Kinomuzun Kann festivalı dərdi

Kinomuzun Kann festivalı dərdi
1 iyun 2017
# 16:17

Aliyə yazır

Böyük rus yazıçısı A.İ.Buninin “Kənd” povestində dəhşətli ağır bir epizod var.

Mülkədarın qardaşı Kuzma kasıb kəndli qadın Avdotyanın toy günündə ağlamasını görür, bu kədərin kasıb toy tədarükünün gətirdiyi əzici sıxıntı ilə uzlaşdığını hiss edir.

Avdotya Kuzmanın qardaşı mülkədar Tixonun ”günahıdır”. İndisə Tixon vaxtilə ondan qanunsuz uşaq da dünyaya gətirmiş Avdotyanı kənd avarasına verməklə günahını “yuyur”. Bu, kasıblıqdan artıq əzicidir.

O zaman qəlbi rəhm və sevgi içində titrəyən Kuzma gənc qadına deyir:

- Əgər istəmirsənsə, kim səni məcbur edir?

Gənc qadın bütün bu ağır mənzərəni tamamlayan bir cümlə deyir:

- Olmaz, donuzlar da kəsilib artıq.

- Məgər sənin qiymətin donuzlardan azdır?

Bu dəhşətli dialoq gerçəkliyi bütün ağırlığı ilə oxucunun çiyninə qoyur. Hər kəs özü yükünü götürür – Avdotya da, Kuzma İlyiç də, oxucu da.

Azərbaycan kinosunun, teatrının vəziyyətini düşünəndə niyəsə bu epizod yadıma düşür. Avdotya və kino. Toy və festival. Eləcə də teatr. İndi sənət xoşbəxt (festivalda) olmalıdır. Müxbirlər hər Kann mövsümündə eyni sualı döyəcləyir: Niyə filmimiz Kanna çıxa bilmir? Niyə teatrlarımız məsələn, Edinburq festivalına getmir? Axı donuzlar kəsilib...

Kann kinofestivalı çox gözəldir, qırmızı xalçası, gözəl geyimli aktrisaları ilə bizim təmtəraqlı toy arzumuzdur. Olsun, olsun. Məşədi İbaddan bu yana biz “toy olsun” deyirik. Amma Kann bu yükü qaldırırmı?

Özgə şəhərlər ona görə gözəldir ki, göstəriləni görürsən. Görməyə niyyətli olduğunu. İstirahətə gəlmisənsə niyyətin başqadır. Qarşına yemək qoyan ofisiantın dərdini gülüşünün arasından görə bilməzsən artıq. Görmək də istəməzsən. Sənətinsə məhz belə bir xassəsi var. Yükü qoymağa çiyin axtarmaq qaydası... Ofisiantın yükünü. Öz yükünü. Kannın çəkə bilmədiyi yükü...

# 3498 dəfə oxunub

Oxşar xəbərlər

16 yaşlı qızı qaçıran axund kimə güvənir?

16 yaşlı qızı qaçıran axund kimə güvənir?

12:37 21 iyun 2025
Pampers dərdi və bərbər

Pampers dərdi və bərbər

10:00 14 iyun 2025
İsmayıl qurbanı əhvalatının müasir versiyası

İsmayıl qurbanı əhvalatının müasir versiyası

12:00 6 iyun 2025
Bu nə iş idi başıma gətirdin, mələk oğlum?

Bu nə iş idi başıma gətirdin, mələk oğlum?

12:00 2 iyun 2025
Röyanın Kannda nə işi var?

Röyanın Kannda nə işi var?

14:30 24 may 2025
Kütlə həmişə kütdür

Kütlə həmişə kütdür

12:00 11 may 2025
# # #