writer1

Elmar Hüseynov

Məqalə sayı

1
clock16:24 calendar-gray 15 Dekabr 2017 view-gray545 dəfə oxunub
view-gray545 dəfə oxunub

İçimizə yıxılan roman: “Getmə...”

Elmar Hüseynov

Getmə! Sanki bu söz içimizdəki hayqırtıdır. Uzanan əllərimizin havada qalmasıdı. Ayrılığın başlanğıcı, sonun əvvəlidir. Bu söz “yarpağın budaqdan qopması, saralıb, solması, xəzələ dönüb, çürüyüb torpağa qovuşmasıdı”.

Ən əziz adamımızı itirməklə barışmamaq, barışa bilməmək, səsimiz yetəcək qədər hayqırmaqdır: “G E T M Ə!!!” Ətrafına yaxşıca bax, hər şey, hər kəs yerindəmi? Yoxsa gedənlər, gedib, geri dönə bilməyənlər var? İçindən gedənlərin arxasında ardınca buraxdığın bir cüt göz olar. Bir gün tapacağını zənn edib, hər yerdə, səndən gedənləri axtararsan! Tapıb, həyatın boyu, “Getmə!” deməyə çalışarsan! Ancaq buraxmaq istəməsən də içimizdən keçən qatarlar kimi, onlar səndən keçib gedərlər.

Araya ayrılıq toxumu səpiləndə, unutmusan ki, sən bu toxumlara su verib bəsləmisən! İndi bu toxumlar səninlə gedənlər arasında keçilməz, böyük bir sədd yaradıb. Sənsə “dünyanın qaranlıq bir küncündə, hisdən qaralmış bir kötüyün üstündə oturub, ayrılıqların sağlığına içirsən”. “Dünyanın bütün görüşlərindən daha səmimi olan ayrılıqların sağlığına!”

O ayrılıqların ki, “bizi bir-birimizə bağlayır”. Və içdikcə ayrılıqların baiskarı olduğun üçün özündə günah axtararsan, heç ağlına gəlməz ki, “günah da bir yaradıcılıqdır, bütün günahların içində ani, həm də nəsə müqəddəs bir yaradıcılıq var”. Bu zaman, ətrafdakılar dəli olduğunu düşünər, amma hardan bilsinlər ki, “sən içindəki uşağı tam azad buraxan insansan”.

Ətrafındakılar “dünyanın bir sözdən ibarət ən böyük nağılını – Ədaləti” unudublar... Sənsə onlara fikir vermədən “olmayan adamın, yazmadığı yazı kimi” oxuyursan: “Səni sevəni çox çürütmə, qoy torpağa da bir şey qalsın!” Burda dayanıram. Mövzunu uzadıb çürütmək istəmirəm.

Image result for "Getmə..." roman

Bayaqdan sizə İlqar Rəsulun yeni çapdan çıxan “Getmə...” romanı haqqında danışmaq istəyirdim. Bəzən elə onun öz cümlələri ilə. Çünki hamımızın yaşadığımız “Getmə” itkisi ölüm itkisindən də betər olub həmişə. Bütün hüceyrələrimizdə, bədənimizdən bezən ruhumuzda hiss etmişik bu itkini. Nə dur deyə bilmişik, nə də dayandıra. Vağzaldan ayrılan qatarlar kimi, ayrılıb, içimizi yandırıblar, gedənlər! İçimizdə üsyan etmişik, bəzən qarğımışıq, söymüşük bu getmələri: “Səni lənətə gələsən, qayıt gəl, ölürəm, məhv oluram, Allah bəlanı versin!” – demişik yüz kərə! Amma heç kim, heç nə geri qayıtmır. Çünki, insan taleyinin ortasından bu dünyanın zaman adlı qatarı keçdikdə kimsəni geri qaytarmaq mümkün olmur. Bu qatar əsərin qəhrəmanı Əsmərin də üstündən keçir.

Əsəri oxuduqca bəzən onun şıltaqlığına gülür, bəzən də ona qoşulub növbəti oyunu oynamaq istəyirsən. Lakin əsərin digər qəhrəmanı Həmid hər oyunda səni mat qoymağı bacarır. Əsmər kimi sarsıntı keçirir, başqalarından kömək istəməli olursan. Əsər boyu müəllif sözlərə o qədər sığal verir ki, sanki bütün cümlələr ruhunu oxşamaqla, səni daha böyük təhlükəyə atacaq deyə, qorxursan. Əsərdə hadisələr çoxluğu ilə deyil, amansızlığı ilə insanı özünə cəlb edir. İnsanların yaşadığı evlərin sökülməsi, onların tarixini silməklə məşğul olduğu zaman, “hərəsi bir ayrılıq tablosuna çevrilir sonunda səninki olmayanla çəkdirdiyin şəkillər”. “Sən səhnəsində yoxsansa həyat tamaşa filan deyil” – dediyin zaman, bu tamaşanı izləyən bomjla rastlaşırsan. Və bəlli olur ki, “Hər zirvənin sonu uçurumdur. Dib zirvədən mükəmməl, zirvə dibdən möhtəşəm görünür. Bomjlar həyatın ən mükəmməl göründüyü yerdə yaşayırlar”.

“Bomjlar həyatın dibinə düşənlərdir. Əslində həyatın ən hündür zirvəsi onun dibidir. Burda heç bir yazılı qayda-qanun işləmir. Həyatın zirvəsində olmayan azadlıq həyatın dibində var. Zirvəyə çıxmaqda, zirvədə oturmaqda həyəcan, qorxu var, zirvədən yıxılmaq qorxusu var. Amma dibdə bu hisslər yoxdur”.

Müəllifin müşahidələri səni valeh edir. Görürsən ki, “ana bətnindən dünyaya gələnlər də var, öz içinə yıxılanlar da”. Düşünəndə ki, “Sevdiyin ömür boyu pəncərənin altında olacaq, nə vaxt pəncərədən baxsan onu görəcəksən. Lap o orda olmasa da” - rahatlayırsan. Amma biləndə ki, o sənin içindədir, bu zaman öz içinə yıxılırsan. Və səni ordan heç kim xilas edə bilmir. Bomjun palçığa yıxıldığı kimi. Əsəri oxuduqca gözlərin qarşısında eyni adamların oynadığı bir-birindən fərqli səhnələr canlanır. Maraqlı dialoqlar, müəllifin yazı üslubu səni özünə heyran qoyur. Əsərin sonluğunda bir fikrə gəlirsən “Həyat ölümün elçi daşı, ölüm həyatın baş daşıdır”.

Əsərin məzmunu haqqında ətraflı yazmaq, hər xarakter haqqında ayrıca danışmaq istəmədim. Səbəb sadədir. Əgər yazdıqlarım Sizə maraqlıdırsa, İlqar Rəsulun yeni çapdan çıxan “Getmə...” romanını oxumaq istəyəcəksiniz. Yazıma bir cümlə ilə yekun vurmaq istəyirəm. Bu roman son illər yazılan kitablar içərisində öz yazı dili, üslub xüsusiyyətləri, bədii təsvir və ifadə vasitələri ilə seçilən çox fərqli, çox zəngin bir əsərdir. Əsəri oxumağa başladığınız andan zaman adlı qatarın necə gəlib keçdiyini özünüz də bilməyəcəksiniz!

REKLAM

Yazarın digər yazıları

Xəbər lenti

Milli Kitabxananın direktoru beynəlxalq konfransda iştirak edib
14:15 20 Aprel 2021
Kamal Abdullaya hücum edən herostratlar - Niyazi Mehdi yazır...
13:30 20 Aprel 2021
Tağıyev haqda film Britaniyada yer tutdu
12:47 20 Aprel 2021
Hər kəsin ürəyinə dağ çəkən həkim: Müəmmalı ölümündən iki saat əvvəl canlı yayımda idi...
12:01 20 Aprel 2021
İstərdim məni şillələsin...
11:20 20 Aprel 2021
Taksi sürücüsünün telefonunda mənə göstərdiyi şəkil – Günel yazır...
10:39 20 Aprel 2021
Sosial ağrıya çevrilən ölüm - İradə Musayeva yazır
10:01 20 Aprel 2021
Tanınmış musiqiçi vəfat etdi
09:35 20 Aprel 2021
Əli Əmirlidən yeni hekayə: Mələk əmi
09:00 20 Aprel 2021
Fransız rəssamın əsəri 30 milyon dollara satıldı
19:00 19 Aprel 2021
Nazirliyin film layihələri müsabiqəsinin seçim mərhələsi başa çatıb - Siyahı
18:07 19 Aprel 2021
Evli ola-ola sevdiyi nişanlı qız kim idi? – Məşhur şairin bacısı qəbiristanlıqda onun ən böyük sirrini açdı - Reportaj
17:16 19 Aprel 2021
Mədəniyyət Nazirliyində yeni komissiya yaradılıb
16:35 19 Aprel 2021
Aşıq Ələsgər yaradıcılığı Belarus portalında
15:54 19 Aprel 2021
Hara baxır axı bu polislər? – Amildən yeni minimalist şeirlər
15:12 19 Aprel 2021
Özünü tanımaqda çətinlik çəkən Seymur Baycan
14:32 19 Aprel 2021
Xanım, 100 manat və huşsuz kişi - Yeni hekayə
13:44 19 Aprel 2021
Yazıçılar Birliyinə üzv olanda atası dəvə kəsdi: Məşhur şairin maraqlı həyat hekayəti
13:01 19 Aprel 2021
Flora Kərimovanı Allahsız edənlər
12:09 19 Aprel 2021
Ay gecikən məhəbbətim – Günün şeiri
11:25 19 Aprel 2021