writer1

Aliyə

Məqalə sayı

997
clock10:39 calendar-gray 01 Noyabr 2017 view-gray435 dəfə oxunub
view-gray435 dəfə oxunub

İnboks yazılarını paylaşan qadınlar

Aliyə

Tipik bir sosial şəbəkə mövzusudur:

Qadın hamıya açıq olan profil şəkli ilə, rahatca ayarlaya bildiyi mesaj qəbul etmə imkanları ola-ola kişilərdən aldığı tanışlıq mesajlarından gileylənir. Hətta bəzən kişinin tanışlıq çabalarını, yalvarışlarını hamıyla paylaşır.

Məlumatları, fotoları hər kəsə açıq olan xanım bir kişinin ona inboksda yazdığı özəl mesajları hər kəsə yayır. Özü də bu mesajları Facebook gözə soxmur - “Digərləri” adlı qutuda saxlayır.

Bəs belə olan halda bir mesaj qadını niyə narahat etsin ki?

Gün kimi də aydın məsələdir ki, kişilərin qadınlara, qadınların da kişilərə ehtiyacı var.

Bəs bu qaraqışqırıq nədir?

Və bir kişinin qadınla tanış olmaq istəməsində anormal olan, tərbiyəsiz olan nədir ki?

Əlbəttə, xırda məsələdir, zamanla həll olunandır. Amma bunu oxumuş-bilmiş, köşə yazıb dərs keçən insanlarda da görəndə məsələnin bir balaca ictimai qatı olduğunu düşünürsən.

Kiçik bir nüans cinslər arası münasibətdə tərəflərin komplekslərini açır.

Qadınlar kişilərdən gördükləri ikinci dərəcəli münasibətin qisasını alır. Hərçənd, bu kişilər nəqliyyatda onlara yer verir.

Qadınlar onlara təyinatı bəlli obyekt kimi yanaşılmasını istəmir. Düşünüb müzakirə apardığı məkanda bu onu qıcıqlandırır. Amma burdan da bir sual yaranır, bəs onda niyə düşünmür ki, bu təbii haldır. Və status yazınca sosial şəbəkə hesabını nizamlamır?

Olduqca maraqlıdır.

Bu qəzəbin kökü nədədir?

Bu halı tipik saymaya bilərsiniz. Amma illər əvvəl tanışlıq üçün küçədə qıza yanaşan oğlanların təhqirlə qarşılaşdığını görürdüm. Hətta olduqca ədəblə yanaşıb birgə yol getməyi təklif edəndə belə.

Bəlkə qızlar bu yanaşmanı individual yox, kütləvi və primitiv sayır və buonları qıcıqlandırır?

Yoxsa bu davranış ədəbli, namusluqızlar üçün bir qaydadır?

Bəlkə də daha dərin bir məsələ var: tanışlıq mədəniyyətinin, kultunun olmaması. Daha düzü, milli tanışlıq ənənələrinin bu günlə toqquşması.

Axı nənələrimiz görücülük üsulu ilə tanış olub, tanışlıq üçün həmişə ortaq tanışa ehtiyac olub. Bu ortaq tanış kitab, musiqi, iş, ümumiyyətlə mövzu olacaq hər hansı bir əşyanın rolunu oynayıb. O ortaq tanış yoxdur. Ümid kişilərin öz yaradıcılığına qalıb. Onlarsa bu barədə əliboşdur.

Tanışlıq üçün müasir dünyanın bu qədər vasitələr yaratdığı, hər kəsin əlçatan olduğu bir zamanda.

Sonda bonus olaraq qəzəbli xanımlardan özümü yuxarı tutmayım deyə, “Digərləri” arxivimdən olsun ki tanışlıq məqsədli bir cümləlik mesajı diqqətinizə çatdırıram:

“Sene gore başka birini qisqandigna gore oldurub iceri duşen oglanin yanina gedib gelerdin ??”

REKLAM

Yazarın digər yazıları

Xəbər lenti

Türkiyəni Avroviziyada təmsil edən qrupun solisti vəfat etdi
19:07 11 Avqust 2020
Azərbaycanda doğulmuş yəhudi rəssamın sərgisi olacaq
18:46 11 Avqust 2020
Tarantino filmdən imtina etdi
18:15 11 Avqust 2020
Nəşriyyat yeni müsabiqə elan etdi - Şərtlər
17:39 11 Avqust 2020
Dünyanın sonuncu tənha adamı - Kamal Abdullanın romanları haqda...
16:58 11 Avqust 2020
Nənəmin laylası öpür üzümdən – Şeirlər
15:44 11 Avqust 2020
Məşhur şairin məzarı tapıldı - Foto
14:52 11 Avqust 2020
İntihar edən məşhur aktyorun həyatı film olur
14:01 11 Avqust 2020
Sevdiyi kişidən məcbur ayırdılar, əri xalası qızıyla evləndi, gənc yaşında xiffətdən öldü – Faciələrə dözməyən “Nəsimi”nin Şəmsi
13:11 11 Avqust 2020
Uşaqlıqda hərbçi atamın, gənclikdə hərbçi sevgilimin yolunu gözləmiş adamam – Fəridə yazır...
12:06 11 Avqust 2020
"Azərbaycan Böyük Vətən müharibəsi illərində" kitabı nəşr olunub
11:27 11 Avqust 2020
Əri hamilə yoldaşını dənizdə niyə boğdu? - Günel Natiq yazır...
10:42 11 Avqust 2020
Sevda Ələkbərzadə yeni mahnısını təqdim etdi - Video
10:05 11 Avqust 2020
Atamın əlləri - Sərdar Aminin yeni hekayəsi
09:01 11 Avqust 2020
Özünü Ancelina Coliyə çevirən gənc oğlan - Fotolar
18:43 10 Avqust 2020
İlğım - Şəhla Nihanın yeni hekayəsi
17:59 10 Avqust 2020
Kinonun böhrana təsiri - Çarli Çaplin nə demək istəyirdi?
17:14 10 Avqust 2020
Mədəniyyət nazirinin müşaviri və şöbə müdirləri vəzifəsindən azad edildi
16:24 10 Avqust 2020
Rusların Yer planetində açdıqları "Cəhənnəm qapısı": Əlli ildir, bağlaya bilmirlər - Foto
16:02 10 Avqust 2020
Yazıçı Səfər Alışarlının yeni kitabı çap olundu
15:45 10 Avqust 2020