news-inner
clock12:15 calendar-gray 13 Fevral 2018 view-gray557 dəfə oxunub
view-gray557 dəfə oxunub

Hollivuddan çıxan əsl rejissor – Sevda Sultanova yazır...

Kulis.az Sevda Sultanovanın "Duqlas Sirk- Hollivudda əsl kino" yazısını təqdim edir.

O, evdar qadınların həvəslə baxdığı qlamur melodram ustası sayılır. Onun filmləri sentimentaldır, serial kimi rahat baxılır, bəsit belə demək olar. Təsadüfi deyil ki, onun yaradıcılığı sabun operalarının bünövrəsi kimi qiymətləndirilir.

Amma di gəl ki, 1950-ci illərdə Hollivudda filmləri yaxşı gəlir gətirən Duqlas Sirkin yaradıcılığına təsir elədiyi, adını ehtiramla anan böyük isimlər var: Rayner Mariya Fassbinder, Pedro Almodovar, Tarantino, Devid Linç, Todd Heyns, Vonq Kar-Vay, Aki Kaurismyaki...

Sirk əslən danımarkalı idi. Hamburqda jurnalist ailəsində doğulmuşdu.

1919-cu ildə Münhen universitetində hüququ, Hamburq universitetində isə fəlsəfə və sənət tarixini öyrənmişdi.

İlk filmlərini 1934-cü ildən çəkməyə başlayır.

Onun əsasında eskapist (fərdlərin reallıqlardan uzaqlaşaraq, illüziyalar aləminə qapılması) əhvalatların dayandığı melodramlarının vizual üslubuna fransız rəssamları Onore Domye və Ejen Delakruanın əsərləri təsir eləmişdi.

Nasistlər hakimiyyətə gələndən sonra ikinci arvadı, aktrisa, yəhudi Hilda Yari təqiblərdən qurtulmaq üçün Romaya qaçır.

Sirkin birinci arvadı və yeganə övladının anası (onun yeganə oğlu müharibədə həlak olur), Hitlerin tərəfdarı olan Lidiya Brinken icitmai çəkildə keçmiş ərini yəhudi qadınla münasibətdə ittiham edir.

Sirkin pərəstişkarları arasında Təbliğat naziri Gebbels də vardı. Amma o, buna rəğmən ölkəni tərk edir. Arvadı ilə Amerikaya gedir və Hollivudda mühacir kinematoqrafçıların çevrəsinə girir.

1950-ci illərdə Sirk onu məşhurlaşdıran filmlərini ard-arda çəkir.

Sirkin yaradıcılığının səciyyəvi cəhətləri bunlardır: filmlərində bir qayda olaraq, ideal ailə modeli yaradır, adətən emosional qatda işləyir, tamaşaçıya duyğusal nöqtələrlə toxunur. Sirk ilk rejissordur ki, parlaq rənglərin, dəbdəbəli dekorasiyaların, interyerlərin vasitəsilə insan tənhalığını, faciələrini, “Amerika arzusu”nun puçluğunu göstərir. Personajları dəbdəbəli həyatlarının və sosial moralist konsepsiyanın girovudurlar. Onun filmləri həm burjua dəyərlərinə, həm Hollivudun studiya sisteminə korrekt şəkildə ironiya idi.

Hollivud sistemi həmişə sərt olub, rejissorların müəllif mövqeyini önəmsəmədən “xoşbəxt sonluq” tələb edirdi. Brextin estetikasını sevən Sirk də studiya sisteminin basqılarıyla üzləşirdi, ona görə fikrini mizanlarla, simvollarla, rənglərlə, sarkastik intonasiyada ifadə edirdi.

“Səmanın izn verdiyi hər şey” filminin əsasında yüksək təbəqəni təmsil edən dul qadınla gənc bağbanın sevgi hekayəsi dayanır. Onun seksual inqilabdan, Freyddən dəm vuran qızı anasının nikahına qarşı çıxır. Oğlu onunla kəlmə kəsmir. Rəfiqələri ondan üz döndərir. Və qadın sevgisini kübar cəmiyyətin qanunlarına qurban verməli olur.

“Küləyə yazılmış sözlər” neft maqnatının ailəsini anladır. Ailənin qızı içki düşkünü və nimfomandır. Komplekslərdən əziyyət çəkən oğul avaralanmaqla gün keçirir.

Zəngin ailənin gücsüzlüyünü tədqiq edən ekran işini hətta o dövrdə gələcəyin filmi kimi qeyd edənlər vardı.

Rejissorun yaradıcılığının ən güclü filmlərindən biri, Holllivudda son işi “Həyatın imitasıyası”dır. Film əyalət aktrisasının məşhurlaşmaq arzusundan bəhs edir. Amma Sirk yenə də ənənəsinə sadiq qalaraq çox qatlı süjet qurur. Məşhurlaşandan sonra qadınla qızı arasında münasibət özgələşir. Filmin ikinci hissəsində ön plana qaradərili qulluqçunun qızı ilə münasibətini çıxarır. Onun ağ dərili qızı anasına görə utanır və ondan imtina edir.

Sirk hər kəsin gerçək həyatı olmadığını, yalnız imitasiya elədiyini vurğulayır.

Rejissorun yaradıcılığına ilk diqqəti çəkən Jan Lyuk Qodar olub. 1959-cu ildə “Kaye dyu sinema” jurnalında o, rejissorun “Sevmək və ölmək zamanı” filmdən heyranlıqla yazırdı. Remarkın eyni adlı əsərin əsasında çəkilən filmdə yazıçının özü də rol alıb.

Jurnalda ard–arda Sirklə müsahibələr, məqalələr onu kulta çevirdi. Haqqında kitab yazıldı, festivallarda filmlərinin retrospektivi keçirildi.

Alman kinosunun parlaq rejissorlarından biri Fassbinder “Qorxu ruhu məhv edir” lentini “Səmanın izn verdiyi hər şey” filminin motivlərinə əsasən çəkib.

Almodovarın “Yüksək dabanlar” filmi “Həyatın imtiasıyası”na göndərişdir.

Tarantinonun “Kriminal qiraət” filmində Vinsent restoranda “Sirk steyki” sifariş verir.

Todd Heynsin “Cənnətdən uzaqda” Sirkin filmlərinin üslubunda çəkilib.

Fransız rejissoru Fransua Ozon “8 qadın” ekran işində “Səmanın izn verdiyi hər şey” filmindən - maralın qış vaxtı bağda gəzməsi epizodunu sitat gətirir.

Kaursimyakinin “Yuxa” səssiz filmində mənfi qəhrəmanın maşını “Sirk” adlanır.

Vim Venders Sirkə “Sabun operalarının Dantesi” deyir: O, “Amerika arzusu” ilə bağlı qaranlıq tərəfləri dramatik təsvirlərdə ustaca verilir...

Bəzilərinin fikrincə, Sirk müsahibələrində bayağı filmlərinə haqq qazandırmaq üçün onları fərqli məna ilə yükləyir.Amma bu arqument əsassızdır. Uğurlu filmlərinə rəğmən Sirk 1959-cu ildə arvadı ilə İsveçrəyə yerləşir. Çünki Hollivudun qlamur həyat tərzindən yorulmuşdu və Amerikada ozünü rahat hiss edə bilmirdi. O, Avropada bir neçə qısa film çəkir və 1987-ci ildə vəfat edir.

Oxşar xəbərlər

Xəbər lenti

Fransız rəssamın əsəri 30 milyon dollara satıldı
19:00 19 Aprel 2021
Nazirliyin film layihələri müsabiqəsinin seçim mərhələsi başa çatıb - Siyahı
18:07 19 Aprel 2021
Evli ola-ola sevdiyi nişanlı qız kim idi? – Məşhur şairin bacısı qəbiristanlıqda onun ən böyük sirrini açdı - Reportaj
17:16 19 Aprel 2021
Mədəniyyət Nazirliyində yeni komissiya yaradılıb
16:35 19 Aprel 2021
Aşıq Ələsgər yaradıcılığı Belarus portalında
15:54 19 Aprel 2021
Hara baxır axı bu polislər? – Amildən yeni minimalist şeirlər
15:12 19 Aprel 2021
Özünü tanımaqda çətinlik çəkən Seymur – Sevda Sultanova yazır...
14:32 19 Aprel 2021
Xanım, 100 manat və huşsuz kişi - Yeni hekayə
13:44 19 Aprel 2021
Yazıçılar Birliyinə üzv olanda atası dəvə kəsdi: Məşhur şairin maraqlı həyat hekayəti
13:01 19 Aprel 2021
Flora Kərimovanı Allahsız edənlər
12:09 19 Aprel 2021
Ay gecikən məhəbbətim – Günün şeiri
11:25 19 Aprel 2021
Hosteldə ölən qızları söyənlər
10:39 19 Aprel 2021
Tanınmış aktyor vəfat etdi
09:29 19 Aprel 2021
Şövkət Ələkbərovanın gəlini: “KQB” ərinin intiharından danışmağı ona qadağan eləmişdi” - Müsahibə
08:58 19 Aprel 2021
Eldar Quliyev dəfn olunub - Foto
15:43 18 Aprel 2021
Müharibədən əvvəl fotoqraf işləmiş Milli Qəhrəman: Film kimi həyat və filmin özü
10:30 18 Aprel 2021
Sabir Əhmədli işğaldakı rayonuna necə qayıtdı?
16:32 17 Aprel 2021
Sirk ustaları bir araya gəldi
14:19 17 Aprel 2021
Şəhid polkovnikin təsirli piano ifası yayıldı - Video
13:28 17 Aprel 2021
Əsəbi gün - Humay Quliyevanın yazısı
12:30 17 Aprel 2021