news-inner
clock09:05 calendar-gray 18 Avqust 2017 view-gray203 dəfə oxunub
view-gray203 dəfə oxunub

O məşhurları qrim bu hala saldı - FOTO

Yaxşı aktyor kimi desən oynamağı bacarandır: özündən yaşca balacanı da, təcrübəsi, yaşı özündən qat-qat çox olanı da.

Kulis.az kinoda qocala bilmiş aktyorları təqdim edir.

Cared Leto “Cənab heç kim” filmində (2009) Nemo rolunda

Jaredi bu görkəmdə bir də nə vaxtsa çətin görək: Aktyor deyəsən cavanlıq məcunu içir, son 20 ildə bir qırış da artmır. Deyirlər, qrim hazırlanması üçün istifadə etdiyi silikon maskadan iyrənirmiş, amma rolu əla alınıb.

Tilda Suinton “Qrand Budapeşt oteli” filmində (2014) Madam Selin-Vilnev Deqoff-und-Taksis rolunda

Aktrisa yaşlı aristokrat qadını ustaca oynayır: qrimdə elə ustalıqla çəkilib ki, asanlıqla tanımaq mümkün deyil. Yeri gəlmişkən Süinton tezliklə kinoda bir daha qocalacaq: “Suspiriya” filmində onu yaşlı kişi rolunda görəcəksiniz. Necə deyərlər tanınmaz halda.

Bred Pitt “Bencamin Battonun sirli əhvalatı” filmində (2008) Benjamin Batton rolunda

Bred Pitti qocaltmaq üçün o illərin ən yeni texnologiyaları istifadə olunub: Aktyorun üzündən alınan120 emosiya 3d modelə fiksə olunub. Nəhəng bir iş aparılıb – aktyorun emosiyaları onun dublyoruna köçürülüb. Filmin olsa-olsa yarısını Pitt adi kamera qarşısında oynayıb.

Keyt Blanşett “Bencamin Battonun sirli əhvalatı” filmində (2008) Deyzi rolunda

Benjamin Battonun sirli əhvalatı filmində əsas qadın rolunu Keyt Blanşet oynayır, onun qəhrəmanı film boyunca qocalır. Onun obrazını yaratmaq üçün bəzi yerlərdə adi qrim istifadə olunub, bəzi yerlərdə isə elə baş rol üçün də istifadə olunan animasiyadan istifadə olunub.

Keyt Uinslett “Qiraətçi” filmində (2009) Hana Şmidt rolunda

Filmdə Uinslettin qəhrəmanı gözümüzün qarşısında qocalır: elə çəkilişlər olub ki aktrisa qrimə 8 saat vat sərf edib. Zəhmət boşunə getməyib: Film alınır, Keytsə roluna görə “Oskar” alır.

Culiyanna Mur “Saat” filmində (2002) Lora rolunda

Tamaşaçının gözü qarşısında qocalmaq hər bir aktrisa üçün cəsarətli addımdır, amma Culiyanna Mur həm gənc həm də qoca gördüyümüz qəhrəmanın rolunun öhdəsindən ustaca gəldi. Aktrisa artıq 50 yaşı keçib amma demək olar ki həyatda qocalmayıb, belə getsə onun qocalmağını ancaq kinoda görə biləcəyik.

Leonardo di Kaprio “C.Edqar” filmində (2011) Edqar Quver rolunda

Filmin sonunda Leonu tanımaq olmur: onun qrimi bütün üzünü tutan maskadan ibarət idi; müxtəlif pariklər, burunlar və ağ saçlar.

Xeyli Etvell “Ilk qisasçı: başqa müharibə” filmində (2014) Peqqi Karter rolunda

Bu rol üçün rəqəmsal qrim istifadə olunub: aktrisa öz rolunu qrimsiz oynayır, amma üzündə markerlər olmaqla. Filmə dərisi Xeylinin üzünə düşən yaşlı dublyor çağırılır, qrim işi zərgər dəqiqliyi ilə aparılır. Yavaş yavaş aktyorlar narahat qrimlə əzab çəkmirlər – yaşasın yüksək texnologiya!

Xelena Boem Karter “Böyük balıq” filmində (2003) Cadugər rolunda

Deyəsən Xelenanın üstalığı bu filmdən yaxşı heç harda görünmür: aktrisa ekrana iki əks şəxsiyyət təqdim edir: Gözəl qız Cenifer və şüşəgöz küpəgirən qarı.

Keris Van Xauten “Taxt oyunu” (2016) 6-cı mövsüm filmində Qırmızı Qadın rolunda

Serialın pərəstişkarları 6-cı mövsümün əvvəlini yaxşı xatırlayırlar - Cadugər Melissandra qəflətən iyrənc qarıya çevrilir. Bəs bu rolu kim oynayır? Əlbəttə ki, dublyorsuz keçinmək olmur, amma sima Qırmızı qadın rolunda oynayan aktrisa Keris Van Xautenə aiddir.

/adme.ru/

news-inner-user

15844 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

Şəhid generaldan roman yazılacaq
16:30 15 İyul 2020
Bəhram Bağırzadədən xəbər var
15:44 15 İyul 2020
Həmişə ana söyüşü söyən Çexov: son nəfəsdə dediyi müəmmalı söz nə idi? - Qeyri-adi faktlar
15:02 15 İyul 2020
Aktyor ölümlə təhdid olunur
14:17 15 İyul 2020
Facebookda müharibə aparanlar – Oğuz yazır...
13:25 15 İyul 2020
Anar müharibədən danışdı: “Ziyalı sözünə ehtiyac var”
12:46 15 İyul 2020
Məşhur aktyor koronovirusdan vəfat etdi
12:13 15 İyul 2020
Azərbaycanlı şairdən yeni qələbə marşı – Mətn
11:31 15 İyul 2020
Xəyyam Mirzəzadənin həyat yoldaşı vəfat edib
10:58 15 İyul 2020
Əsgərlərlə birlikdə dağa odun daşıyan, öz hesabına kazarma tikdirən, evini şəhid ailəsinə bağışlayan komandir
10:14 15 İyul 2020
XVI əsrdə yaşamış Azərbaycan şairinin şeirlər toplusu tapılıb
10:01 15 İyul 2020
Bu yazıçılar müharibədə iştirak ediblər - Siyahı
09:00 15 İyul 2020
Sorrentino Maradona haqda film çəkir
18:52 14 İyul 2020
İtkin düşən aktrisanın cəsədi tapıldı
18:12 14 İyul 2020
Etimad Başkeçidin səs-küylü hekayəsi: Veyil dərəsi
17:33 14 İyul 2020
Adını duaya çevirib Tanrıya pıçıldamaq...
16:52 14 İyul 2020
Məşhur aktyor koronavirusdan öldü
16:21 14 İyul 2020
Dünya gözlərinlə mənim aramda keçir... – Adonisin şeirləri
15:39 14 İyul 2020
Con Travoltaya ağır itki
15:00 14 İyul 2020
Türkiyəli yazıçı vəfat etdi
14:21 14 İyul 2020