writer1

Cavanşir Yusifli

Məqalə sayı

48
clock14:16 calendar-gray 02 İyul 2017 view-gray74 dəfə oxunub
view-gray74 dəfə oxunub

Bir nəfər üçün yazmaq

Bu dünyada ən intim, heç kəsin təşrif gətirə bilmədiyi yer yazıçının yazı masasıdır. Başqa şeylərdən fərqli olaraq onu gün işığına, açıq səma altına çıxarmaq olmaz. Olarsa, mənası, mahiyyəti itər. Başqa bir şeyə çevrilər.

Hətta bütün işıqları keçirib pərdə arxasında keçib yazanlar olub. Qələm öz işığı ilə işləyir. Ya bəlkə dayanıb gözləyir ki, hərdən ildirım çaxsın, şimşək oynasın, oların işığı düşəndə yazsın. Bilinmir.

Siqaretlər çəkilir, kül külə qarışır. Bu mühitdə, bu xəfə yerdə yazıçı külünü siqaretin tüstüsünə, siqaretin külünə qarışdırır.

Səni heç kəs, heç özün də görməməlisən.

Başqa bir şəxsə çevrilirsən. Özünlə söhbət edirsən. Sözünüz tərs düşə bilər. Özünü bağışlamazsan. Ürəyin ağrıyar. Amma yenə bu pıçıltılar davam edər.

Amma bu yazının kiminçün yazıldığını heç biriniz kəsdirməz. O adam bu dumandan, bu küldən doğulacaq. Ancaq bircə nəfər. O kimdisə naqil olmalıdır. Sənin ağrını canından keçirib ətrafa buraxmalıdır. Dözsə, tab gətirsə.

Sən bir nəfər üçün yazırsan, ancaq onu düşünürsən, bütün dünyanı ayaqların altına qoyub ürək ağrını sözə çevirirsən, amma söz tükənir. Yazmaq istədiklərin sözə sığmır. Keçirdim qəlbimi yüz-yüz gözəlin / heyran baxışının odu içindən / mən onu vermədim, verə bilməzdim…. çünki sənin üçün saxlamalıydım / saxlamalıydım ki, mən onu sonra, verəm gözlərinin cəfalarına… Şeirdən adda-budda misralar gəlir, yaddaşın köz kimi yanıb-sönür, hər şey qəlbindədi, ovcunun içindədi, amma sən bunları sözə çevirə bilmirsən. Hər gələn küləyə, hər gələn sözə könül verməmək, ən munisini, ən təmizini gözləmək, lap dünyanın sonuna qədər…

Sən kənardan, efirdən gələn səsləri eşitmirsən. Karsan hər şeyə. Bir adamı gözləyirsən. Əli ürəyinin üstündə.

Orta əsrlərdə yazılan şeirləri bu nöqtədən baxıb oxuyun. Ancaq bir nəfər üçün yazılan qəzəl.

Gərçi canandan dili-şeyda üçün kam istərəm,

Sorsa canan bilməzəm, kami-dili şeyda nədir?

Bu, bəzi füzulişünasların fikrincə, söz oynatması deyil, ağrıyan ürəyin dözməyib bütövlıüklə sözə çevrilməsidir. Bütün izmlərin bir anda külə çevrilməsidir. Ancaq “izm” görsənirsə, demək, o adam tapılmayıb, yarıyolda qalıb. Demək, sən hamı üçün yazmısan, demək bu yazdığın hamının gözü qabağında doğulub.

Bu gün hamıya yazılan, hamının oxuması həsrətini çəkən şeirlər, hekayə, povest və romanlar nəfəs almaq üçün yox, nəfəs kəsmək üçündü.

Nəfəs qısıldıqca kitab gözdən düşür, oxunuqca cırılıb atılan səhifələr gəlir göz önünə, səhifələr cırıldıqca külək onları titrək əliylə tutur, bilmir neyləsin…

O bir nəfər yaradılmasa, dünyaya gəlməsə, yazı yolda qalacaq, azmış kimi…

Paylaş

REKLAM

Yazarın digər yazıları

Xəbər lenti

Şuşa haqqında unkal şeir - Bazar Oxusu
12:01 16 İyun 2019
15 min il əvvəl yaşamış qadının gözlərinə baxmağa nə deyirsiz?
09:20 16 İyun 2019
“Yeşilçam” ulduzu dünyasını dəyişdi
17:01 15 İyun 2019
Azərbaycan toylarında rast gəlinən 10 tip
16:07 15 İyun 2019
Alen Delonun səhhətində problemlər yaranıb
15:33 15 İyun 2019
“Düzlüyə, həqiqətə, insana inamımı itirmişəm bu sənətdə”- Xalq artistinin etirafı
14:39 15 İyun 2019
Şanxayda 22-ci beynəlxalq film festivalı başlayır
14:01 15 İyun 2019
Emin Piridən yeni Şeir: Sevgi namazını qılaram səndə...
13:21 15 İyun 2019
Umberto Ekonun məqaləsi: Postmodernizm, kinayə, həzz
12:38 15 İyun 2019
Kasıblıqdan aliment ödəyə bilməmək – Səhər Əhməd yazır...
11:43 15 İyun 2019
Bəsti Cəfərovanın yubileyi münasibətilə tamaşa nümayiş olunub
10:51 15 İyun 2019
Azərbaycan rəssamlarının “Respublika Satış Sərgisi” keçirilir
10:34 15 İyun 2019
Amalya Pənahovanın xatirəsi anılıb
10:15 15 İyun 2019
Bred Pittin təhqir olunduğu film
09:00 15 İyun 2019
Xorxe Luis Borxesin şeirləri - Etimad Başkeçidin tərcüməsində
21:01 14 İyun 2019
Bu gün son zəng çalınır - Şeir
18:51 14 İyun 2019
Murad Köhnəqala azad olundu
18:12 14 İyun 2019
Məşhur cizgi filmin yeni versiyası hazırlanır
17:22 14 İyun 2019
Boşanma, aliment, qadın, uşaqlar və kişi
16:22 14 İyun 2019
Bədənin yadında saxlasa məni – Qısa Şeirlər
15:38 14 İyun 2019