Mehdi Hüseynzadənin uyuduğu məzarlıqdan FOTOREPORTAJ

<b>Mehdi Hüseynzadənin uyuduğu məzarlıqdan</b> <span style="color:red;">FOTOREPORTAJ
22 fevral 2018
# 15:02

Harda bir azərbaycanlı uyuyursa ora vətənin bir parçasıdır. İnsan da bir vətəndir. İstər sağ olsun, istər ölü... Və dünyanın dörd bir yanında tanınmış-tanınmamış həmyerlilərimizin məzarları var. Bu barədə oxucuları məlumatlandırmaq üçün “Gözü yol çəkən məzarlar” adlı layihəmizə davam edirik.

***

Sloveniya torpaqları azərbaycanlılar üçün təbii ki, İkinci Dünya Müharibəsi illərində partizan hərəkatının bu ərazilərdə vüsət almasından sonra tanınmağa başlayır. Müharibənin sonlarına yaxın İtaliyanın şimalında baş verən uğursuzluqlardan alman rəhbərliyi legion dəstələrini bu ərazilərə yollayır. Yuqaslaviya və İtaliyan partizanlarına qoşulan azərbaycanlı legionçular qəhrəmanlıq səhifəsi yazmağa başladılar. Yüzlərlə azərbaycanlılardan bu torpaqlarda vuruşub qəhrəman kimi vətəninə qayıdan da oldu, bu torpaqda əbədi uyuyan da oldu. Heç təsadüfü deyil ki, slovenlər bu məzarları qoruyub saxlayır və bir abidəyə çeviriblər.

IX korpusun nəznində fəaliyyət göstərən və komandiri Cavad Həkimli olan “Ruskaya çetna” batalyonun üzvülərindən həlak olanlar Goriça ərazisində olan məzarlıqılarda dəfn olunub.

Bu məzarlıqda dəfn olunanlar arasında ilk olaraq Mehdi Hüseynzadənin adını çəkmək gərək. O, mürəkkəb siyasi hadisələrin baş verdiyi, böyük imperiyanın bir sistemdən digərinə yenicə keçid aldığı 1918-ci ildə dünyaya göz açdı. Gəncliyi, yeniyetməliyi Xəzərin sahilində, Bakıda keçdi. Ancaq ağlına da gəlməzdi ki, bir gün dünyalar qədər sevdiyi bu dənizə, Bakıya və doğma Novxanıya “əlvida” deyəcək, “uzaq sahillərdə” öz adından daha çox “Mixaylo” kimi tanınacaq və seviləcək...

Mehdi Hüseynzadənin əsir düşməsindən öncə son məktubunu təqdim edirik.

“Bu məktubu düşmən güllələri altında yazıram. Burada şiddətli vuruşmalar gedir, faşistlərin törətdikləri cinayətlərin həddi yoxdur. İnsan insana canavardır. Sabah biz hücuma kecirik. Mən sizə söz verirəm ki, son damla qanıma qədər vuruşacaq, sizin başınızı ucaldacağam, ölsəm də, qəhrəmancasına öləcəyəm! Mənim barəmdə eşidərsiniz, hələlik sağ olun! Bu mənim son məktubumdur”.

Bundan sonra leytenant Hüseynzadənin həyatının ən keşməkeşli və gərqin illəri başlanır. O, 1942-ci ilin iyununda Kalaçs şəhəri yaxınlığında yaralı vəziyyətdə almanlar tərəfindən əsir götürülür.

Vaxt ötdükcə, legionerlər alman rəhbərliyinin Azərbaycanın müstəqilliyi ilə bağlı verdiyi vədlərin arxasında heç nəyin dayanmadığını başa düşürdülər. İtaliya və Yuqoslaviya torpaqlarında yerli partizan hərəkatını əzmək ücün Mehdinin xidmət etdiyi 162-ci diviziya da İtaliyaya göndərilir. Legionun hissələri İtaliyada, Adria sahillərində yerləşdirilir.

Qoşunların İtaliyaya gəlməsindən sonra legionerlər yerli partizanlarla əlaqə yaradırlar. Bu işdə Mehdinin əlahiddə rolu olur.

1944-cü il fevralın ayının 6-da Mehdi Hüseynzadə, Cavad Həkimli və bir neçə legioner döyüşən partizanlara qoşulurlar. Bundan sonra Mehdi 314-cü alaydan da bir neçə legionerin qaçırılmasında iştirak edir.

Mehdi Hüseynzadə 2 noyabr 1944-cü ildə Şempas qəsəbəsində alman əsgərli ilə döyüşdə həlak olur. Öldüyü yerdə dəfn olunan Mixaylo bir neçə gündən sonra Çepovan qəsəbəsinə aparılır və qardaşlıq məzarlığında dəfn olunur. Onun dəfnində sloven partizanlardan Anton Velikoniya iştirak edənlər sırasında olur. Anton Velikonya bir neçə il bundan öncə Bakıya gəlib Mehdinin bacısıoğlu bəstəkar Aqşin Əlizadəni ziyarət etmişdi. 2017-ci ildə dünyasını dəyişən cənab Velikoniya Mixaylonun uyuduğu məzarlığa yaxın Kromberqdə dəfn olunub.

Bundan əlavə Mixaylonun ən yaxın silahdaşı olan Tolya ləqəbli Tağı Əliyev də Rence məzarlığında dəfn ounub.

Partizan Alim Ağazadənin məzarı isə Koysko məzarlğında yerləşir.

Trnova abidə kompleksində 22 azərbaycanlı partizanın adları həkk olunbu ki, bu qəhramanların məzarları bu ərazilərdəki müxtəlif qəbirstanlıqdadır.

Mehdi Hüseyzadə - Mixaylo 02.01.1944
Rıza Agazadə 20.08.1944
Firudin Hüseynov 21.06.1944
Məzahir Quliyev 02.11.1944
Kərim Ələsgərov Hüseyn Bala o. 01.05.1945
Alim Ağa 04.04.1944
Məhmət Səlimov 14.07.0944
Qasım Qurbanov 26.04.1945
Tağı Əliyev –Tolya 04.04.1945
İsmayıl Heydərov 26.10.1944
Mirzəcan Mirzəcanov 02.04.1944
Əli Vəliyev 27.11.1944
Rəşid Rəhimov 10.1943
Arif Talımov 02.04.1944
Cabbar Həsənov 10.1943
Abdulla S.Əliyev
Ağa Ağazadə 02.1944
Abdulla Abdullayev 02.05.1945
Sabir Güləmirov 19.02.1944
Səday Mahmudov 02.05.1945
Şəmil Bayramov 14.03.1945

Rus qəbiristanlığında uyuyan azərbaycanlılar – “Gözü yol çəkən məzarlar”

Hacı Zeynalabdin Tağıyevin Parisdə dəfn edilmiş nəvəsi

İtaliyada monqol adı ilə basdırılmış 120 azərbaycanlı - “Gözü yol çəkən məzarlar”

Borçalıda doğulan, Buenos-Ayresdə ölən, Varşavada basdırılan azərbaycanlı polkovnik - “Gözü yol çəkən məzarlar”

Almaniyada çəkiclə qətlə yetirilən, qardaşı ilə bir qəbirdə basdırılan məşhur azərbaycanlı

İtalyanların başına and içdiyi “İvan Russkiy” ləqəbli seyid

# 2045 dəfə oxunub

Oxşar xəbərlər

Mehdi Hüseynin kostyumu - Məşhur şairin Bakı xatirələri

Mehdi Hüseynin kostyumu - Məşhur şairin Bakı xatirələri

14:00 25 mart 2024
Ənvər Məmmədxanlı:  "Mircəfər Bağırov məktubumu özündə saxladı, məni həbs etmədilər" - EKSKLÜZİV VİDEO

Ənvər Məmmədxanlı: "Mircəfər Bağırov məktubumu özündə saxladı, məni həbs etmədilər" - EKSKLÜZİV VİDEO

12:32 28 fevral 2024
250 illik sirr: Əsgəran qalasını kim tikdirmişdi? - QARABAĞDAN REPORTAJ

250 illik sirr: Əsgəran qalasını kim tikdirmişdi? - QARABAĞDAN REPORTAJ

12:00 13 fevral 2024
Su altında qalmış sivilizasiya – Türklərin ilk məskəni

Su altında qalmış sivilizasiya – Türklərin ilk məskəni

09:00 2 fevral 2024
Həmid Herisçinin vəziyyəti açıqlanıb

Həmid Herisçinin vəziyyəti açıqlanıb

11:00 29 yanvar 2024
“Füzuli sənətkarlığı” kitabı təqdim olundu

“Füzuli sənətkarlığı” kitabı təqdim olundu

09:36 29 yanvar 2024
# # #