writer1

Şəhriyar del Gerani

Məqalə sayı

67
clock09:28 calendar-gray 23 Sentyabr 2017 view-gray383 dəfə oxunub
view-gray383 dəfə oxunub

Faciələrimizdən pul qazananlar

Kulis.az Şəhriyar del Geraninin “Psixoloq yoxsa, psixiatr?” yazısını təqdim edir.

Bayaq dostlar ilən bir restoranda oturmuş idik. Nəfəsimin təntidiyini hiss etdim. Qəfil budaqları başımızın üstünü Müaviyə ordusu kimi namərdcə kəsdirən ağaca gözüm sataşdı. Nə ağacı olsa yaxşıdır? Əncir! Xudaya, bu gözəlim məmləkətdə yerində olmayan təkcə adamlar deyil, həm də ağaclar.

“Nə işi var bu oksigensovuran ağacın restoranın həyətində?” - sualını qeyri-ixtiyari ucadan səsləndirdim. Yan masada oturan orta yaşlı qarınlı vətəndaş diqqət kəsildi. Üzümü ona tutub təkrar sual etdim? Yoldaş, sən bilərsən, nə işi var burda? Qarınlı yoldaş əliylə göbəyinə sığal çəkib ciddi-ciddi cavab verdi: “Nə bilim vallah, restorandı da, restoranda nə işi olar? Adminstrator, aşpaz, ofissiant...”

Hiss elədim ki, ciddi psixoloji problemləri var qarınlı vətəndaşın. Ümumiyyətlə, qarınlı adamların problemləri çox olur, müşahidələrimə əsasən deyirəm. Bir qarınlı tanışım vardı, hər dəfə paltar alanda dərziyə gedərdi. Sonra da başlayardı deyinməyə: “Ay kişi, belə də şey olar? 45 manata şalvar-köynək alırsan, üstünə yığdırmağa dərzi də 30 manat istəyir”. Adi paltar alanda bunca zəhmətə qatlaşan insanın başqa müstəvilərdəki məşəqqətlərini düşünün. Hər addımda psixoloji travma. Bir gün bunu götürüb apardım psixoloqa. İcazə verin bunu yeni sətirdən, abzasdan nəql edim.

Deməli, günlərin bir günü yoldaşlardan biri bərk gileyləndi həyatından. Həmin bu qarınlı yoldaşı deyirəm. Belə başa düşdüm ki, Füzulinin qəzəllərindəki ğəmli adamın taleyini yaşayır. Dedim, gedək psixiatra. Elə psixiatr demişdim, başlandı teatr. Qayıtdı ki, mən dəli zadam səninçün? Qəribə tiplərdir. Psixiatr kəlməsi yalnız dəli assosiasiyası yaradır bunlarda. Nə qədər cəhd elədim, bu “Qarın yoldaş”a başa sala bilmədim məsələni. Xülasə, getdik psixoloqa. Psixoloq da girəndən-çıxana “Dostu necə qazanmalı?” kitabından dəm vurdu. Özümü saxlaya bilmədim, dedim, a bəy, sən “Dostu necə qazanmalı”dan savayı bir kitab oxumamısanmı?” Qayıtdı ki, əlbəttə oxumuşam, mənim ixtisasım budur, hətta Karnegini də oxumuşam! Gördüm, bunun da psixoloji problemləri var. Durub bizi yola salanda gördüm, qarnı da varmış.

Psixologiya qədim elmdir, 25 əsrlik tarixi var. Söz yox, 19-cu əsrdən xüsusi elm kimi təşəkkül tapdı. Amma qədim zamanlardan adamlar bu elm ilən ruhu müayinə və müalicə etmişlər. Bizdə isə bir çox sahələr kimi bu sahənin də təyinatı yanlış. Yaxud, yanlış adamların əlində. Aristotelin sehrli iksiri bizim yerli psixoloqların reseptində yox. Bizim psixoloqlar bütün günü xalqa gopa basırlar. Məsələn, özlərini ixtisaslaşdırırlar – “Ailə psixoloqu”. Araşdırırsan, görürsən dağılmaq təhlükəsi olan 20 ailə müraciət edib son 3 ayda, hər iyirmisi dağılıb.

Statistika var, son 10 ildə qurulan hər iki ailədən biri dağılıb. Bu dəhşətli, tükürpədici olaydan narahat olan bir nəfər də psixoloqa rast gəlmədim. Ailə institutu deformasiyaya uğrayır, dağılır, amma həyəcan siqnalı yox. Başları qarışıb biznesə. Adamların faciəsi üzərindən alver edirlər. Qəbul qiymətləri də kəllə-çarxda. Giriş 20 manat, 50 manat. Bir konsultasiya 80 manat, 150 manat. Danışdıqları da boşboğazlıq, çərənçilik, gop. Dünya görüş, İQ səviyyəsi, təfəkkür tərzi sıfırın altında. Hamısının da qarnı var.

Gedirsən qəbula, deyirsən, ailəm dağılır, hər gün münaqişə, mübahisə filan. Son sözü bu olur: “Çalışın mübahisədən qaçın”. Deyirsən, əsəblərim oyaqdı, yuxu rejimim pozulub. Deyir, çalışın sizi əsəbləşdirən şeylərdən uzaq olun, vaxtında yatın. Deyirsən, özümə yer tapa bilmirəm, cəmiyyətlə aramda uçurum var. Deyir, bacardıqca göy-göyərtini çox yeyin.

Mərhum psixoloq Dəyanət Rzayevlə verlişlərin birində qonaq idik. “Yutub”da var, adımızı yanaşı yazıb axtarış versəniz, çıxacaq. Söhbət əsnasında dedim, camaatı dəli eləyən elə psixoloqlardır, rahib pozası alıb səbr diləyirlər. Mərhum dostumuz güldü, dedi, razıyam sizinlə. Əlbəttə, razı idi. O, yaxşı bilirdi ölkədəki psixoloqların ümumi səviyyəsini.

Mən bizim psixoloqlara “yerli psixoloqlar” deyirəm. Həm məcazi, həm birbaşa mənada. Nədən ki, hamısı yer adamlarıdır. Merkantil maraqlara söykənib, meşşan dünya görüşü ilə Aristotelin ruh elminin davamçısı olmaq yaramaz. Ümumiyyətlə, bu tövr yaramazlıq olmaz.

Bugünlərdə bir oxucum mənə müraciət etdi, psixoloq yardımına ehtiyacı olduğunu dedi. Mən ona psixiatr dostumu önərdim. Əslində, bu yazı da həmin dialoqun nəticəsində yazılır. Oxucum, niyə psixoloq yox, psixiatr? – deyə sual etdi. Dedim, çünki Aristotelin sehrli iksiri, məlhəmi psixiatrların əlindədir. Səni narahat edən ruhani hallarını deyirsən, təyinatı üzrə məsləhətlər verir, həblər yazır, gedirsən sağalmağının dalınca. Dialoqumuz yarımçıq qaldı. Üstündən bir neçə gün keçmiş xəbər tutdum ki...

(ardı gələn yazıda)

REKLAM

Yazarın digər yazıları

Xəbər lenti

Nana sevirdi - Nərmin Kamaldan hekayə
12:31 17 Yanvar 2021
“Ah, bu uzun sevda yolu” onlayn nümayiş ediləcək
17:20 16 Yanvar 2021
“Əli Kərim deyib ki, məndən yaxşı yazır” - Azərbaycanlı şairin son müsahibəsi
16:30 16 Yanvar 2021
Muzey və sərgi salonları bu tarixdən fəaliyyətə başlayacaq
15:17 16 Yanvar 2021
Çıxın dağlara-daşlara səpələnək, atışaq - Eyvaz Əlləzoğlunun hekayəsi
13:32 16 Yanvar 2021
20 Yanvarla bağlı sənədli film çəkilir - Video
12:15 16 Yanvar 2021
"Xəmsə möcüzəsi" müsabiqəsinə start verildi
11:15 16 Yanvar 2021
Fuad Poladov: “Nəyə görə həbs olunduğumu bilməliydim” – Müsahibə
09:00 16 Yanvar 2021
Onu babasının adıyla çağırdılar, "başı Sovet çəkici ilə əzilməlidir" dedilər, ardıcıl iki dəfə sürgün etdilər - Almas İldırımın məşəqqətli həyatı
20:45 15 Yanvar 2021
“Santa Barbara” serialının qəhrəmanı vəfat etdi
18:46 15 Yanvar 2021
Milli Teatr Vətən müharibəsi iştirakçısını işlə təmin etdi - Foto
18:19 15 Yanvar 2021
Azərbaycanlı rəssamın ABŞ -da fərdi sərgisi açıldı
17:37 15 Yanvar 2021
Cəfər Cabbarlı ilə Səməd Vurğun Onu niyə anlamırdılar?
17:14 15 Yanvar 2021
Görkəmli ingilis rejissorun kitabı Azərbaycan dilində - İlk dəfə
16:30 15 Yanvar 2021
Yaşamak bir ağaç gibi... – Günün şeiri
15:51 15 Yanvar 2021
Ərə vermək üçün yaşını artırdılar, prokuror qaynı oğlunu əlindən aldı, evində ölü tapıldı - Məşhur aktrisanın film kimi həyatı
15:11 15 Yanvar 2021
Netflix “Leyli və Məcnun” filmini çəkdi: Azərbaycanlı oğlan və İndoneziyalı qız - Video
14:31 15 Yanvar 2021
Şuşaya Üzeyir bəylə qayıtmağın fəziləti
14:07 15 Yanvar 2021
Kişiləri öldürüb özü uzun yaşayan qadınlarımız: Dəhşətli statistika
13:29 15 Yanvar 2021
Tacikistan mediası "Nizami ili"ndən yazır
12:45 15 Yanvar 2021