Nobelli yazıçı Azərbaycan dilində

Nobelli yazıçı Azərbaycan dilində
24 avqust 2017
# 14:28

Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin yeni nəşri – görkəmli macar yazıçısı, Nobel mükafatı laureatı İmre Kertesin “Talesiz” kitabı işıq üzü görüb.

Kulis.Azın verdiyi xəbərə görə, İkinci Dünya müharibəsi illərində Osvensim və Buhenvaldda yaşananları, dəhşətli düşərgə həyatını təsvir edən roman ilk dəfə 1975-ci ildə Macarıstanda nəşr edilib. Yalnız 1990-cı ildə alman dilinə tərcümə edildikdən sonra əsər Avropada geniş şöhrət qazanıb. 2002-ci ildə isə roman macar ədəbiyyatına ilk Nobeli qazandırıb.

“Talesiz”, yazıçının “Məğlubiyyət”, “Doğulmamış uşaq üçün kadiş” romanlarının da daxil edildiyi avtobioqrafik trilogiyasının birinci əsəridir və Azərbaycan dilində ilk dəfə işıq üzü görür.

Romanı dilimizə Mahir N. Qarayev və Güldəstə Nəsib tərcümə edib.

# 2260 dəfə oxunub

Oxşar xəbərlər

"Keçmişimdən kimisə qucaqlamaq istəyirəm..." - Edamdan qurtulan Dostoyevski qardaşına nə söz vermişdi?

"Keçmişimdən kimisə qucaqlamaq istəyirəm..." - Edamdan qurtulan Dostoyevski qardaşına nə söz vermişdi?

12:00 11 noyabr 2026
Müharibənin görünməyən qəhrəmanları – “404” romanı hansı yaraları yenidən açır?

Müharibənin görünməyən qəhrəmanları – “404” romanı hansı yaraları yenidən açır?

14:00 7 noyabr 2026
Dəliliyin ən havalı halı: Təbiətin sadəliyi ilə bütövləşib yaşamaq arzusu

Dəliliyin ən havalı halı: Təbiətin sadəliyi ilə bütövləşib yaşamaq arzusu

12:25 7 noyabr 2026
“Rəng mühəndisi”nin toz-dumanlı dünyası

“Rəng mühəndisi”nin toz-dumanlı dünyası

15:00 6 noyabr 2026
Natəvan Dəmirçioğlunun “Açar” romanı: dil və üslub xüsusiyyətləri - Leyla Məmmədəliyeva

Natəvan Dəmirçioğlunun “Açar” romanı: dil və üslub xüsusiyyətləri - Leyla Məmmədəliyeva

13:35 1 noyabr 2026
"İstiqlal söhbətləri" - düşüncə ehtirası və alim qüruru - Elnarə Akimova

"İstiqlal söhbətləri" - düşüncə ehtirası və alim qüruru - Elnarə Akimova

16:00 27 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər