Nüsrət Kəsəmənlini Nazpəri gözdən saldı

Nüsrət Kəsəmənlini Nazpəri gözdən saldı
20 noyabr 2017
# 11:30

Hikmət Orhun

Qazax deyəndə nəinki qazaxlının, hətta, bir kürdəmirlinin belə gözünün qabağına şair gəlir.

"Qazax şairlər yurdudur, söz diyarıdır". Bizi belə pafosu çıxışlarla aldadıblar, mən ölüm, aldadıblar.

Demirəm, Qazaxdan istedadlı şair, aşıq çıxmayıb. Dilim quruyar. Nə Səməd Vurğunu, nə Aşıq Ədaləti danmaq olar. O qədər nadan ola bilmərəm.

Dərdim odur ki, Qazax ədəbi mühiti, aşıqlıq məktəbi bu iki sənətkardan o yana getmir. Nə bir addım qabağa, nə bir addım dala... Elə yerindəcə sayır.

Təzə hansısa bir imzanın adını çəkəndə o dəqiqə kimsə yuyulmamış qaşşıq kimi ortaya düşür ki, Səməddən artıq yazası deyil ha, Ədalətdən artıq çalası deyil ha!

Hələ getsin, Mirvarid Dilbazi qədər olsun, sonra danışar.

Mirvari Dilbazi ha!

Şəxsən bu "xalq şairi"ni dəfələrlə mənə misal gətiriblər ki, bax, bu təhər yazmaq lazımdır, şeirdən soyumuşam. Ona görə ki, mən şeiri Mirvarid Dilbazinin yazdıqları kimi təsəvvür etmirəm.

Zövqlər fərqlidir.

Üstəlik, hər kəs öz qabındakını yazır, öz istedadına görə qırıldanır.

İndi hansısa ağzına gücü yetməyən qalxıb deyəcək ki, paxıllıq edir. Mən niyə Mirvarid Dilbaziyə paxıllıq etməliyəm axı?

Yazıb, lap yaxşı eləyib. Mənim yerimə ha yazmayıb. Allah rəhmət eləsin!

Sadəcə, mən Sovet dövründə ulduzu parlayan şairlərin əksəriyyətini şanslı hesab edirəm, böyütdüyünüz qədər də istedadlı yox. Mirvarid Dilbazini də o cümlədən. Hakimiyyət əlini bu adamların çiyinlərinə qoyub ki, siz məni təbliğ edin, mən də sizi.

Yetmiş il hökmranlıq etmiş Sovet rejimi çoxdan tarix olub, amma siz isə hələ də onun eyforiyasından çıxa bilməmisiniz.

Sözümün məmmədqulusunu bir başqa cür deyim, o ulduzu parlayan şairlərin həməsri olsam, Allah bilir, bu gün məni də kiməsə misal göstərirdiniz.

İndi maraqlıdır, öz şeirimi yazmaq əvəzinə niyə onları yamsılamalıyam, niyə?

Yamsılamaq dedim, Nüsrət Kəsəmənli yadıma düşdü. Təzə yazanlara ən çox da onu misal göstərirlər. Nə var, nə var, səmimi olub.

Səmimiyyəti də bir şey biliblər.

Kimisə tərifləmək istəyib söz tapmayanda deyirlər, səmimi şairdir. Ən yalançı adamlar haqqında belə bu sözü işlətməkdən çəkinmirlər.

Və təzə-təzə qələm tutan gənc şairlər də Nüsrətin ən səmimi şeirlərini qoyub, Nazpərinin oxuduğu musiqilərə yazdığı mahnı mətinlərində səmimiyyət axtarırlar.

# 1546 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
#
#
# # #