news-inner
clock21:00 calendar-gray 13 Oktyabr 2017 view-gray436 dəfə oxunub
view-gray436 dəfə oxunub

Məmməd Aslan Aşıq Ələsgərə görə kimdən incimişdi?

Kulis.az Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Ziyadxan Əliyevin “Aşıq Ələsgərin obrazı necə yaranıb?” yazısını təqdim edir.

Bir əsərin tarixçəsi - LAYİHƏ

Ötən əsrdə portreti rəssam təxəyyülü sayəsində əyaniləşən bir-neçə məşhur şəxsiyyətlərimizdən biri də Aşıq Ələsgər olmuşdur. Əgər Nizami Gəncəvi, Məhəmməd Füzuli, İmadəddin Nəsimi və Dədə Qorqudun obrazının yaradılması üçün rəssamlar arasında müsabiqə keçirilmişdisə, Aşıq Ələsgərin portretinin çəkilməsi bir nəfərə - tanınmış fırça ustası Böyükağa Mirzəzadəyə həvalə olunmuşdu.

Heç şübhəsiz həmin tanınmış adamların portretlərinin rəssam tərəfindən yaradılmasını uzaq dövrdə yaşayanların sağlıqlarında obrazlarına müraciət olunmaması və yaxud da bizim dövrə yaxın dünyasını dəyişənlərin zamanında foto şəkillərinin çəkilməməsi şərtləndirib. Amma saz ustasının bir vaxtlar fotosu çəkilibmiş.

Aşıq Ələsgəri sağlığında görmüş görkəmli el sənətkarı Aşıq Şəmşirlə Kəlbəcərin Ağdaban kəndində 1979-cu ildə baş tutan bir-neçə saatlıq söhbətimizdə o, ustadın vaxtilə çəkdirdiyi foto şəklinin bizim dövrə gəlib çatmadığını dedi. Əlavə etdi ki, ancaq onun bir neçə dəfə fotoşəkil çəkdirdiyi məlumdur. “Belə şəkillərdən birini atamla birgə Gəncədə çəkdiriblər. Uşaqlığımda həmin şəkli bircə dəfə görmüşəm, sonrakı taleyindən xəbərim yoxdur. Şəkildə yanaşı oturublar, yanlarında da bir nəfər adam vardı, onun adını unutmuşam. Birinin əlində saz vardı. O şəkli bizdə, ya Ələsgər əmigildə gördüyümü xatırlaya bilmirəm. Uzun müddətdir ki, soraqlayıram, hələ ki, axtarışlarım nəticəsiz qalıb. Tapan kimi mütləq Yazıçılar İttifaqına çatdıracağam. İndi Aşıq Ələsgərin zahiri əlamətləri haqqında müxtəlif sözlər deyilir, rəssamlar da onlara uyğun portretlər çəkirlər. Desəm ki, çoxu səhv eləyir, bir az mənim üçün yaxşı düşməz. Ancaq mənim xatirimdə onun siması elə düzgün qalıb ki, ayaqdan başa qədər bütün əzalarını səhvsiz, yerbəyer deyə bilərəm...

Bir dəfə Bakıda Xalq Yaradıcılığı Evində rəssamlardan biri ilə rastlaşdım. Heyf, adını unutmuşam. Mənə dedi ki, Aşıq Ələsgərin zahiri əlamətlərini de, mən yazım, sonra yazı əsasında portretini işləyim. Dedim, yazmaq nəyə gərək, söyləyim, sən də çək. Elə də etdik. Hansı yeri xoşuma gəlmədisə pozdurdum. Dedim bax, dodağı belə enlidi, burnu iri, qaşları qalın. Bədəni iri, baxışı heybətli olub. Sonra, barmaqları uzun və yoğun idi. Oturub danışanda söhbətindən doymaq olmurdu, amma simasını təbiət elə yaratmışdı ki, nər idi, cüssəli idi. Elə bilirdin pəhləvandı. Bütün bunları dedikcə rəssam hamısını yazdı və təsvirə çevirdi. Sonra mən onu gətirdim qardaşı oğlu Nəcəfin yanına. Şəkli göstərib dedim ki, bax, gör bu kimə oxşayır? Qayıtdı, bu eynən Ələsgər əmimə oxşayır. Mən də izah etdim ki, rəssam bu şəkli dediklərimin əsasında çəkib, nəyə etirazın varsa de, düzəliş eləsin. Dedi ki, çox yaxşı oxşayır, elə bil Ələsgər əmimdi. Sonra mən şəkli aşığın bizim Ağdaban kəndində yaşayan bir yaxın qohumuna da göstərdim. O da şəklin Aşıq Ələsgərə oxşadığını təsdiqlədi. Bu hadisədən bir müddət keçəndən sonra şəkillə bağlı kəlbəcərli Şamil Əsgərovla şair Məmməd Aslan arasında bir az narazılıq oldu. Ən nəhayət, mən dedim ki, o şəkli mən demişəm, rəssam çəkib, odur ki, sizin bir-birinizdən inciməyiniz yersizdir. Amma Gəncədə çəkilən o şəkildən də hələ ümidimi üzməmişəm. İnanıram ki, nə vaxtsa tapılacaq...”

Dədə Şəmşirin bu çox dəyərli izahatına ancaq onu əlavə etmək olar ki, zamanında çəkilən həmin portretin hansı rəssama məxsus olduğunu dəqiq bilmirik. Görünür bu portretdən rəsmi dairələr də xəbərsizmiş. Belə olmasaydı, aşığın anadan olmasının 150 illiyinin qeyd olunması ərəfəsində onun portretinin yaradılmasını müsabiqə keçirilmədən Xalq rəssamı Böyükağa Mirzəzadəyə tapşırmazdılar. Bəlkə də həmin rəssam elə Böyüağa Mirzəzadə olub və Aşıq Şəmşir elə ona yuxarıda dediklərimizi danışıbmış...

Rəssamın 1972-ci ildə çəkdiyi bir-neçə hazırlıq eskizi və əsərin iki tamamlanmış variantlarında aşığın ilk bədiiləşdirilmiş obrazının necəliyini görmək mümkündür. Onların birində rəssam məşhur el sənətkarını oturmuş - saza tapınmış halda, düşüncələrə qərq olmuş vəziyyətdə görüntüyə gətirmişdir. Geniş ümumiləşdirmələrlə çəkilən portretin bədii həllində “sərt üslub”un estetikası duyulmaqdadır. Digər portretdə isə aşığı çuxada və neytral fonda təsvir edən rəssam, onu çalıb-oxuyan vəziyyətdə təsvir etmişdir. Amma nədənsə B.Mirzəzadə əsərdə aşığın ona tanımayanlarda maraq doğuracaq solaxay olmasını vurğulamaq istəməmişdir. Başqa sözlə desək, əslində tarixi həqiqəti müəyyən qədər təhrif etmişdir. Realist-gerçəkçi üslubda işlənmiş portretdə rəssam daha çox aşığa xas olan ümumi səciyyəvi cizgiləri ifadə etməyə çalışmışdır. Yeri gəlmişkən deyək ki, hələ zamanında əsərin arzulanan səviyyədə alınmadığı vurğulanmışdır.

Səkkiz il sonra Tiflis Rəssamlıq Akademiyasının məzunu Nağdəli Xəlilov diplom işi olaraq “Aşıq Ələsgərin portreti”ni işləmişdir. Aşığın həyat və yaradıcılığına dərindən bələd olan gənc rəssam onun yaddaqalan portretini yaratmağa nail olmuşdur. O, məşhur sənətkarı tez-tez tərənnüm etdiyi təbiətin qoynunda – onun ilham qaynağı olan gözəllərlə vəhdətdə əks etdirmişdir. Əsərin nikbin koloriti də obrazın cəlbedici və təsirli alınmasında az rol oynamamışdır...

Daha sonralar aşığın oğul nəticəsi Nailə Ələsgərova da ona həsr etdiyi əsərdə el sənətkarını Göyçə təbiətinin və doğma kəndinin fonunda çəkmişdir. Üfüqi kompozisiyada görüntüyə gətirilən aşığın və onu əhatələyən mənzərənin portretə duyğulandırıcı ruh bəxş etməsi kifayət qədər duyulandır.

Əgər Aşığın portretlərinin yaradılmasını xronoloji ardıcıllıqla izləməli olsaq, onda ilk növbədə Əməkdar incəsənət xadimi Əyyub Hüseynovun 1964-cü ildə çəkdiyi portretin adını çəkməliyik. Rəssam yağlı boya ilə çəkdiyi portretdə obrazı bəyaz yerlikdə təqdim etməklə, onun üz cizgilərinin diqqət çəkənliyinə nail olmuşdur. Aşığın tamaşaçıya zillənmiş açıq baxışlarında poetikaya bələnmiş romantik ruh duyulmaqdadır.

Görkəmli fırça ustası Mikayıl Abdullayevin 1970-ci ildə yaratdığı portretin romantikaya bələnmiş ümumi estetik tutumunda da el sənətkarını səciyyələndirən rəng-yaxı həlli milli bədii ənənələrə müvafiqdir. Sol əliylə sazı dilləndirən Aşıq Ələsgərin profil təsviri bütün mənalarda yaddaqalandır, desək, həqiqəti söyləmiş olarıq.

Tarixi şəxsiyyətlərin portretlərinin yaradılmasında zəngin təcrübəsi olan Sadıq Şərifzadənin çəkdiyi əsərdə el aşığının düşüncəli portreti yaradılmışdır. Onun ərsəyə gətirilməsində əsasən gerçəkçi bədii şərhə üstünlük verən rəssam, aşığın inandırıcılığı ilə diqqətçəkən obrazını yaratmağa nail olmuşdur.

Görkəmli qrafika ustası Ələkbər Rzaquliyevin isə obraza özünəməxsus baxışı olmuşdur. Zamanında uşaqlıq xatirələrində gəzdirdiyi şəhər həyatını çox maraqlı biçimdə bədiiləşdirməklə, duyulası şöhrət qazanan rəssam haqqında çox eşitdiyi Aşıq Ələsgərin həyatına da özünəməxsus münasibət göstərmişdir. O, altmışıncı illərdə məşhur saz-söz ustasına həsr olunmuş dörd qrafik lövhə yaradır. Onun linoqravür texnikasında işlədiyi bu əsərlərdə ağ-qara rənglər üstünlük təşkil etsə də, rəssam cizgi “oyunu” ilə lövhələrə duyulası oynaqlıq və lirik ovqat bəxş də bilmişdir. Onların üçündə aşığı bulaqdan qayıdan gözəllə təsvir etməklə, əslində şeirlərində vəsf etdiyi sevgi motivlərinə cəlbedici əyanilik bəxş etmişdir. Bu lövhələri bəzəyən beytlər də təsvirin daha tutumlu alınmasını şərtləndirmişdir, desək, yanılmarıq. Dördüncü əsərdə isə Aşıq Ələsgəri sevgilisi ilə nar ağacının altında görüntüyə gətirən Ə.Rzaquliyev, bu gizli görüşün romantikliyini vurğulamağa nail olmuşdur.

Tanınmış qrafika ustası Fəxrəddin Əli də aşığa bir-neçə əsər həsr etmişdir. Onun yaratdığı qrafik lövhələrdə Aşıq Ələsgər yaradıcılığına duyğulandırıcı obrazlı-poetik “bədii güzgü” tutulmuşdur. Belə ki, rəssam məşhur aşığın bahar ovqatlı portreti ilə yanaşı, onun yazdığı şeirlərə əyanilik gətirən bir-neçə illüstrasiya işləmişdir. Şux boyaların ahəngdarlığına tapınan fırça ustası Aşıq Ələsgər poeziyasına xas lirik duyğuları gözoxşayan bədii-estetik tutumda ifadə edə bilmişdir.

Aşıq Ələsgərə həsr olunmuş son əsərin müəllifi Xalq rəssamı Arif Hüseynovdur. Onun çəkdiyi portret hazırda nəşrə hazırlanan “Azərbaycan aşıqları” çoxcildliyində yer almışdır. Şaquli kompozisiyada aşığı vəsf etdiyi təbiət və gözəllə vəhdətdə təqdim edən rəssam, baxışlarını uzaqlara yönəltmiş el sənətkarının yaddaqalan obrazını yaratmışdır...

"Mədəniyyət" qəzeti

Oxşar xəbərlər

Xəbər lenti

Türk aktrisası vəfat etdi
18:30 13 Avqust 2020
Azərbaycanda əcnəbi serialların yayımı bərpa olundu
17:57 13 Avqust 2020
Məşhur rejissorların ürəyində qalan 5 film - Çəkmək istəyirdilər, alınmadı...
17:02 13 Avqust 2020
"Avatar-2" filminin çəkiliş meydançasından fotolar
16:28 13 Avqust 2020
Xalq rəssamı vəfat etdi
15:09 13 Avqust 2020
Nazirlikdən gedənlər və gələnlər – Sərdar Amin yazır...
14:11 13 Avqust 2020
Mədəniyyət Nazirliyinin aparat rəhbəri vəzifəsindən azad olundu
13:24 13 Avqust 2020
Mahnılarını Niyaməddin Musayev oğurladı, rayonu işğal olunanda beyninə qan sızıb öldü – Bu gözəl musiqilərin müəllifini siz də tanıyın
13:19 13 Avqust 2020
Mühacirətdə olan yazıçı vəfat etdi
12:34 13 Avqust 2020
Sərdarın atası və əlləri
11:52 13 Avqust 2020
Bizə əl atan qoca müəllim
11:07 13 Avqust 2020
Britaniyalı jurnalistin Xocalıdan yazdığı ssenariyə film çəkildi
10:43 13 Avqust 2020
"Qarabağ hekayələri" özbək dilində nəşr olundu
10:04 13 Avqust 2020
Stalin Rəsulzadəni bu yolla qaçırdı, Səməd Vurğun yaralıları apardı – Ayxan Ayvazın reportajı
09:00 13 Avqust 2020
Türkiyəli şair vəfat etdi
18:30 12 Avqust 2020
Məhəllə futbolu - Hekayə
17:58 12 Avqust 2020
Özündən 25 yaş kiçik qadınla evləndi, yoldaşının ikinci əri bütün şəkillərini yandırdı, məzarı hələ də bilinmir – Nəsibə Zeynalovanın atasının dramatik həyatı
17:04 12 Avqust 2020
Məşhur "20th Century Fox" fəaliyyətini sona çatdırır
16:14 12 Avqust 2020
İtaliyada vəfat edən müğənnimizin nəşi vətənə gətiriləcək? - Açıqlama
15:30 12 Avqust 2020
Səfər Alışarlının "İşıq" hekayəsi
14:42 12 Avqust 2020