writer1

Günel Natiq

Məqalə sayı

147
clock10:51 calendar-gray 21 Avqust 2017 view-gray559 dəfə oxunub
view-gray559 dəfə oxunub

Yengə axtaran müasir xanım

Günel Natiq

Adətən yengəni belə təsəvvür edirəm; Genbalaq, tosqun qadın, yanlarını basa-basa yeriyir. Gəlinin yanından bir an da çəkilmir, sanki bir anlıq uzaqlaşsa, onun nəzarəti olmadan həmin hadisə baş verəcək. Yengə həmin vaxt öz “mövqeyində” olmayacağından çox qorxur. Ümumiyyətlə yengə gedişat boyu mütləq hər hadisənin içində olmalıdır.

Yengə kimdir? Quqla baxıram. Keçmişdə qızlar gəlin köçəndə onun yanında gedən, ona rəhbərlik edən qadın. Əlbəttə ki, yengə gəlini öz otağına kimi müşayiət edib, qapının ağzını kəsdirirdi və bəyi içəri buraxandan sonra qapının deşiyindən içəriyə nəzarət edirdi.

Yəni insanlar bu qədər məhrəm olan məsələnin “həllini” bu qadına həvalə edirdilər. Bir də yengə haqqında keçmiş zamanda niyə danışırıq ki?

Toy adətlərimiz son yüzilliklər ərzində xeyli dəyişib, yeni elementlər gəlib, köhnə ünsürlər sıradan çıxarılıb. Amma yengə öz dözümü və gücüylə günümüzə qədər gəlib çıxıb.

Bildiyim qədər qadınlar yengə olmağa çox həvəslə razılıq verirlər. Yengəyə hər iki tərəf hədiyyə verir, xüsusi hörmətli yerdə oturulur, yengənin sözündən çox şey asılı olur və s.

Yengənin sözü bir növ bakirəlik arayışını əvəz edir. Həm də bu “arayış” illər ərzində öz “möhürünü” qoruyub saxlayır. Hər bir an yengəyə üz tutub neçə il qabaqkı toyun gəliniylə bağlı bütün həqiqətləri öyrənmək olar. Həm də yengənin sözü kişi sözü kimidi.

“Yengə dedi, qurtardı!”

Keçmişdə yengənin bir sözüylə gəlini eşşəyə tərsinə mindirib ata evinə yola salardılar. Yəni qız bakirə deyilsə, - bunu yengə təyin edirdi, - həmin qız rüsvay olurdu, bakirə çıxmayan gəlinləri də el adətinə görə ata evinə o vəziyyətdə göndərərdilər.

Təsəvvür edin, yengə elə bir səlahiyyət sahibiymiş ki, istədiyi vaxt gəlin otağının qapısını döyüb olaylara müdaxilə edə bilərmiş: “Di qurtarın! Bu iş nə uzandı! Camaat gözləyir axı!”

Məsələ bir az qəlizləşəndə yengə gəlinin qapısını döyüb işə əməlli-başlı əncam çəkmələrini tələb edərmiş. Bu təzyiq altında zavallı gəlinlə bəyin vəziyyətini təsəvvür etmək yəqin ki, çətin deyil.

Keçmişdə yengəyə bir də o səbəbdən ehtiyac var idi ki, yengə qızlara müəyyən məsləhətlər verir, onu zifaf gecəsinə hazırlayırdı. Qızların qadınlardan daha bilgili olduğu çağdaş günlərdə yengə məsləhətlərinə ehtiyac varmı?

Bir dəfə ümumi söhbət zamanı bir müasir xanım dedi ki, bu gün də yengəyə ehtiyac var. Hamı təəccüblə bir-birinin üzünə baxdı. Həmin qadın sözünə davam edərək dedi ki, yengə olmasa, oğlan tərəfinə qızın bakirə olduğunu bəzən sübut etmək olmur. Yengə isə dəlil-sübutdur.

Təsəvvür edirsiniz, 21-ci əsrdə gəlinin bakirəliyini sübut etmək üçün qapının deşiyindən gəlin otağına nəzarət edən bu yaşlı qadına ehtiyac var.

Doğrudanmı sivilizasiyadan bu qədər gen düşmüşük? Bəlkə at arabalarını da bərpa edək? Çünki bu düşüncəylə yol alsaq, ancaq at arabalarıyla gedə bilərik.

Hətta mənə dedilər ki, bu yaxınlarda kəndlərin birində toy zamanı bir deyil, bir neçə yengə (yengənin rəfiqələri) varmış və hərəsi bir tərəfdən (biri pəncərədən, biri qapıdan, biri çardaqdan və s.) gəlin otağında baş verənləri izləyirmiş.

Bütün bunların şahidi olan qız deyir ki, şəhərdən gələn qonaq qadınlar da həvəsə gəlib pəncərəyə dırmaşmağa cəhd göstərirdilər. Deyilənə görə, hətta bu qonaq qadınlar seyr etdiklərindən şok keçirib sonradan baş verənləri anlamaqda çətinlik çəkiblər.

Həm ağlamalı, həm də gülməli situasiyadır.

Sizcə eyib olan nədir? Toyun yengəsiz keçməsi, yoxsa yengənin (yengələrin) idarəçiliyi ilə müşayiət olunması?

Bizdə insanlar çox vaxt kortəbii mülahizə yürüdür. Düşünürlər ki, əgər adət-ənənəyə zidd olan bir fikir desələr, daş-qalaq olunacaqlar.

Ancaq hamıya zidd fikir söyləmək eyib deyil.

Eyib olan minilliklərin düşüncəsiylə mülahizə yürütmək və etiraz edə bilməməkdir.

REKLAM

Yazarın digər yazıları

Xəbər lenti

"Emmi" mükafatının qalibləri açıqlandı
10:03 21 Sentyabr 2020
Xalq yazıçısını dəfn edən molla: “Onu məzara qoymağa bir qohumu, dostu tapılmadı” – Müsahibə
08:58 21 Sentyabr 2020
Məşhur meyxanaçı: "O işlə təkcə meyxanaçılar məşğul deyil ki" - Video
17:01 19 Sentyabr 2020
Rejissormuzun filmi Beynəlxalq Turizm Filmlər Festivalının qalibi oldu
15:51 19 Sentyabr 2020
Bitlz qrupu haqqında kitab çap olundu
14:41 19 Sentyabr 2020
Mənə möcüzə kimi görünən ədəbi hadisə - Elçin yazır...
13:30 19 Sentyabr 2020
Dörd min ildi dustağam - Adil Şirinin şeirləri
12:20 19 Sentyabr 2020
Dovlatovun heç yerdə çap olunmamış şeiri sərgiləndi
11:05 19 Sentyabr 2020
Respublika Uşaq kitabxanası yeni layihəsinin ilk mövzusunu Milli Musiqi Gününə həsr edib
09:59 19 Sentyabr 2020
Mətbəxdə cazibəsini itirən qadının dramı
09:00 19 Sentyabr 2020
Üzeyir Hacıbəyovun felyetonu: “Cin”
21:01 18 Sentyabr 2020
Açıq havada premyera oldu – İlk dəfə
19:01 18 Sentyabr 2020
Onlar "Ginnesin rekordlar kitabı"na daxil oldular - Fotolar
18:40 18 Sentyabr 2020
"Arşın mal alan" Bolqarıstan teatrında səhnəyə qoyuldu
18:00 18 Sentyabr 2020
Sarı camış - Kamal Abdulladan yeni hekayə
17:22 18 Sentyabr 2020
Azərbaycanın “Avroviziya-2021”də iştirakı təsdiqləndi
16:38 18 Sentyabr 2020
Üzeyir Hacıbəylinin xatirəsi anıldı
15:51 18 Sentyabr 2020
Dostunun qızıl saatını oğurlayan Vüqar, ərindən iyrənən Validə... – Səriyyə xala iş başında
15:10 18 Sentyabr 2020
“Qalatasaray”ın qələbəsinə sevinən kölə təfəkkürü – Sərdar yazır...
14:32 18 Sentyabr 2020
İntim görüntülərlə şantaj olunan qadın nə etməlidir?
13:39 18 Sentyabr 2020