writer1

Ayxan Ayvaz

Məqalə sayı

529
clock10:15 calendar-gray 22 Noyabr 2017 view-gray453 dəfə oxunub
view-gray453 dəfə oxunub

Qızların ifşa etdiyi gənc yazarlar

Köhnə bir söhbət var: deyirlər, bəzi gənclər qızların xoşuna gəlmək üçün ədəbiyyata gəlirlər.

Hətta deyilənə görə, yazılan şeirlər, hekayələr, romanlar hansısa qızı yoldan çıxarmaq üçünmüş.

Köhnə olsa da hələ aktuallığını itirməyib.

Bəlkə də doğurdan belədir? Getdikcə gənc yazarların çoxaldığı bir yerdən nə desən gözləmək olar.

Amma bir məsələ var. Axı bu gənc yazarlar hələ təzəcə addımlarını atan körpələrdir. Sosial şəbəkələrdə özlərini gənc yazar kimi qələmə verməklə deyil ki. Ortada 5-6 müəllif var, onları da tanıyırıq. Sonra deyirlər, yazan çoxdur, bilmirsən kimi oxuyasan. Qəti elə deyil. Çox azdı istedadlıların sayı.

Ola bilsin, bax bu yaza bilməyən gənc yazarlar qızlar üçün məxsusi tor qurublar. Bəlkə də onlar üçün ədəbiyyatın bir missiyası var: qız tutmaq.

Yalan ayaq tutar yeriməz deyirlər.

Amma bu yalan ola bilməz axı.

Gör neçə vaxtdır gənc yazarları qız tovlamaqda ittiham ediblər.

İnbokslarını açıb ortaya tökən qızlar nə qədər gənc yazarı ifşa etdilər. Hələ də bu proses davam etməkdədir.

Şeirlə, hekayəylə qızın inboksuna qonaq gələn yaza bilməyən gənc yazar elə üzüsulu geri qaytarılır. Ad da çıxır ki, bütün gənc yazarların işi-gücü “qız tutmaq”dır.

Dəfələrlə şahidi olmuşam. Bir qızla söhbət edirik, birdən mənə deyir ki, filankəs şairi tanıyırsan? Deyirəm, yox, kimdi? Qayıdır ki, aa, bəs bilmirsən, şeir yazır, dünən gecə də mənə yazıb, tanış olmaq istəyir.

Elə ailələr tanıyıram, məhz qızları gənc yazarların toruna düşməsin deyə sosial şəbəkəyə yaxın qoymur. Deyir, bax ha, orda filan şair var, yazar sənə, aldanarsan, sonra işin içindən çıxa bilməzsən.

Gənc yazarların əlindən qızlar profillərinə şəkil qoya bilmirlər, sosial şəbəkələrə girmələri müşkülə dönür. Və hörmətli Mark müəllim bu məsələyə müdaxilə edə bilmir. O hardan bilsin ki, filankəs həqiqətən də gənc yazar deyil. Sadəcə özünü belə təqdim eləyib.

Əsl gənc yazar “qız tutar” heç? Qətiyyən! Bukovskini sevən, bütün günü erotik zəngulə vuran qızlar ona yazan gənc yazarları ifşa etmək üçün dəridən-qabıqdan çıxırlar. Yazardı deyə gərək bu, ağır oturub batman gedə? Bukovskiyə olar, əşşi. Sən hələ get Bukovski ol, sonra gəlib mənimlə tanış olarsan.

Belə... Dərd bir deyil, beş deyil. Hansını deyəsən? İndi deyəcəksən ki, bəs bu oğlanlar qızlarla harda tanış olsun? Deyəcəklər, təkrarçılığa yol verirsən. Gənc yazar olanda nə olar? Onun da tanış olmağa haqqı var. Guya başqa oğlanlar aydan-arı sudan durudurlar?Heç qızlara gözünün ucuyla da baxmırlar.

Qız tutmaq üzrə elmi dərəcə almış gənc yazarların ucbatından sən demə ədəbiyyatı həyatından çıxaranlar varmış. Nə deyək, Allah axırını xeyir eləsin. Sonda ciddi bir məsləhət verib köşəmin qapısını bağlayıram: “Ədəbiyyat insanın tənhalıq ərazisidir”.

Di salamat qalın!

REKLAM

Yazarın digər yazıları

Xəbər lenti

"Yeddi oğul istərəm" filminə çəkildiyinə görə peşman olub ağlayan Xalq artisti - Maraqlı faktlar
21:00 22 İyun 2021
Bakı Musiqi Akademiyasının 100 illiyi qeyd edilib
19:30 22 İyun 2021
Şuşa ilə bağlı yeni qurum yaradıldı
18:47 22 İyun 2021
Dinlə, gör nə deyir bu dəli-dəli...
18:02 22 İyun 2021
Aqşin Yenisey: "Ədəbiyyatımız reanimasiya xəstəsidir" - Müsahibə
17:15 22 İyun 2021
Evində ölü tapılan Çingiz: bu gün dünyasını dəyişən rejissor kimdir?
16:26 22 İyun 2021
Türkiyə növbəti il "Avroviziya"da iştirak edəcəkmi?
15:44 22 İyun 2021
Xətai Akvarel Qalereyasından maraqlı tədbir
15:01 22 İyun 2021
Pandemiya harınlamışlara dərs oldu – Müğənnilər toy sevincini bölüşür
14:10 22 İyun 2021
Azərbaycanlı rejissor vəfat etdi
14:01 22 İyun 2021
Mədəniyyət Nazirliyində seçkilər keçiriləcək
13:19 22 İyun 2021
Sevdiyi qızın qrup yoldaşını döydü, həbsxanada şəkər xəstəliyi tapdı, oğlunun ölümünə görə gəlinini təbrik etdi - Xəlil Rzadan 10 qeyri-adi fakt
12:37 22 İyun 2021
Vandamın qudası niyə gündəm olur? - Mətbuatın sirri
12:01 22 İyun 2021
Sözümüzün Cahangiri - Müşfiq Şükürlü yazır
11:30 22 İyun 2021
Bir şairi öldürdülər – Günün Şeiri
11:00 22 İyun 2021
Anarın hekayəsi Monteneqronun populyar saytlarında
10:30 22 İyun 2021
Tanınmış şair vəfat etdi
09:56 22 İyun 2021
Azərbaycanlı yazıçıdan lezbiyan haqda hekayə: Mən səni həmişə sevəcəm
09:01 22 İyun 2021
Jan Pol Sartrın dahiyanə hekayəsi – Mətn
21:00 21 İyun 2021
Nizami Gəncəviyə həsr olunmuş beynəlxalq konqres keçiriləcək
18:56 21 İyun 2021