Misirdə çıxan antologiya Bakıda təqdim olunub

 Misirdə çıxan antologiya Bakıda təqdim olunub
1 noyabr 2017
# 21:24

Noyabrın 1-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında “Müasir Azərbaycan hekayəsi antologiyası” kitabının təqdimatı keçirilib.

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin ən iri beynəlxalq layihələrindən olan yeni antologiya Misir Milli Tərcümə Mərkəzi ilə birgə ərsəyə gətirilib.

Tədbirdə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin direktoru Afaq Məsud çıxış edərək yeni nəşrin məziyyətlərindən danışıb.

Vurğulanıb ki, Misirdə işıq üzü görə Azərbaycan ədəbiyyatını ərəb dünyasına ilk dəfə təqdim edən kitabda XX əsrdə yazıb-yaratmış yazıçılarımızın hekayələri yer alıb. Əsərləri ərəb dilinə Misir səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin rəhbəri Əhməd Sami Elaydi tərcümə edib. “Bu gün növbəti ədəbiyyat bayramına toplamışıq. “Müasir Azərbaycan hekayəsi antologiyası”nın Misirdə çap olunması Azərbaycan ədəbiyyatı tarixində ən əlamətdar hadisələrdəndir. Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi üç ildir ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə yeni statusla fəaliyyət göstərir. Bu üçillik fəaliyyətimiz dönənimdə Azərbaycanın müasir ədəbiyyatının dolğun mənzərəsini yaradan ədəbi topluların nəşri, bilavasitə Tərcümə Mərkəzinin Azərbaycan ədəbiyyatının dünyada tanıdılması istiqamətində gördüyü işlərinin nəticəsidir. Mərkəz “Müasir Azərbaycan ədəbiyyatı” antologiyasının dünyanın bir sıra ölkələrində təqdimatını həyata keçirib. Yaxın vaxtlarda bu kitabın Bolqarıstanda da təqdimatı nəzərdə tutulur. “Müasir Azərbaycan hekayəsi antologiyası” isə xalqlar arasında əlaqələrin daha da yaxınlaşmasına, habelə ərəb ölkələrində Azərbaycan ədiblərinin daha da yaxşı tanınmasına şərait yaradacaq. Bu kitabın ərsəyə gəlməsi ilə biz humanist bir aksiyanı həyata keçirmiş olduq. Bu layihə hər iki dövlətin müvafiq qurumlarının zəhməti sayəsində ərsəyə gəlib. Təbii ki, bu işdə hər iki dövlətin dəstəyini hiss etmişik. Biz, eyni zamanda, ərəb yazıçılarının seçilmiş hekayələrini Azərbaycan dilinə tərcümə etməklə “Xəzər” jurnalında oxucuların ixtiyarına veririk. Bizim bu işimiz Azərbaycanda ərəb dünyasına, ərəb dünyasında da Azərbaycana olan sevginin bariz nümunəsidir”, - deyə A.Məsud söyləyib.

Fələstinin Azərbaycandakı səfiri Nasir Əbdülkərim Əbdürrəhman, Mərakeşin Azərbaycandakı səfiri Məhəmməd Adil Embarş çıxış edərək layihənin əhəmiyyətindən söz açıblar.

Qeyd edilib ki, Azərbaycan xalqlararası qarşılıqlı anlaşmanın əsasını qoyan dövlət kimi öz ədəbiyyatını da dünyada təbliğ etməkdə haqlıdır. Bir xalq haqqında onun milli düşüncəsi, məişəti, mənəvi dayaqları haqqında məlumat əldə etmək üçün ilk növbədə onun ədəbiyyatına müraciət edilir. Bu baxımdan Tərcümə Mərkəzinin gördüyü işlər təqdirəlayiqdir.

Kitabın tərcüməçisi, Misir səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin rəhbəri Əhməd Sami Elaydi bildirib ki, antologiyada Azərbaycanda yazıb-yaratmış yazıçıların hekayələri yer alıb.

Qeyd edilib ki, xalqların dostluq və qardaşlıq əlaqələrinin faydalı yolu ədəbiyyatdan keçdiyi üçün belə layihələrin icrası qeyd edilən amala xidmət edir.

Çıxış edən digər natiqlər kitabla bağlı fikirlərini bölüşüb, bu istiqamətdə əməyi olan hər kəsə minnətdarlıqlarını bildiriblər. /azertag.az/

# 1771 dəfə oxunub

Oxşar xəbərlər

"Hər şeyinizi sevgiyə verin..." -  Emersonla Rumini birləşdirən ortaq məqam nə idi?

"Hər şeyinizi sevgiyə verin..." - Emersonla Rumini birləşdirən ortaq məqam nə idi?

15:00 25 may 2026
"Caz poeziyasının atası" adlandırılan şair - O,  Bakı səfəri haqqında nə yazmışdı?

"Caz poeziyasının atası" adlandırılan şair - O, Bakı səfəri haqqında nə yazmışdı?

15:30 22 may 2026
"Lərzə"ni vərəqləyəndə... - Allahı bu qədər "yaxından" kim görmüşdü?!

"Lərzə"ni vərəqləyəndə... - Allahı bu qədər "yaxından" kim görmüşdü?!

17:00 21 may 2026
Mirmehdi Ağaoğlunun Mirzə Cəlilə dərs keçməkliyi - Təvəkkül Boysunar

Mirmehdi Ağaoğlunun Mirzə Cəlilə dərs keçməkliyi - Təvəkkül Boysunar

12:00 20 may 2026
"Ətin tökülsün, Kəramət!" - Bu qəhrəman niyə deputat olmaq istəyir?

"Ətin tökülsün, Kəramət!" - Bu qəhrəman niyə deputat olmaq istəyir?

17:00 19 may 2026
Rüstəm Dastanoğlu xalqın ağrılarına biganə qalmayan nasirdir - Nağdəli Zamanov

Rüstəm Dastanoğlu xalqın ağrılarına biganə qalmayan nasirdir - Nağdəli Zamanov

16:00 19 may 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər