news-inner
clock16:19 calendar-gray 03 Oktyabr 2017 view-gray647 dəfə oxunub
view-gray647 dəfə oxunub

Bizi qovuşdurdun, payız!

Azər Allahverdiyev

İllər bir-birini əvəz edir, qış gəlir, yaz gəlir, yay gəlir, ancaq payızın yerini heç bir fəsil vermir, çünki payız ağlayır, yarpaqlar saralır, insanlar kövrəlir və soyuqluğu hiss edir. Payız ayında kəndə gedirəm, küçələri dolaşıram, dolaşıram meşələri, Cıdır düzünü, payızın ağlamağını görürəm hər ağac altından keçəndə bir yarpaq ya başımın üstünə, ya ətəyimə düşür, bu yarpaqlar ağacların göz yaşıdır, bu yarpaqlar sevənlərin göz yaşıdır, gözü yolda qalanların sirdaşıdır, salam payız, salam, payız. Bu payız mənə uşaqlıq illərimi xatırladır, bu payız mənə ağlayan günlərimi xatırladır, ağrılı-acılı olsa da ayrıldığım o qızı xatırladır, xatirələr yadıma düşür, salam, payız... Payız gəldi, gözlədiyim Qatar gəlmədi, hər gün gedib qatarı gözlədiyim. 12:30 dəqiqə hər an yadıma düşür, kövrəlirəm, ağlayıram, mənə köməklik edən göz yaşlarıma şərik olan payız olur, salam, payız… Bir vaxtlar gözləyirdim bu qatarı, gəlirdi qatar… Qatar gələnə kimi, Avtovağzal küçəsində tək olardım. Sanki insanlarda bilirdi onu gözləyirəm, qeybə çəkilərdilər. Öz-özümə söhbət edib payızın narın-narın yağışı, xəzanı, küləyi ilə xısın-xısın danışardım. Bu payız gəlmədin, gözlədim səni qatar, salam payız, salam payız… Nədən bu payızda tək qaldım? Tənha bir quş qaldım, yuvadan uçdum, qondum payızın xəzanına, qondum nisgilli ürəklərin yarasına, qondum tənha qalanların pəncərəsinə, qondum gözü yaşlı insanların kipriyinə, qondum sevənlərin yollarına, bu payızda, yenə gəldin payız? Xoş gəlibsən payız. Salam, payız, salam, payız. - Payız, sən gəldin nisgilli ürəyimi, qəmli gözlərimi, çatlayan dodağımı, təzələdin, payız. Bir qutu siqaret, pürrəngi çay, mənim hədiyyəmdi, payız. Oturmuşam odun sobasının yanında, xatirələri yadıma salıram, kövrəlirəm, yuxu kimi düşünürəm, nağıl kimi düşünürəm, tez-tez çıxıram küçəmizə yolboyu baxıram, küçədi dəə, uzanır gedir, heç kim yoxdur, bomboşdur, küçə yarpaqlara bürünübdür, sirlərə bürünübdür, açan yoxdur bu sirləri, nədən payız? Ayağımın altında yarpaqlar xışıldayır, onun mənə pıçıltıyla dediyi sözləri xatırlayıram, onun mənə sakitcə, utancaq “sevirəm” dediyi sözü xatırlayıram, əllərindən tutmağımı, soyuq barmaqlarını isitməyimi xatırlayıram, sevəsən payız, keşkə sevməyi də öyrədəsən, sevəsən payız, bir nəfəsdə doğulmağı da öyrədəsən, bilirsən kimi deyirəm? O qızı deyirəm, payız. Xatırladın onu? Salam, payız, salam payız. Tanrı bəşəriyyəti yaradıb, düzdü, payız ? Hörümçək toru, arı pətəyi, qarışqa yuvanı yaradıb, düzdü payız? Kaş ki, məndə payız yarpaqlarından özümə yuva qurmağı bacarardım, payız… Bağlar xəzana bürünübdür payız... Bu xəzanların səsi çayların şırıltısı kimi eşidilir, payız. Bulaqların saf suyu kimi tər-təmiz görünür xəzanların payız. Sən qocaların əsasısan… Sən ağbirçək anaların örpəyisən… Sən kövrək ürəklərin sirdaşısan... Sən yazıçılarınşamısan, çırağısan, ümidisən, payız. Bilisən nə yadıma düşüb, payız? Xəzanının üstündə dolaşırdıq, birdən gözüm saralmış yarpaqların altındakı üstü palçıqlı üzüyə sataşdı, yadındadı, payız? Mən o üzüyü götürdüm, onun barmağına taxdım, şahidimiz oldun bizim o anda yadına düşdü, payız, o xoş anlar? O anlar yenə gəlməz, payız, səni, onu xatirələrimdə saxlayacam bir ömür boyu, üşüsəm də, soyuqluğu hiss etsəm də, o anlara dönəcəm-dönəcəm, payız.... Səndən qisas almaq istəyirəm, payız, növbə məndədir, Səni unutmaq istəyirəm, unuda bilmirəm, unutsam nələri unudam gərək, payız. Mən payızı xoş anlarla keçirməyi istəyərdim, mən payızda sevə-sevə yaşamağı arzu edirdim… Ömür boyu bir dam altda yaşamağı arzu edərdim, nədən məyus qaldı bu arzular, payız? İllərdir görmürdüm onu, bu gün təsadüfü rastlaşdım xəzanın üstündə, payız. Özgə qollarında gördüm… . Körpəsi qucağında, ruhu məndə, cismi xəzanın üstündə idi. Yenə bizi qovuşdurdun, payız. Salam, payız! Salam, payız. Bəlkə bu şəhərdə yaşamasaydım bu qədər onu xatırlamazdım. Yaşadığım çinarlar şəhəri xəzanına bürünübdür, payız. Elə bu şəhərdə bu xəzana görə çinarlar şəhəri adlanır. Ömür kitabımı sənin fəslində yazdığıma görə bilirsən nə qədər məyus oluram, payız!

news-inner-user
Kulis+

627 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

Berlin Film Festivalı açıq havada keçiriləcək
17:35 10 May 2021
Musa Dədə əbədiyyət yaşında - Fərid Hüseyn yazır...
15:51 10 May 2021
Çingiz Qənizadə: “Kəramət Böyükçölü maliyyələşdirib üstümə göndərənləri yaxşı tanıyıram” – Müsahibə
14:30 10 May 2021
Leonardo da Vinçinin çəkdiyi rəsm hərraca çıxarılacaq
13:45 10 May 2021
Məşhur yazıçı vəfat etdi
12:30 10 May 2021
Allah üçün bənna kimdir? - Şəhriyar Del Gerani yazır...
11:30 10 May 2021
Türkiyəli bəstəkar Qarabağ Zəfərinə mahnı bəstələdi - Video
10:20 10 May 2021
Kimi Kreml xəstəxanasına müalicəyə göndərdi, kimi "KQB"-nin qəzəbindən qorudu? – Heydər Əliyevin ədəbiyyatımıza verdiyi töhfələr
09:30 10 May 2021
Zöhrə Abdullayeva xəstəxanaya yerləşdirildi
19:45 09 May 2021
Ədəbiyyatımızın ən gözəl müharibə şeirləri - Mətnlər
14:28 09 May 2021
9 May qələbəsində rus arağının rolu - “Tamamilə məxfi” sənədlər
10:30 09 May 2021
Paşinyan Cıdır düzündə “Yallı” gedəndə – Bircə yazır...
09:01 09 May 2021
Şuşa haqda məşhur şeirin müəllifindən Qələbə Şeiri
08:01 09 May 2021
Yeni filmin nümayişi təşkil olunub
18:01 08 May 2021
Ədəbiyyat tariximizə qızıl hərflərlə yazılan misralar: 5 seçmə şeir
17:20 08 May 2021
Azərbaycanlı musiqiçi vəfat etdi
16:20 08 May 2021
Gənc yazardan yeni hekayə: Şlaqbaum
15:39 08 May 2021
Aktyor kitabxananın qonağı oldu
15:01 08 May 2021
Musa Yaquba sevgi və iztirabla
14:20 08 May 2021
Çingiz Hüseynovun ən çox sevdiyi 10 roman - Siyahı
13:36 08 May 2021