writer1

Cavanşir Yusifli

Məqalə sayı

48
clock16:43 calendar-gray 25 May 2017 view-gray80 dəfə oxunub
view-gray80 dəfə oxunub

Kitablar, qalın kitablar...

Kulis.az tənqidçi Cavanşir Yusiflinin “Bərpaçıya məktublar” silsiləsindən “Kitablar, qalın kitablar...” yazısını təqdim edir.

Kitablarda janrlar haqqında ən düzgün şeylər, həqiqətlər... yazılmır, elə bunlara çathaçatda iqlim dəyişir, göyün üzünü qara buludlar alır, hər şey, yəni əslində deyilməli şeylər ordaca gizlənir. Məsələn, lirika...

Mən günlərdi, bəlkə illərdi müşahidə edirəm, insanlar onuncu dərəcəli şeyləri sevməkdən zövq alırlar, olsun, arada heç sevilməyən şeylərə da nəzər salmaq, oxşamaq... lazımdı, ancaq burda ilişib qalmaq artıq qəzadan da ziyadə bir şeydir. Şeirlər indi mesaja dönüb, yəni sadəcə bir zərrəsini götürüb mahiyyətdən imtina etmişik. Hansı şeirdə ki jonqlyorluq başlayır, bizim üçün şeir də ordan başlayır, ancaq fikir vermirik ki, elə ordaca bitir. Bu “şirəli, şəkərli” parçalar həyatımızın bir hissəsinə dönür, həyatımızı əvəz edir və özümüzü harda itirdiyimizin fərqində olmuruq günlərcə. Yəni, şeir kiminsə beş dəqiqəlik sıxıntısının davamı olur. Adam özünə gəlir, şeir ölür. Məna itkin düşür. Bizim şeirdə. Özü də lap çoxdan. Bəzən beş dəqiqə əbədiyyətdi məğlub edir.

İndi ən gözəl şey deyilməyən sözlərdir, yəni dilə gəlməyən, dilə sığmayan... Son zamanlar ki kitablarımız qalınlaşa-qalınlaşa gedir (o qalın kitabları qucaqlamaqdan özgə çarə qalmır, həcm həmişə öz sözünü deyir...) eynək sarıdan korluq çəkirik.

Güli-ruxsarinə qarşı gözümdən qanlı axar su,

Həbibim...

Bu sözdən bilsəniz, necə xoşum gəlir, onu da qollarım arasında sıxıb öpmək, əzizləmək istəyirəm. Ancaq olmaz, düşüklük çıxar.

Şeir zamanı deyil...

Bilirsiniz də, mən əlimə bu qələm ki var, təsadüfən almamışam. Bunusa Nizami Gəncəvi deyil. Ancaq bu kişi onu da deyib ki, orta əsrlərdə şairlər mədhiyyə yazardılar, içində söz olardı, indi də sağdı o sözlər, bir qanadında qanlı sarğı olsa da, çünki o yaralar sağalan deyil. İndi şeirlər, traktatlar yazılır, içi mədhiyyə dolu. Adam var gücüylə tikanlı məftillərə doğru yürüyür, çathaçatda qoltuğundan bir dəstə gül çıxarıb, tikanlara qovuşdurur.

Belə...

Gülüş, satira, komizm. İroniya. Özü də tufanlı dənizin səthiylə kater kimi candan əziz dostunun xilasına tələsən nəsnə. Hər şey bu son ümidə köklənib. Bizim insanlar bunu sevmir. Burax ironiyanı, deyirlər. Yəni, özün kimsən ki?! Deyim: “...Yox, yox! Bunu bilirәm ki, mәn heç bir şeyәm. Mәn çöllәrin otuyam, küçәlәrin torpağıyam, dağların daşıyam, kolların kosuyam, ağacların qurduyam. Mәn dünyada heç bir şeyәm. Әgәr mәn bir şey olsaydım, cibimdәn bir bomba çıxarıb (әlini uzadıb cibindәn araq şüşәsini çıxardır) bu evi bir saniyәnin içindә havaya dağıdıb, İsfahan lotusunu kәrpiclәrin altında diri-diri dәfn edәrdim. Amma qorxmayın, mәnim әlimdәn elә şeylәr gәlmәz. Bu araq şüşәsidir vә Şeyx Nәsrullah burada gecәlәr bu balaca uşaqları boğanda, mәn bu şüşәdәn araq içәrdim...”

Hə, kitablarda janrlar haqqında həqiqətə gələndə gizli kod fəallaşır, həqiqət qıcanan dişlər arasında xırçıltıyla ötürülür içəri. Çünki bu həqiqət çox dəhşətlidir, onu hər kəs, bəlkə də heç kəs dinləyə, onunla döş-döşə gələ bilməz. Satirada elə şeylər var ki, əvvəl oxuyanda gülürsən, sonra taleyinə sirayət etdiyinin, taleyinə çevrilməsinin fərqində olmursan. Yəni, hər şey sənin başına gəlir. Hardan biləsən ki, gələcəkdə bunu nöqtəbənöqtə yaşayacaqsan. Mətnlərlə zarafat eləmək olmaz. Amma yaxşı ki, musiqi var. Şıdırığı yağış kimi.

“... İskәndәr araq şüşәsini çәkir başına vә boş şüşәni vurur yerә. Yavaş-yavaş pәrdә yenir vә musiqi çalır...”

Paylaş

REKLAM

Yazarın digər yazıları

Xəbər lenti

Şuşa haqqında unkal şeir - Bazar Oxusu
12:01 16 İyun 2019
15 min il əvvəl yaşamış qadının gözlərinə baxmağa nə deyirsiz?
09:20 16 İyun 2019
“Yeşilçam” ulduzu dünyasını dəyişdi
17:01 15 İyun 2019
Azərbaycan toylarında rast gəlinən 10 tip
16:07 15 İyun 2019
Alen Delonun səhhətində problemlər yaranıb
15:33 15 İyun 2019
“Düzlüyə, həqiqətə, insana inamımı itirmişəm bu sənətdə”- Xalq artistinin etirafı
14:39 15 İyun 2019
Şanxayda 22-ci beynəlxalq film festivalı başlayır
14:01 15 İyun 2019
Emin Piridən yeni Şeir: Sevgi namazını qılaram səndə...
13:21 15 İyun 2019
Umberto Ekonun məqaləsi: Postmodernizm, kinayə, həzz
12:38 15 İyun 2019
Kasıblıqdan aliment ödəyə bilməmək – Səhər Əhməd yazır...
11:43 15 İyun 2019
Bəsti Cəfərovanın yubileyi münasibətilə tamaşa nümayiş olunub
10:51 15 İyun 2019
Azərbaycan rəssamlarının “Respublika Satış Sərgisi” keçirilir
10:34 15 İyun 2019
Amalya Pənahovanın xatirəsi anılıb
10:15 15 İyun 2019
Bred Pittin təhqir olunduğu film
09:00 15 İyun 2019
Xorxe Luis Borxesin şeirləri - Etimad Başkeçidin tərcüməsində
21:01 14 İyun 2019
Bu gün son zəng çalınır - Şeir
18:51 14 İyun 2019
Murad Köhnəqala azad olundu
18:12 14 İyun 2019
Məşhur cizgi filmin yeni versiyası hazırlanır
17:22 14 İyun 2019
Boşanma, aliment, qadın, uşaqlar və kişi
16:22 14 İyun 2019
Bədənin yadında saxlasa məni – Qısa Şeirlər
15:38 14 İyun 2019