news-inner
clock17:00 calendar-gray 19 İyun 2017 view-gray108 dəfə oxunub
view-gray108 dəfə oxunub

Bu kafedə yemək əvəzinə boş qab verirlər - REPORTAJ

Bəlli kafelər var ki, ən yeni Azərbaycan ədəbiyyatında onların rolu danılmazdır. Hələ bir az da irəli getsək deyərik ki, bu gün “tirajlanan” xeyli sayda şair-nasirlər bu kafelərdən çıxdılar.

Yəni, bir görüş yeri, müzakirə məkanı kimi “Monolit”, “Araz”, “Şirzadın kafesi”, “Vahid poeziya evi” Ədəbiyyatda bir yaradıcı birlikdən daha böyük rol oynadılar. İndi də paytaxtda müxtəlif camelərin toplaşdığı book-cafelər var.

Teatr camesinin belə bir kafesi olduğunu xatırlamıram. Teatr premyeralarında görüşən aktyorlar, rejissorlar ayaqüstü müzakirələr edib dağılışırlar. Hər kəsə açıq qapısı ilə illər əvvəl Yuğ Teatrı belə mərkəz rolunu oynayırdı - sonra o da olmadı.

İdeyalarını dartışmaq nədir, gənc teatr adamlarının çoxu bir-birini tanımır, ünsiyyətdə deyil. İttifaqda (Teatr Xadimləri İttifaqı) nə vaxtsa belə ab-hava olduğunu görənlər çoxdan o dünyaya qovuşub. TXİ özü necəsə yaşayır, daha doğrusu, mövcudluğunu davam etdirir...

Elə bu heyndə həmin TXİ ilə üzbəüz bapbalaca bir teatr-kafe fəaliyyətə başlayır. Sorağını alan kimi həmin kafeyə üz tuturuq. Soruşmağa ehtiyac olmur. Harold Pinter və Bekket kafenin pəncərəsindən qarşı səkidəki naməlum obyektə baxır. Pilləkənləri qalxıb bu balaca, amma xudmani kefəyə daxil oluram. Kafenin sahibləri Yunis Vəlipuru, Pərviz Abdullayev və tanımadığım cavan bir oğlan noutbuka sarı əyilib nəsə oxuyurlar. Yəqin menyu yazırlar, ya da hesab faktura aparırlar.

Amma məlum olur ki, Yunus yazdığı pyesi müzakirə edə-edə elektron mətnə çevirir. “Əliboş da mübarək edərlərmi, barı rəflərə oymağa kitab gətirərdim, ya bir aksessuar” - deyib özümü qınamıram. Bura yəqin ki, çox gələcəyəm.

Kafedə müştəri yoxdur, Yunus deyir, Ramazan ayıdır, ona görə. Amma kafedə adam yoxdur demək olmaz. Brext, Meyerxold, Arto, İonesko, Pinter, Bruk, Stanislavski, Tarantino və başqa sözsüz dahilər tək qalmağa qoymurlar səni. Yumor gücün ikinci sinif səviyyəsindədirsə, ürəyini sıxma. Heç yoxsa belə zarafat edə bilərsən: “Kafedəyəm, mənəm, Brextdi, Bekketdi, Brukdu...”

Pərviz İncəsənət Universitetinin birinci kurs tələbəsidir. Amma teatr camesində çoxdandır. Nə vaxtdan tanıdığımı xatırlamıram. Yunusun kafe işində şərikidir. Yunus da eynən elə. İranda aldığı aktyorluq təhsilindən sonra Bakıda rejissor sənəti fakültəsini oxuyub bitirib, universitetdə aktyor sənətindən dərs deyir. Tanıdığım müddətdə bir tamaşasını görməmişəm, amma onda gördüyüm teatr eşqi nəzərimdə onu teatr adamları sıralarına qatıb.

Hər şeydən əvvəl soruşmaq istəyirəm, kafenin adını niyə “Absurd” qoyub? Hərçənd bunun cavabı özündədir; Ramiz Əzizbəyli demişkən, normal adam niyə teatrla məşğul olsun ki?

Belə görünür ki, Yunusun kafenin qapılarını müştərilərə açana qədər başına çox absurd işlər gəlib, ta əvvəldən başlayır danışmağa.

“Qurduğum tamaşaları da “Absurd teatr üslubunda qurmuşam. Son araşdırdıqlarım da absurd teatr haqqında idi. Mənə hər hansı pyes göstərəndə onu absurda çevirirdim. Mən əslində teatr yaratmaq istəyirdim - “Absurd teatr”. Niyə özəl teatr istəyirdim, bunun da səbəbləri var. Çünki dövlət teatrlarına girə bilmirdim. Az maaşa qul kimi işləyirsən, səhərdən axşamadək teatrda olmağa məcbursan. Başqa işləri görməyə də icazə vermirlər. Amma özəl teatr üçün də ilk növbədə məkan lazımdı. Çox yerə üz tutduq, İttifaqdan nazirliyə, nazirlikdən nəşriyyatadək. Olmadı. Hətta bir nəşriyyat bizə yer verməyə dəstək olmağa razılaşmışdı ki, onunla da şərtlərimiz uyğun gəlmədi. Biz də Pərvizlə düşündük ki, teatrın içində restoran-bufet kimi bir fəaliyyətimiz olsun, onun gəliri ilə teatrın kirayə xərcini çıxaraq. İranda belə yerlər çoxdur. Amma o da olmadı. Sonra düşündük ki, elə kafe açaq, ikisi birlikdə qəbul etdirmək də çətin olar, həm o daha artıq xərc istəyir. Kafe gəlir gətirsin düşündüyümüz layihələri edək. Gəzdik, axtardıq, axırda ən münasib yer kimi buranı tapdıq. Dərsdən azad olan kimi Pərvizlə ikimiz burada işləməyə başladıq. Rəssam kimi, fəhlə kimi - necə oldu işlədik. Bu gördüyünüz hamısı bizim əl işlərimizdir. Bir aya biz bu balaca məkanı bu hala gətirdik. İndi burada pyes oxuma festivalı edəcəyik. İranda bəlkə kafe festivallarının 54 yaşı olur. Amma deyəsən Azərbaycanda yoxdur belə bir şey...”

Gözüm menyuda “absurd salat”-a sataşır.

- Yaxşı, bəs bunun qiyməti hanı?

- Onu sifarişdən sonra bilmək olur.

- Heç sifariş edən olubmu?

- Bir müştəri elədi, boş qabı gətirib qoydum. Xeyli gözləyəndən sonra başa düşdü ki, absurd salat elə belə olur. Hesaba da xeyli qiymət yazdıq (gülür).

- Amma sizi də eyni şəkildə çaşdıra bilərlər - “Absurd kafedir də”.

- Əlbəttə. Biz bu şeylərə hazırıq... Bilirsiz, əsas məqsəd odur ki, teatr adamlarının görüşdüyü, müzakirə apara bildiyi, ümumiyyətlə rahat ola bildiyi bir məkan olsun. Bu mənada “absurd” bir kafedən daha artıqdır. Burada tamaşaların video yazılarını göstərib müzakirələrini etmək istəyirəm. Həm pyes oxuma festivalından başqa teatr festivalı da etmək istəyirəm.

- Axı bura çox balacadır?

- (Gülür) Elə ona görə də festivalın adını birin-birə qoyacağam. Yəni bir kubmetr məkanı səhnə elan edəcəyəm və orada kim nə düşünür göstərsin. İstəyir 10 aktyorla etsin, istəyir bir...

- On aktyorla yalnız ürəyində oynaya bilər...

- Misal üçün deyirəm. İdeyaya baxır. Yəni, minimum imkanlardan maksimum yararlanacağıq. Buradakı kitabları görürsünüz - hər kəs gətirib kitab qoya, götürə, oxuya bilər. Kitab təqdimatı da edə bilərlər. Ya kimsə kitabını müzakirə etmək istəyirsə, burada edə bilər.

Kafedə dünya teatr-kino “nəhəngləri” bir arada üç azərbaycanlı teatr adamının şəkli də var: Vaqif İbrahimoğlunun, Bəxtiyar Xanızadənin və Aydın Talıbzadənin. Vaqif İbrahimoğlu mifi onunla ünsiyyətdə olmayan gəncləri belə sarıb. Bəxtiyar Xanızadə və Aydın Talıbzadə Yunusun müəllimləridir.

“Aydın müəllim tənqidçidir. Mən istəyirəm bizim aktyorların, rejissorların gözü öyrəşsin tənqidçini görməyə. Görsünlər. Qəbul etsinlər...”

Yunus Hər kəsin özəl işlərə təəssübkeşliklə yanaşmasını istəyir. “Özəl teatrlara biletsiz getməyə qıymasın gərək bizim gənclər. Ümumiyyətlə, teatr adına görülən hər işə dəstək olmaq lazımdır.”

Kafeyə yavaş-yavaş gənclər yığışır. Bu balaca “Absurd” teatr-kafedən – onca teatrlar çıxacağınainanıram - bu xəyallarla da kafedən çıxıram. Həyata bir başqa küncdən baxmaq üçündü həm də bu kafe...

“Bizim yaşamağımız absurd, ölməyimiz absurddur”. Kim demişdi bunu?

news-inner-user
Aliyə

997 məqalə

Paylaş

Oxşar xəbərlər

Xəbər lenti

Bu gün vəfat edən şairin son müsahibəsi: “Şeirimi Süleyman Rüstəmin adına çıxardılar”
21:01 14 Noyabr 2019
"Tanınmış ailənin övladlarından uzaq gəzirəm" - İlqar Xəyal
18:40 14 Noyabr 2019
Bu mahnılarımızdan hansı plagiatdır? - Video
18:00 14 Noyabr 2019
“Kazbek” tüstülədən xumar gözlülər...” – Yazıçılar meyxanadan danışdılar
17:30 14 Noyabr 2019
Noyabr ayı üçün ən çox gözlənilən filmlər
16:50 14 Noyabr 2019
Rəşad Məcidin kitabı Türkiyədə təqdim olunacaq
16:17 14 Noyabr 2019
Nəsimiyə həsr edilmiş şeir müsabiqəsinə yekun vurulub
15:37 14 Noyabr 2019
Azərbaycanlı şair vəfat etdi
14:54 14 Noyabr 2019
Onun adını oğlunun baş daşına niyə yazmadılar? – Rəmiş haqqında inanılmaz faktlar
14:41 14 Noyabr 2019
Meyxananın dözülməz eybəcərliyi - Aliyə yazır...
13:49 14 Noyabr 2019
Musa Yaqubun yeni şeirlər kitabı nəşr edildi
13:10 14 Noyabr 2019
Mənim balaca sərçəm - Müşfiq Şükürlüdən yeni hekayə
12:29 14 Noyabr 2019
Hekayə müsabiqəsinin qalibləri bilinəcək
12:01 14 Noyabr 2019
Amerikalı kinoulduz vəfat edib
11:30 14 Noyabr 2019
Azərbaycanlı rejissorun filmi "Ən yaxşı film" seçildi
10:57 14 Noyabr 2019
“Seriallarımız gənc nəslin tərbiyəsini pozur” – Nuşirəvan Məhərrəmli
10:23 14 Noyabr 2019
Sabir Rüstəmxanlı qardaşının həbsindən danışdı
10:07 14 Noyabr 2019
Xalq şairinin qardaşı həbs olundu
09:54 14 Noyabr 2019
“Sevgi şərbəti” operası nümayiş ediləcək
09:34 14 Noyabr 2019
Şagirdlərini qətlə yetirən müəllim – Azərbaycan filmi
09:01 14 Noyabr 2019