news-inner
clock17:30 calendar-gray 02 Mart 2018 view-gray153 dəfə oxunub
view-gray153 dəfə oxunub

Pis adamlara dua oxuyan molla – Mövlanədən hekayələr

Aşa­ğı­da Möv­la­na Ru­mi­nin al­tı cild­lik fəl­sə­fi-di­dak­tik mənzum he­ka­yə­lər top­lu­su, dün­ya şöh­rət­li "Məs­nə­vi" əsə­rin­dən seç­di­yi­miz bir ne­çə he­ka­yə­nin tər­cü­mə­si­ni təq­dim edi­rik. Mən­zum he­ka­yə­lə­rin­də Ru­mi­nin mis­ra­nın poe­tik de­yi­mi üzə­rin­də çox da dur­ma­dı­ğı­nı nə­zə­rə alıb he­ka­yə­ləri nəsr­ə çe­vir­dik. Tər­cü­mə za­ma­nı "Məs­nə­vi"nin rus­ca nəş­rin­dən ya­rar­lan­mı­şıq. He­ka­yə­lə­rə ad qoy­maq­da sərbəst­li­yi­miz on­la­rın fəl­sə­fi ma­hiy­yə­ti­nə güz­gü tut­maq məq­sə­di gü­düb.

Fəxri Uğurlu

Sü­ley­man pey­ğəm­bər, ağ­ca­qa­nad, bir də kü­lək

Bir gün ağ­ca­qa­nad Sü­ley­man pey­ğəm­bə­rin ya­nı­na şi­ka­yə­tə gəl­di:

- Ya pey­ğəm­bər, sə­nin əda­lə­tin göy­lə­rə səs sa­lıb. Şey­tan da, mələk­lər də, in­san­lar da sən­dən ra­zı­dı­lar. Sə­nin əda­lə­tin sa­yə­sində cü­cü­lər də, hey­van­lar da xoş­bəxt ya­şa­yır­lar. Biz ağ­ca­qa­nadla­rı da zə­if­li­yi­mi­zə ba­ğış­la, bi­zə kö­mək ol. Dün­ya­da hər var­lıq biz­dən güc­lü, biz­dən qəd­dar­dı. Sən öz əda­lə­tin­lə ta­nın­dı­ğın ki­mi biz də öz cı­lız­lı­ğı­mız­la məş­hu­ruq...

- Bir de gö­rüm, axı nə olub, ey Al­la­hın hey­va­nı, - Sü­ley­man peyğəm­bər onun sö­zü­nü kəs­di, - nə­dən şi­ka­yə­tə gəl­mi­sən, kim sə­ni in­ci­dib? Ha­mı­ya bəl­li­di ki, mən tax­ta otur­du­ğum gün­dən səltə­nət­də haqq-əda­lət ye­ri­ni alıb, şə­rə qul­luq elə­yən­lər öz peşələri­ni də­yi­şib­lər!

- Ya pey­ğəm­bər, mə­nim şi­ka­yə­tim kü­lək­dən­di, - ağ­ca­qa­nad de­di, - kü­lək bi­zi ya­şa­ma­ğa qoy­mur. Onun əlin­dən bil­mi­rik han­sı küncdə-bu­caq­da dal­da­la­naq. Əmr elə, kü­lək bi­zi bir də in­cit­mə­sin!

Sü­ley­man pad­şah de­di:

- Al­la­hın buy­ru­ğu­na gö­rə, gü­nah­kar özü bur­da ol­ma­sa, hökm ve­rə bil­mə­rəm. Gə­rək onu da din­lə­yəm.

Bu­nu de­yib Sü­ley­man pey­ğəm­bər kü­lə­yi ça­ğır­dı. Kü­lək gə­lər-gəlməz ağ­ca­qa­nad göz­dən it­di.

- Ha­ra get­din, - Sü­ley­man pad­şah ağ­ca­qa­na­dı ça­ğır­dı, - mən ki, hökm ver­mə­mi­şəm!..

Ağ­ca­qa­nad dı­zıl­dan­dı:

- Mən bəd­bəxt kü­lək­dən da­ha çox qor­xu­ram, nə­in­ki məhkəmədən.

Ola bil­sin, bi­zi də be­lə bir gün göz­lə­yir. Əda­lət məh­kə­mə­si­nə susa­yan adam­lar Al­la­hın hə­ni­ri­ni du­yar-duy­maz bir də gö­rə­cək­sən göz­dən it­di­lər...

Mü­ka­fa­tı ve­rən kim­di?

Bir şa­ir şa­ha yaz­dı­ğı məd­hiy­yə­ni şa­hın hü­zu­run­da oxu­maq üçün sa­ra­ya get­di. Şah şai­rə xə­zi­nə­dən min di­nar mü­ka­fat ver­di. Və­zir de­di:

- Şah sağ ol­sun, bu cür say­ğı-sev­gi­nin mü­qa­bi­lin­də bu az de­yil­mi? Bu mü­ka­fa­tın də­yə­ri­ni on qat ar­tır­san, da­ha yax­şı ol­maz­mı?

Xə­zi­nə do­lu ol­sa da, o qə­dər qı­zı­la şah qıy­mır­dı. Bu­na bax­ma­ya­raq üzə dü­şüb ra­zı­laş­dı. Şa­ir on min di­na­rı qol­tu­ğu­na vu­rub se­vi­nə-sevi­nə get­di. Üs­tə­lik, gö­zəl nit­qi­nə gö­rə çiy­ni­nə əba da sal­dı­lar...

Yol­da şa­ir elə hey və­zi­rin öm­rü­nə dua oxu­yur­du. Hər­dən­bir şa­ha da Al­lah­dan kö­mək di­lə­yir­di.

Gü­nah­ka­rın öm­rü­nə dua oxu­yan

Bir mol­la hə­mi­şə pis adam­la­rın öm­rü­nə dua oxu­yur­du. Min­bə­rə çıxan ki­mi de­yir­di:

- Mən bir vaxt­lar on­lar­dan çox bö­yük xe­yir gör­mü­şəm. Əv­vəl­lər özüm də şər iş­lər­lə məş­ğul­dum. Heç bir mö­mi­nin öyüd-nə­si­hə­ti mə­ni gü­nah­la­rım­dan ayı­ra bil­mir­di. Yal­nız gü­nah­kar­la­rın iy­rənc əməl­lə­ri mə­ni haq­qın yo­lu­na qay­tar­dı. Ona gö­rə də in­di mə­nə yax­şı­lıq elə­yən adam­la­rın öm­rü­nə dua oxu­yu­ram...

Dost­lar, çox vaxt düş­mən əmə­li mə­nə si­zin xe­yir­xah­lı­ğı­nız­dan daha çox fay­da ve­rir!

Əj­da­ha

Bir gün ilan­tu­tan dağ­la­ra ova çıx­dı. Ye­ni­cə ax­tar­ma­ğa baş­la­mış­dı ki, bərk qar yağ­dı. Kor-peş­man qa­yı­dan­da ya­mac­da bir əj­da­ha ölü­sü gör­dü. İlan­tu­tan çox se­vin­cək ol­du, in­di o, quş­be­yin adamla­rı əv­vəl­kin­dən də ar­tıq hey­rət­lən­di­rə­cək­di. Əj­da­ha­nı qa­rın içiy­lə sü­rü­yə-sü­rü­yə Bağ­da­da yen­dir­di. Hey­va­nın cəm­də­yi lap saray sü­tu­nu­na ox­şa­yır­dı...

An­caq əj­da­ha sa­ğıy­dı, elə­cə so­yuq­dan don­muş, bər­ki­yib keyimişdi. İlan­tu­tan Bağ­da­da ça­tan ki­mi hər ya­na səs ya­yıl­dı, cama­at mö­cü­zə­yə bax­maq üçün mey­da­na axış­dı. Ha­mı ilan­tu­ta­nın igid­li­yi­nə hey­ran qal­dı. İlan­tu­ta­nın ba­za­rı yax­şı gə­tir­miş­di, ağıl­lı-də­li şə­hər­də ha­mı­nı ba­şı­na yığ­mış­dı. Gü­nəş isə ya­vaş-ya­vaş qalxır­dı. Bu­lud­lar da­ğı­lır­dı, əj­da­ha­nın do­nu açı­lır­dı. Son­ra əj­da­ha ya­vaş-ya­vaş tər­pən­mə­yə baş­la­dı. Mey­dan­da bir məh­şər qop­du ki, gəl gö­rə­sən... Ca­ma­at hay-küy­lə, vay-şi­vən­lə mey­dan­dan qaçmağa üz qoy­du. Qa­ça bil­mə­yən ayaq al­tın­da qal­dı. İlan­tu­tan qə­fil ca­na­va­ra ür­cah gə­lən qu­zu ki­mi qu­ru­yub qal­mış­dı...

Əj­da­ha əv­vəl­cə ilan­tu­ta­nı ud­du. Son­ra da qa­ba­ğı­na çı­xan­la­rı bir-bir bo­ğa­zın­dan ke­çir­di...

Buz bağ­la­mış eh­ti­ra­sı­nı isit­mə­yə can at­ma. Nə qə­dər ki eh­ti­ra­sın əj­da­ha ki­mi oyan­ma­yıb, öm­rün peş­man­çı­lıq yü­kü al­tın­da ağrımaya­caq.

Ör­dək­lə­rin cən­nə­ti

Bir gün Şa­hin ör­dək­lə­rə de­di:

- Ay ya­zıq­lar, si­zin ki qa­nad­la­rı­nız var!.. Nə gör­mü­süz bu bu­la­nıq göl­mə­çə­də? Nə­dən uçub get­mir­siz? Uc­suz-bu­caq­sız çöl­lə­ri, son­suz göy­lə­ri özü­nü­zə ni­yə çox gö­rür­süz?!

- Sən gəl bi­zi baş­dan çı­xar­ma, - ör­dək­lər de­di­lər, - bu su bi­zim qala­mız, bu göl­mə­çə cən­nə­ti­miz­di. Sə­nin göy­lə­rin­dən bi­zə və­tən ol­maz, hər qa­nad­lı quş sə­nin ki­mi uça bil­məz. Ta­le sə­ni göy­lə­rə ba­ğış­la­yıb, bi­zi su­la­ra.

"Mən", "Sən", bir də iki­miz

Bi­ri işıq­la­şan­da dos­tu­nun qa­pı­sı­nı döy­dü.

- Kim­sən, ay gə­lən? - qa­pı­nın o üzün­dən dos­tu so­ruş­du.

- Mə­nəm, - ba­yır­da­kı de­di.

- Ye­ri, sən­nən da­nış­ma­ğa ma­ca­lım yox­du!

Ev yi­yə­si dos­tu­nun üzü­nə qa­pı açıb onu sa­lam­la­maq is­tə­mir­di:

- Mən ka­mil­li­yə çat­ma­yan­lar­la dost­luq elə­mək is­tə­mi­rəm. Uzun-uzun yol­la­rı tu­tub uzaq mən­zil­lə­rə ça­tar­san, bö­yük iş­lər gö­rüb ye­ti­şən­dən son­ra gə­lib qa­pı­mı dö­yər­sən. Hay­dı, üz tut uzaq el­lə­rə, ay­rı­lıq odun­da öz "mən"ini yan­dır!

Kə­dər­lə, hə­yə­can­la qa­pı­dan qa­yıt­dı. Yol bo­yu sı­xın­tı məngənəsində, ay­rı­lıq odun­da öz bə­də­ni­ni ərit­di. Və beş il­dən son­ra ye­ni­dən qa­yı­dıb dos­tu­nun qa­pı­sını döy­dü. Sev­gi­sin­də qovrula-qov­ru­la, gü­nah­la­rın­da bo­ğu­la-bo­ğu­la əli­ni uza­dıb ür­kək-ür­kək qa­pı hal­qa­sı­nı çək­di. Ev yi­yə­si­nin sə­si gəl­di:

- Kim­sən, ay gə­lən?

- Sə­nin dos­tun­du, özün­dən ay­rı­lıb sən olan dos­tun!

Ev yi­yə­si qo­na­ğı xoş üz­lə qar­şı­la­dı.

- Bir dam al­tın­da iki "mən"ə yer yox­du. İn­di ar­tıq bi­zim var­lı­ğı­mız ay­rıl­maz­dı, in­di "sə­nin"lə "mə­nim" ara­sın­da fərq qal­ma­yıb. Al­lah şa­hid­di ki, biz bu gün­dən ti­kan­la gül ki­mi bən­zər­siz ol­ma­ya­ca­ğıq.

Ax­ma­ğın ölüm­dən qaç­ma­sı

Bir ax­maq bir sə­hər Sü­ley­man pey­ğəm­bə­rin qa­pı­sı­nı kəs­dir­di.

- Nə is­tə­yir­sən, ay Al­la­hın bəd­bəx­ti? - pey­ğəm­bər so­ruş­du.

- Bu ge­cə Əz­ra­yıl ba­şı­mın üs­tü­nü kəs­dir­miş­di, - ax­maq de­di, - düz gö­zü­mün içi­nə ba­xır­dı!

- De gö­rüm, mən­dən nə umur­san?

- Ey bö­yük pad­şah, əmr et kü­lə­yə mə­ni gö­tü­rüb Hin­dis­ta­na aparsın ki, Əz­ra­yı­lın gö­zün­dən ya­yı­na bi­lim!

Sü­ley­man pad­şa­hın əm­riy­lə kü­lək ax­ma­ğı qa­na­dı­na alıb bir göz qır­pı­mın­da Hin­dis­ta­na apar­dı.

Tez­lik­lə Sü­ley­man pad­şah bir yer­də Əz­ra­yı­la rast gə­lib so­ruş­du:

- Ey al­la­hın buy­ruq­çu­su, o bəd­bəx­ti evin­dən-ai­lə­sin­dən ayı­rıb qərib çöl­lə­rə sal­maq üçün­mü gö­zü­nün içi­nə bax­mış­dın?

Ölüm mə­lə­yi de­di:

- Al­lah mə­nə o ax­ma­ğın ru­hu­nu Hin­dis­tan çöl­lə­rin­dən gö­tü­rüb cəhən­nə­mə at­ma­ğı bu­yur­muş­du. Mən də gü­nah­ka­rın bur­da olduğu­nu gö­rüb mat qal­mış­dım. An­caq o, bir göz qır­pı­mın­da orala­ra uç­du və mən də Al­la­hın əm­ri­ni ye­ri­nə ye­tir­dim. Həm də əm­ri ye­ri­nə ye­tir­mək üçün düz-dün­ya­nı do­lan­dım.

Kaş biz də ha­ra qaç­dı­ğı­mı­zı, kim­dən qaç­dı­ğı­mı­zı bir dü­şü­nəy­dik. Özü­müz­dən qaç­ma­ğa gü­cü­müz yet­məz. Tan­rı­dan qaç­maq ehtimalı isə bun­dan da az­dı.

Güc­lü ol­maq qor­xu­su

Bir qul­dur öl­kə­yə göz ve­rib işıq ver­mir­di. Gü­nün gü­nor­ta ça­ğı dəmir li­bas ge­yi­nib ca­maa­tın gö­zü qa­ba­ğın­da at oy­na­dır­dı. Günlərin bi­rin­də bir oxa­tan qə­fil bu­nun­la rast­laş­dı. Ni­şan­çı qorxusun­dan cəld oxu ya­ya qo­yub ha­zır­ya­raq dur­du. At­lı qul­dur yal­var­ma­ğa baş­la­dı:

- Ama­nın bir gü­nü­dü, ni­şan­çı, vur­ma mə­ni! Göv­də­min iri­li­yi­nə bax­ma. Güc­sü­zəm, güc­süz­lü­yü­mə ba­ğış­la! Bir quş mən­dən ürəklidi, inan!

- Ney­nək, - atı­cı de­di, - al­la­hı­na şü­kür elə ki, sə­ni qor­xu­dan atmadım. Əgər be­lə zə­if­sən­sə, na­haq pəh­ləvan do­nu­na gir­mi­sən. Be­lə cil­də gir­mək­lə sən hər kəs­dən irə­li özün üçün qor­xu yaratmısan.

Yan­ğın

Xə­li­fə Ömə­rin vax­tın­da bir şə­hər­də bö­yük yan­ğın ol­du. Alo­vun dillə­ri daş-di­va­rı əri­də-əri­də şə­hə­ri bü­rü­müş­dü, quş­lar da yuvasından di­dər­gin düş­müş­dü. Su­lar da odun qor­xu­sun­dan içi­nə çə­kil­miş­di. Alov yo­rul­maq nə­di bil­mir­di. Al­la­hın mə­də­nin­dən od alır­dı elə bil. Ağ­saq­qal­lar yı­ğı­şıb Ömə­rin ya­nı­na get­di­lər, tədbir dilədi­lər. Xə­li­fə de­di:

- Yan­ğın çox güc­lü­dü, çün­ki si­zin xə­sis­li­yi­niz­dən od alıb. Qa­pı­la­rı­nı­zı açın, yox­sul­la­ra çö­rək ve­rin, bəl­kə Tan­rı sə­si­ni­zi eşi­də.

Şə­hər­li­lər de­di­lər:

- Bi­zim qa­pı­mız hə­mi­şə on­la­rın üzü­nə açıq olub.

- Çö­rək ver­mi­siz, bu­na sö­züm yox, - de­di xə­li­fə, - an­caq qürurunu­zu, lov­ğa­lı­ğı­nı­zı ye­nə bil­mə­mi­siz. Siz yox­sul­la­ra çö­rə­yi on­la­rı ye­dirt­mək üçün yox, öz qü­ru­ru­nu­zu do­yur­maq üçün vermisiz!

news-inner-user
Fəxri Uğurlu

14 məqalə

Paylaş

Oxşar xəbərlər

Xəbər lenti

Böyük Azərbaycan şairi məşhur şeirlərini oxuyur - Video
12:11 08 Dekabr 2019
"Yuğ"da yenə "Vəsvəsə" olacaq
18:00 07 Dekabr 2019
Müdirinin katibəsi ilə evlənən kişi - İkinci Mahmudun hekayəsi
17:00 07 Dekabr 2019
İngiltərə Elif Şafakın bu romanını ilin ən yaxşısı elan etdi
16:00 07 Dekabr 2019
Məşhur aktyor sətəlcəmdən dünyasını dəyişdi
15:00 07 Dekabr 2019
Tanınmış şairin qızı Qüdsdə konsert verdi - Foto
14:01 07 Dekabr 2019
Azərbaycanlı naşir: “Kitablarımız Fransanın 70 min kitab mağazasında satılacaq” – Müsahibə
13:28 07 Dekabr 2019
Əlil aktyorların iştirakı ilə "Solğun çiçəklər" nümayiş olundu - Foto
12:30 07 Dekabr 2019
Azərbaycanlı dramaturq 65 yaşında vəfat etdi
12:00 07 Dekabr 2019
Ermitaj Muzeyi Çingiz xan daş kitabəsini Monqolustana hədiyyə etdi
11:20 07 Dekabr 2019
"Bu şəhərdə" 200 minlik "Şabaş"ı təqdim etdi - Foto
10:40 07 Dekabr 2019
"Qaranlıqdan reportaj" təqdim olunacaq
10:00 07 Dekabr 2019
Arvadbaz, dəlisov, qadın düşkünü... - Yeni layihə
09:00 07 Dekabr 2019
Cəmi 1 saata həyatınız dəyişə bilər
21:00 06 Dekabr 2019
"Mələk" filmi nümayiş olunacaq
18:53 06 Dekabr 2019
"Audio Kitab" layihəsində Nəsiminin qəzəlləri səsləndirilib
18:20 06 Dekabr 2019
Bütün dualara əngəldi İsa - Rəşad Nağı şeirlərini oxuyur - Video
17:46 06 Dekabr 2019
Məktəbli qızın oğurlanmasından bəhs edən roman çap olunub
17:21 06 Dekabr 2019
“Sözlər və nəsnələr” kitabı təqdim edildi - Fotolar
16:51 06 Dekabr 2019
Kənan Hacı ABŞ-ın nüfuzlu mükafatını qazanıb
16:20 06 Dekabr 2019