxşı qarşıladı. Olmuş əhvalatın nəql etməsini bəyəndi.

- 1970-ci ildə filmin prokatı reytinqdə lider oldu. Bir ildə filmə 50 milyon adam baxdı. İndi isə çox az izləyicinin diqqətini çəkir. Səbəb nədir, sizcə?

- Çünki inqilab filmin mövzusu deyil. Bu müəyyən bir fondur. Filmdə həmin bölgələrdən tərk edilmiş əlamətdar bir rus şəxsinin, rus əsgərinin həyatı və sərgüzəştləri göstərilir. O, öz inqilabi borcunu ödəməklə vəzifəlidir, çalışır ki, bu doğma keyfiyyətini, həqiqi xalq qəhrəmanlığını qorusun. Filmin çəkildiyi yerlərdə də, ətraf ölkələrdə də bu xüsusiyyət sevilir. Elə başqalarında olduğu kimi...

- Bəs Qızıl Ordu əsgəri Suxovun məktublarını yazan Mark Zaxarov filmdə nə zaman ortaya çıxdı?

- Filmi formalaşdırmaq çətin başa gəldi. Sonluq məlum idi, amma zamanın keçməsi hissini ötürmək məsələsi qalırdı. Bu həqiqətən də ciddi problemə çevrilmişdi. Tarixi dövrlərə bölmək üçün bir yol tapmalıydıq. Və biz bu zaman həmin məktublar haqqında düşündük. Ancaq onu yazacaq güc nə məndə, nə də Yejovda var idi. Və bizim xeyirxah Motıl Mark Zaxarovu dəvət etdi. Mark məzmununu əvvəlcədən danışdığımız məktubları yazdı. Özü də çox möhtəşəm...

- Mark Zaxarov o zamanlar yadımdadır ki, gözəl rus yazıçısı Averçenkonun təsiri altındaydı, “Fitilya” ssenarisi yazmışdı və bir çox yumoristik hekayələri jurnalda çap olunmuşdu...

- Zaxarov məktubların stilini müəyyən etdi, onları dövrə görə uyğunlaşdırdı və mükəmməl formaya saldı. Bu filmə bəzək qatdı.

- On beş il əvvəl “Bəyaz sütunlar” Dövlət Film Fondunun festivalında bir fakt qızğın müzakirəyə səbəb oldu: Hazır filmdəki 30 saniyəlik kadr kəsilmişdi. Və bu filmin mənasını əksinə dəyişdi?

- Belə olmuşdu. Kəsilən hissə bu idi: Abdullanın arvadı onun ölmüş cəsədinin yanında çömbəlib ağlayır. Sonra isə Qızıl Ordu əsgəri Suxovun səhrada dolanmağı. Ancaq xilaskar kimi yox, yeni başçı kimi. Biz hesab edirik ki, bu film üçün itkidir. Orda daha bir neçə kəsilmiş epizod var. Məsələn, hərəm səhrada üzərində “Karl Marks” yazılmış kitabı oxuyur. Doğrusu, iki variant çəkilmişdi. Birində imza yaxşı görünür, ikincidə isə budaq onun üstünü örtür... Sovet senzurası əvvəlcə filmə çox həssas yanaşdı. Mənim həmmüəllifim Valentin Yejov filmin müzakirəsini belə bir elanla başlayırdı: “Mən demək istəyirəm ki, hərəmxana bardaqxana deyil. Bu, olduqca abırlı sosial institutdur, ona görə də, filmdə belə bir şeyin olmasında pis heç nə yoxdur.”

# 1903 dəfə oxunub

Oxşar xəbərlər

Qardaşını və oğlunu şəhid verən yeganə Xalq yazıçımız - Sabir Əhmədlinin göz yaşları…

Qardaşını və oğlunu şəhid verən yeganə Xalq yazıçımız - Sabir Əhmədlinin göz yaşları…

12:00 17 aprel 2024
Marqaret Etvudun fantastika yazmaq istəyənlərə 7 məsləhəti

Marqaret Etvudun fantastika yazmaq istəyənlərə 7 məsləhəti

15:00 16 aprel 2024
Fərqli şeylərin sirli şəkildə qovuşması  - "Sevgi şəhəri" haqqında

Fərqli şeylərin sirli şəkildə qovuşması - "Sevgi şəhəri" haqqında

13:00 16 aprel 2024
"Qış fəsli üşüyür ciblərində..." - Ümid Nəccarinin şeirləri

"Qış fəsli üşüyür ciblərində..." - Ümid Nəccarinin şeirləri

18:00 15 aprel 2024
Övlad həsrəti ilə yaşayan şair - Ədəbiyyatımızın kədərli dəqiqələri

Övlad həsrəti ilə yaşayan şair - Ədəbiyyatımızın kədərli dəqiqələri

17:00 15 aprel 2024
Boynumda üşüyən öpüş yerləri - Fəridənin şeirləri

Boynumda üşüyən öpüş yerləri - Fəridənin şeirləri

12:00 14 aprel 2024
#
#
# # #