writer1

Təranə Fazilqızı

Məqalə sayı

20
clock13:20 calendar-gray 09 İyun 2017 view-gray335 dəfə oxunub
view-gray335 dəfə oxunub

Elektron kitabları niyə sevmirəm?

Kulis.az Təranə Fazilqızının “İdrak elmdədir” yazısını təqdim edir.

Şərqdə şöhrət tapmış, müxtəlif dillərdə tərcümə olunmuş “Qobusnamə”də deyilir: Dünyanın bünövrəsi hikmətlə qoyuldu. Keykavus İbn İsgəndər oğluna nəsihəti zamanı belə bir ifadə işlədir: “Məsləhətçinin vəzifəsi deməkdir, qulaq asıb, dinləməsələr inciməyə dəyməz.”

Elm dəryadır, bizlərsə dəryaya baş vuran qəvvas. Dərin təhsilli olub, dünyaya bəsirət gözüylə baxmaq hər insana qismət olmur. Nahaq demirlər ki, bəşər övladının uşaq yaşlarında öyrəndiyi elm daşa, müəyyən yaşdan sonra öyrənməyi quma yazılmış olur. Qədəm qoyduğumuz bağçada, məktəbdə, müəllimlərdən həyatımıza ötürülən bir pay işıq gələcəyimizin təməlini qoyur. Məzun olanlar, ağlayanlar, sevinənlər, “canım qurtardı” belə, deyənlər, hər kəs müxtəlif istiqamətlərə üz tutur. Əsas odu ki, heç kəs uğurundan yan qaçmasın. Əlinə düşən fürsətdən zamanında, məqamında istifadə etsin.

Zaman qıtlığında kitab oxuyan, bütün işləri ardıcıllıqla görüb, uğur qazanan insanlara həmişə rəğbətim olub. Gündən-günə müasirləşən, sivil dünyamızda kitab oxumağa olan istək də sönüb. Müxtəlif xəbərləri bilməklə yanaşı, tarix, mədəniyyət və s elmləri özündə birləşdirən kitab pünhan dosta, qəlb sirdaşına çevrilən bağlı boğça, xəzinədir. Kitabın sehri tam başqadır. Mənim aləmimdə kompüterdə elektron versiyada oxunan hekayələr, əsərlər acgözlüklə vərəqlərini çevirdiyim mətbəə qoxulu kitabı əvəz eləyə bilməz. Elmi, təhsili ucalıq rəmzi kimi tutub o dağa qalmağa çalışmış, qismən də olsa övladlarımı bu yola yönəltmişəm. Onların uğuruna baxıb sevinir, fərəhlənirəm. Ali məktəblərə qəbul, abituriyentlərin keçid balları haqda məlumatlı olmaq, bir gəncin başına döyərək “gecikdim” deyə, fəryad etməsində, ya uğur qazanmasında valideynlərin zəhməti, əziyyəti daha çoxdu. Onların üz-gözündəki ümidsizlik işartısı, həyəcan, ailədəki gərginlik mənə o qədər yaxın, doğmadı ki. Anaları daha çox anlayır, hiss edirəm. Necə deyərlər, “başına gələn başmaqçı olar”. Valideynin həyəcanı da səbəbsiz olmur. Övlada olan güvənclik ilk növbədə təməldən, bünövrədən qoyulur. Bəzən valideynlərin təkidiylə “sən oxumalısan” deyə, axına qoşulan gənclər təhsilini davam etdirməyə həvəssiz, inamsız olurlar. Axı, “təhsil mənə nə verəcək”, deyə, mübahisə edir, anlamağa çalışmırlar. Dərk edəndə isə, gec olur, geridə qalmış natamamlıq həyatında mütləq çətinliklə özünü büruzə verir. İllərin hədər getməsi sonrakı peşmançılığa gətirib çıxarır və təəssüf ki, zamanı heç vaxt geri qaytarmaq mümkün olmur. Əsaslı təhsil, nəinki bir şəxsin, bütövlükdə cəmiyyətin xoş gələcəyi deməkdir.

***

Quranda alimə verilən dəyəri xatırlatmaq yerinə düşər.

Alim öldü, aləm öldü!..

Azərbaycan filosofu Əbülhəsən Bəhmənyar “Metafizika”, “Təhsil” əsərləri ilə bütün Şərqdə məşhurlaşıb. O, “İdrak” əsərinin bir fəslini fizikaya həsr etməklə, ilk dəfə olaraq fizika sözünü Azərbaycana gətirib.

Orta əsrlərin ən böyük azərbaycanlı təbiətşünas alimlərdən biri də filosof Nəsrəddin Tusi olub. Hələ 1259-1260-cı illərdə Tusinin rəhbərliyi altında tikilmiş Marağa rəsədxanası dünyada fizika və riyaziyyatın inkişafında mühüm rol oynayıb.

Avropanın fəlsəfə nəhəngi Hegel düşünə də bilməzdi ki, vaxt gələcək öz dialektika nəzəriyyəsini qurmaqda bir türk oğlundan faydalanacağını deyəcək. Şərqin elmli, şöhrət qazanmış görkəmli şəxsiyyətlərdən olan Cəlaləddin Rumiyə məhz bu yanaşmadan sonra, “Alimlər Sultanı” adı verilmişdi.

Bizim ən böyük üstünlüyümüz Allahın yaratdığı canlılardan seçilmə haqqımızdı. İnsan qaranlıqlara zəkasıya yol tapır. Aydın məsələdi ki, hər insan elmli olmaz. Fərq etməz, hansı peşədə olursan ol, təki işinin bilicisi, vurğunu ol, ona ürəkdən bağlan. Əks təqdirdə heç zaman uğur qazana bilməyəcəksən. Bir millət kimi güclü, eyni zamanda, savadlı olmaq əslində vətənin rifahına xidmətdir. Elm böyük sərvətdir, ruha qida verən işıqdır. Bu işığın hərarətinə qızınaq ki, ömrümüz çıraq kimi yanıb, ətrafa şölə saçsın.

REKLAM

Yazarın digər yazıları

Xəbər lenti

Sonsuz - Şərif Ağayarın hekayəsi
17:00 11 May 2021
Filmimiz Braziliyada beynəlxalq festivalda sertifikata layiq görülüb
15:50 11 May 2021
Soljenitsının Nobel almasının gizlinləri
14:45 11 May 2021
İntəhasız acı nəğmə - Qorki haqqında esse
13:25 11 May 2021
Sevgiliyə gül uzadan əllərin tənhalığı - Ramil Əhməddən yeni şeirlər
12:00 11 May 2021
Tom Kruz mükafatlarından imtina etdi - Qalmaqal
11:30 11 May 2021
“Qarabağa sülh, sevgi və ümid” adlı xeyriyyə konserti keçiriləcək
10:26 11 May 2021
II Nikolayın qızı onun şəklini istədi, çar öz sarayına qonaqlığa çağırdı - Azərbaycanlı qaçağın film kimi həyatı
09:00 11 May 2021
Berlin Film Festivalı açıq havada keçiriləcək
17:35 10 May 2021
Musa Dədə əbədiyyət yaşında - Fərid Hüseyn yazır...
15:51 10 May 2021
Çingiz Qənizadə: “Kəramət Böyükçölü maliyyələşdirib üstümə göndərənləri yaxşı tanıyıram” – Müsahibə
14:30 10 May 2021
Leonardo da Vinçinin çəkdiyi rəsm hərraca çıxarılacaq
13:45 10 May 2021
Məşhur yazıçı vəfat etdi
12:30 10 May 2021
Allah üçün bənna kimdir? - Şəhriyar Del Gerani yazır...
11:30 10 May 2021
Türkiyəli bəstəkar Qarabağ Zəfərinə mahnı bəstələdi - Video
10:20 10 May 2021
Kimi Kreml xəstəxanasına müalicəyə göndərdi, kimi "KQB"-nin qəzəbindən qorudu? – Heydər Əliyevin ədəbiyyatımıza verdiyi töhfələr
09:30 10 May 2021
Zöhrə Abdullayeva xəstəxanaya yerləşdirildi
19:45 09 May 2021
Ədəbiyyatımızın ən gözəl müharibə şeirləri - Mətnlər
14:28 09 May 2021
9 May qələbəsində rus arağının rolu - “Tamamilə məxfi” sənədlər
10:30 09 May 2021
Paşinyan Cıdır düzündə “Yallı” gedəndə – Bircə yazır...
09:01 09 May 2021