writer1

Kənan Hacı

Məqalə sayı

193
clock10:08 calendar-gray 25 May 2017 view-gray662 dəfə oxunub
view-gray662 dəfə oxunub

Bu da sizə ədəbi hadisə - "Arzulardan sonrakı şəhər"

Kənan Hacı

Şərif Ağayarın “Arzulardan sonrakı şəhər” romanı üzərinə qeydlər

Mənim mənsub olduğum ədəbi nəsil – iki minincilər nəsli 90-ların laübalı sükutundan sonra ölü mühitin içinə bir bomba kimi düşdü və bu partlayış bədii düşüncədə bir silkələnmə əmələ gətirdi. Məhrumiyyətlərin cocuğu olan bu uşaqların içindəki hüdudsuz azadlıq ədəbiyyata da yansıdı. Onlar bu söz səltənətinə içi və əli dolu gəldilər. Müstəqil ölkə onların gözü qarşısında qurulurdu və müstəqil ölkənin ən yeni ədəbiyyatı onların təfəkküründən süzülüb kitablara çevriləcəkdi. O dövrdə çoxları bu gənclərə bir qədər inamsız yanaşırdı, onların bədii mətn yaratmaq bacarığına şübhəylə yanaşırdılar. Çox qısa bir zamanda bu imzalar özlərini təsdiq etdilər və bu gün artıq həmin qələm sahibləri ədəbi prosesə yön verməkdədirlər. Yeni nəsil ədəbiyyatını onlarsız təsəvvür etmək mümkünsüzdür.

Şərif Ağayar müstəqillik dövrü ədəbiyyatının ən ciddi imzalarındandır. Yaradıcılığa klassik üslubda yazdığı şeirlərlə başlayan Şərif sonralar epik şeirə keçid etməklə nəsr yoluna çıxdı. Yeri gəlmişkən, onun epik şeirlərinin hər biri hekayə tutumundadır və bu süjetli şeirlərin hər birində bir romana yetəcək qədər geniş miqyaslı mövzular əks olunub. O şeirlərə yurdundan didərgin düşmüş insanların ağrıları səpələnib, məşum, amansız həqiqətlər bəzək-düzəksiz, eyni zamanda yüksək istedadla sözlərə çevrilib bir-birinin yanında elə həmin ağrıyla, nisgillə, kirimişcə dayanıblar və bu səssiz hayqırtı Şərifin yaradıcı stixiyasından doğur. Onun “Mizrab dırnaqları boyasız” şeiri canında yüz hekayənin enerjisini daşıyır. Mən hər dəfə o şeiri oxuyanda qəhər yumruğunu boğazıma sıxır, boğuluram…

Şərifin təfəkkürü prozaik təfəkkürdür və bu, həmin epik şeirlərdə də öz işartılarını göstərirdi. Hələ gənc ikən tale ona bolluca həyat materialı vermişdi və bu həyat materialı yazıçı üçün bir ömrə yetəcək qədərdir. Və xoşbəxtlikdən Şərif yaşadıqlarını ustalıqla nəsrə gətirə bildi və uğur qazandı. Bu həyat gerçəklikləri Şərifin zəngin təxəyyülündən keçib bədii dəyər qazandı. Heç bir mübaliğəyə yol vermədən onu yeni nəsrin İsa Hüseynovu adlandırmaq olar. Bəşəri və ilahi həqiqətlərin qovuşuğunda özünün bədii həqiqətini yaratmağa müvəffəq olan Şərifi sələflərindən ancaq İsa Hüseynovla müqayisə etmək olar. Onun nəsr dili dastan estetikası üzərində qurulub. “Haramı” və “Gülüstan” romanları realist əsərlər hesab olunsa da onların hər birinin həm də mistik, irfani qatı var. “Haramı”dakı Səməndər də, “Gülüstan”dakı Adəm dəsanki bu dünyanın adamı deyillər, onlar heç cür bu namərd dünyasına uyğunlaşa bilmirlər və məhz bu amil onların faciəsinə çevrilir. Ədəbi tənqid hər iki əsər haqqında öz sözünü deyib.

Image result for Arzulardan sonrakı şəhər

Bir məqamı qeyd etmək istəyirəm. Biz “Gülüstan”a qədərki Şərifi tanıyırdıq. Yenicə oxuyub bitirdiyim “Arzulardan sonrakı şəhər” romanında isə bambaşqa bir yazıçı qarşımıza çıxır. Bu əsər artıq Şərifin yaradıcılığında yeni bir mərhələnin başlanğıcı hesab oluna bilər. Mətn içində mətn yaratmaq, bu qoşa xətti eyni uğurla sonadək gətirib çıxara bilmək və vahid ideyaya tabe etmək artıq yazıçıdan peşəkarlıq tələb edir. Ağzı məftillə bağlanmış çəhrayı atlar, müharibənin içindən gələn və situasiyaya uyğun dəyişən səslərAzərbaycan ədəbiyyatında müdhiş bir tapıntıdır. Kedr çiçəyinin qoxusu oxucunu da ovsunlayır və onu bu dünyadan alıb İterü çayının sahillərinə gətirib çıxarır. Həsən bizim dövrün yetimidir, onun nənəsindən başqa bir kimsəsi yoxdur, sevdiyi qız da onu atıb gedib, Amanis isə Misir Fironunun adamları tərəfindən əsir götürülmüş kölədir. Hər ikisi arzulardan sonrakı şəhərə can atırlar, bu şəhərə müxtəlif adlar qoyurlar. Bu şəhərin adı “Yaşıl vadi” olmalıydı. Min illərdir insan oğlu savaşır, mübarizə aparır, arzulardan sonrakı şəhərə gedib çıxa bilmir. Şərif oxucuya dünya ilə yaşıd olan bu qədim, əzəli və əbədi həqiqəti dolayı yollarla, orijinal bədii vasitələrlə çatdırmaq istəyir. Mətnin alt qatlarından sezilən zərif mətləblər, mətnaltı eyhamlar romanın ideyasına aparan yol işarələri kimidir.

Çəhrayı atların ağzındakı məftilin nə vaxtsa açılacağı ümidilə əsəri oxuyursan və… Namaz dayının əllərinə baxanda Həsən görün nə fikirləşir: “iri əllərinə baxıb düşündüm: çəhrayı atların ağzındakı məftili aça bilər!”

Həsəngil müharibənin əlindən qaçıb şəhərə, Arzulardan əvvəlki şəhərə, Sərdar müəllimin evinə sığınıblar. Onların evdən çıxarılması təhlükəsi var və Həsənin nənəsi məhkəmədə yalan danışmaq məcburiyyətində qalır, əks halda onları evdən çölə atacaqlar. Nənə yalandan imama and içir ki, evi Sərdar müəllimdən beş min manata alıblar, sənədləşməsi qalıb. Həsənin nənə kultu bu məqamda dağılır. Bu detal həm də köhnə dünyanın yeni dünyaya yenik düşməsini simvolizə edir.

“Dünyaya neçə dəfə gəlirsən gəl, ömrünün axırınacan Yaşıl vadini axtar”. Amanisin içindəki səs onu Yaşıl vadiyə səsləyir. Əsarətdən qurtulan Amanis gəlib Yaşıl vadiyə çatanda görür ki, Fironun əsgərləri vadini işğal edəndən sonra viran qoyublar. “Əlvida, Yaşıl vadi!” Və həyat yenidən başlayır: “Salam, müqəddəs İterü!”

“Arzulardan sonrakı şəhər” bütün parametrlərilə yeni dövrün romanıdır, müasir romançılığın ən yaxşı nümunəsidir. Şərif yeni roman arxitetkturası təqdim edir. Azərbaycan nəsrində nənə obrazı kifayət qədər işlənib, amma Şərifin romanındakı nənə keçmişlə gələcəyin arasında çaşqın vəziyyətdə qalmış, yeni dövrün tələblərilə ayaqlaşa bilməyən çarəsiz nənədir. O, keçmişini uduzub, yeni zamanın amansız məntiqi qarşısında çox acizdir. Şərif bununla dəyərlərin aradan qalxmasına, yeni dəyərlər sisteminin oluşmasına işarə edir. Nənə bu mühitə yaddır. Həsən nənəni Arzulardan sonrakı şəhərə buraxmaq istəmir. Əsərdə lirizmlə ironiyanın sintezi mükəmməldir. Təhkiyə heyrət doğurur. Şərif romandan romana təkmilləşir, özünün obrazlar sistemi, təhkiyə tərzi yaranır. Şərif bənzərsiz üslubu olan texnar yazıçı kimi artıq formalaşıb və əminəm ki, növbəti romanı ilə bizi yenə də heyrətləndirəcək.

Uzun müddət idi ki, hadisəyə çevriləcək əsərin yoxluğundan gileylənirdik. Buyurun, bu da hadisə! /a24.az/

REKLAM

Yazarın digər yazıları

Xəbər lenti

Türk aktrisası vəfat etdi
18:30 13 Avqust 2020
Azərbaycanda əcnəbi serialların yayımı bərpa olundu
17:57 13 Avqust 2020
Məşhur rejissorların ürəyində qalan 5 film - Çəkmək istəyirdilər, alınmadı...
17:02 13 Avqust 2020
"Avatar-2" filminin çəkiliş meydançasından fotolar
16:28 13 Avqust 2020
Xalq rəssamı vəfat etdi
15:09 13 Avqust 2020
Nazirlikdən gedənlər və gələnlər – Sərdar Amin yazır...
14:11 13 Avqust 2020
Mədəniyyət Nazirliyinin aparat rəhbəri vəzifəsindən azad olundu
13:24 13 Avqust 2020
Mahnılarını Niyaməddin Musayev oğurladı, rayonu işğal olunanda beyninə qan sızıb öldü – Bu gözəl musiqilərin müəllifini siz də tanıyın
13:19 13 Avqust 2020
Mühacirətdə olan yazıçı vəfat etdi
12:34 13 Avqust 2020
Sərdarın atası və əlləri
11:52 13 Avqust 2020
Bizə əl atan qoca müəllim
11:07 13 Avqust 2020
Britaniyalı jurnalistin Xocalıdan yazdığı ssenariyə film çəkildi
10:43 13 Avqust 2020
"Qarabağ hekayələri" özbək dilində nəşr olundu
10:04 13 Avqust 2020
Stalin Rəsulzadəni bu yolla qaçırdı, Səməd Vurğun yaralıları apardı – Ayxan Ayvazın reportajı
09:00 13 Avqust 2020
Türkiyəli şair vəfat etdi
18:30 12 Avqust 2020
Məhəllə futbolu - Hekayə
17:58 12 Avqust 2020
Özündən 25 yaş kiçik qadınla evləndi, yoldaşının ikinci əri bütün şəkillərini yandırdı, məzarı hələ də bilinmir – Nəsibə Zeynalovanın atasının dramatik həyatı
17:04 12 Avqust 2020
Məşhur "20th Century Fox" fəaliyyətini sona çatdırır
16:14 12 Avqust 2020
İtaliyada vəfat edən müğənnimizin nəşi vətənə gətiriləcək? - Açıqlama
15:30 12 Avqust 2020
Səfər Alışarlının "İşıq" hekayəsi
14:42 12 Avqust 2020