writer1

Aliyə

Məqalə sayı

996
clock14:30 calendar-gray 11 Avqust 2017 view-gray151 dəfə oxunub
view-gray151 dəfə oxunub

Bahalı maşın sahibləri niyə xoşbəxtdirlər?

Aliyə yazır

Xoşbəxtlik keçmiş zamanda

İnsan, heç kimi yox, özü-özünü xilas edə bilərmi? Yol gedə-gedə bu suala cavab vermək asan deyil, iri-iri maşınların arasında, o biri dünyaya vasil olmaq ehtimalımız artdığı vəziyyətdə belə suallar verməyin düşər-düşməzi olur.

Ölkənin magistral yollarından birindəyik. Ötmə əməliyyatı olmaz. Avtomobillər ard-arda düzülüb. Sürət aşağıdır, qarşıda ağır yük maşını gedir. Bahalı markalı maşınlar bu ləng gedən dəvə karvanından ayrılır, ötmə əməliyyatı edirlər.

Təntimiş sürücümüzə təsəlli verirəm: “Yol ver-bəlkə tələsir, xəstəsi var?”

“Pulu var!”. İki kəlmənin qəzəbi “bunlar qudurub”, təəssüfü“mənimki yoxdur” deyir.

Hansısa bir hadisə baş verəndə, 8 günün əsgəri hərbi xidmətdə öləndə, kasıb bir koma ailənin başına uçanda, imkanlı məmur kasıb birini tapdayıb öldürəndə bu qəzəb və təəssüf yenidən ortaya çıxır, istər-istəməz “biz və onlar” bölgüsü yaradır. Kasıblar və varlılar. Halbuki dünya yaranandan kasıblar və varlılar var. Məsələ puldadırmı? Əlbəttə. Amma tamamən yox. Məsələ pulda yox, pulun qanunu üstələməsində, almasındadır. Hər şey alınıb-satılanda biz və onlar bölgüsü şərtidir. Belədə biz də onlar ola bilərik, onlar da biz. Arada rasional fərq yoxdur.

Hər şey, TV də, reallıq da, dörd bir tərəf pulun gücünü tərənnüm edirsə, qlamur ideologiyası düşünən beyinləri zəbt edirsə, insan nə düşünməlidir? “Adəmi adəm eliyən paradır” deyəcək əlbəttə.

Bayaqkı maşındayıq, kondisioneri xarab maşının bürküsü bu dəfə yol yoldaşımı təntidir. Onu sakitləşdirirəm: “Hesab elə ki, 80 ci-illər üçün ən bahalı maşındayıq indi. O zaman heç kondisionerli avtomobil yox idi. Amma Qaz 24-ü olan adamlar xoşbəxt idilər. İndi kondisionersiz maşında özümüzü niyə bədbəxt hiss etməliyik ki?”

Səbrim sürücünü özündən çıxarır: “Orta əsrdəki at arabalarına baxanda biz çox sürətliyik. Ay necə xoşbəxt faytonçuyam!”

Sürət lap azalır. “Dəvələr” “hərami” görmüş kimi, ürkək-ürkək irəliləyir.

Niyə? Qanunu almaq olmaz. Pulumuz çatmır deyə? Yox. Müqəddəsdir deyə...

Bayaq da reallıqdan utandım deməyə. Adəmi adəm eliyən həm də bir para suallar vermək gücüdür. Özünə və başqalarına.

Paylaş

REKLAM

Yazarın digər yazıları

Xəbər lenti

Xalq artisti səhnədən getdiyini elan edib
14:50 19 Noyabr 2019
Cavanşir Yusiflinin kitabı təqdim olunacaq
14:12 19 Noyabr 2019
"Qiyamət gün gəlir" - Rafiq Tağıya həsr olunan şeir
13:30 19 Noyabr 2019
Salam Sarvan məşhur meyxanaçı ilə görüşəcək
12:49 19 Noyabr 2019
Cəfər Cabbarlı həftəsi keçiriləcək
12:40 19 Noyabr 2019
“dOM” teatrının direktoru: “Elə oynamalısan ki, tamaşaçı oyuna qatılmaq istəsin” –Müsahibə
11:59 19 Noyabr 2019
Qadınların məğlub olduğu yer - Kişilər
11:41 19 Noyabr 2019
Bu əlyazma 780 min avroya satıldı
11:20 19 Noyabr 2019
Çox narahatam - Qorxmaz Quliyev Nəsimidən yazır...
10:50 19 Noyabr 2019
Xalq artisti xəstəxanaya yerləşdirildi
10:12 19 Noyabr 2019
Vyanada Vaqif Mustafazadənin xatirəsinə konsert
09:50 19 Noyabr 2019
Yaxşılığın peşman elədiyi adam - İsi Məlikzadədən hekayə
09:00 19 Noyabr 2019
Yazıçımızın kitabı erməniləri qəzəbləndirib - Foto
20:08 18 Noyabr 2019
Alim Qasımovun qızından Nəsimi sürprizi - Video
18:42 18 Noyabr 2019
O viranə yuxu - Xəyyam Rəfilinin şeirləri
18:20 18 Noyabr 2019
Aydın Talıbzadə yazır: Onun adı Gülşad...
17:41 18 Noyabr 2019
Mirzə Cəlilin nəticəsi danışdı: "Onunla fəxr edirəm"
17:00 18 Noyabr 2019
Mirzə Cəlilin 150 illik yubileyinə həsr olunmuş konfrans keçirilib
16:15 18 Noyabr 2019
50 yaşda eşqə düşən, işə içkili gələn, jurnalistləri aldadan Xalq artisti
15:33 18 Noyabr 2019
Şövkət Ələkbərovanın xatirə gecəsi keçirilib
14:40 18 Noyabr 2019