writer1

Aliyə

Məqalə sayı

999
clock16:23 calendar-gray 13 Aprel 2017 view-gray279 dəfə oxunub
view-gray279 dəfə oxunub

Tamaşaçını necə qazanmalı?

Aliyə

Bu günün böhran keçirən hər hansı bir sənət növünün qarşısında özünü itirdiyi bir neçə fenomen var. Məsələn, ünlü teatr mütəxəssislərinin dediyinə görə, bu qədimdən qədim sənət növü bu günün bol, təfərrüatlı və detallı, texniki təchiz olunmuş informasiya axınının qarşısında böhran keçirir. Söhbət hansısa çoxrakurslu, məlumatla təchiz olunmuş audiovizual məhsulla rəqabətdən, seçim qarşısında olmaqdan getmir. Məsələ təchiz olunmuş informasiya ilə yüklənmiş cəmiyyətlə qarşı-qarşıya dayanmaq gücündədir.

İnformasiya Kommunikasiya Texnologiyaları insanlara böyük imkanlar verib, amma sənət bu imkanlardan yararlanmaqla böyük mənada uda bilmir, imtina etməklə də uda bilmir. İKT-nin inkişafı olsa-olsa ona ifadə vasitələrindən biri kimi fayda verir. Səhnəqrafiyanın ön plana keçməsində (Festivallar qalibi Kastelluççinin, Uilsonun tamaşalarını xatırladıram) İKT inkişafı da rol oynayıb. O mənada ki o, teatra özünə yenidən baxmaq, özünü yeniləmək imkanı verib.

Amma teatrın qarşısında böhran keçirdiyi daha mürəkkəb bir fenomen var. Həm də bu onun canlı bir parçası, komponentidir. Bu, tamaşaçıdır. Bu günün sənətinin tamaşaçı problemi var. Tamaşaçının azlığı, çoxluğu, gəlib-gəlməməsi deyil, onun özü ilə bağlı problemi var.

İncəsənətin ictimai formasiyadan asılılığını söyləmək artıqdır. Məlum məsələdir; Sənət dövrün mövcud iqtisadi-sosial münasibətlər sisteminin gerçəklik faktıdır.

Onda kapitalizm gerçəkliyin bugünkü əsas personajlarından birisə istehlakçıdır. Sənətin klassik mənadakı tamaşaçıya çevirə bilmədiyi istehlakçı. İncəsənət ilk növbədə bu istehlakçı ilə hesablaşmağa məcburdur. Əslində əvvəl-axır sənət də məhsul ortaya qoyur və onun da istehsal-istehlak münasibətləri yaranır.

Amma tamaşaçı sənət üçün fəlsəfi fenomendir. Bu, onun mahiyyətidir.

Kapitalizmin mümkün qədər çox pul qazanmaq, istehsalın, xidmətlərin sayəsində kapitalı artırmaq məqsədi ilk baxışda müasir insanın rahatlıq və keyfiyyət tələbi ilə üst-üstə düşür. Amma bu tələb hara qədər təbii tələbdir? Axı kapitalizm ehtiyacı da, istehlakçını da, tələbin özünü də istehsal etməyə çoxdan başlayıb.

Əlbəttə ki, istehsal sivilizasiyanın inkişaf qanunauyğunluğudur. Hansısa istehsala dair hansısa beynəlxalq konvensiya varmı-yoxmu bilmirəm. Onda heç olmasa mədəni istehlakçı fenomeni də yetişməlidir.

Qəribə olan odur ki, “Vəhşi istehlakçı” özü də sosial bərabərlik ideyasının törəməsidir. “Mən kimdən əskiyəm ki” qəzəbinin, sinfi ziddiyyətlərin gətirdiyi kompleksin təzahürüdür.

İllah ki, selfi çağında müasir texnologiyalar insanın eqo alovunu körükləyir. Və o, sinfi mənsubiyyətindən asılı olmayaraq özünə “Mən bunu nə üçün alıram? sualını vermir. Başqa suallar verir: “Xeyir ola ki, mən almamalıyam?”

Məsələn, 25 il qabaq avtomobildə kondisioner orta təbəqənin insanı üçün böyük lüks idi. Adi avtomobildə yayın istisində səfərə çıxanda bu kondisionersizlik kimsəni bədbəxt edə bilmirdi. Ya da xoşbəxtliyinə mane olmurdu. İqlim elə çox dəyişməyib, amma indi kondisionersiz avtomobili olan, ya da kondisioneri xarab olan adam özünü az qala bədbəxt sayır. Gördüyü keyfiyyət və müqayisə, əldəetmə mümkünlüyü onu belə edir. Hətta buna görə özünü alçalmış sayır.

Deməli, onun özünə ciddi yanaşmaq keyfiyyəti itməkdədir. Bir az da irəliləsək, onun özünə münasibətini başqaları müəyyən edir. Bu xoşbəxtlikdən və ya bədbəxtlikdən daha ciddi məsələ deyilmi?

Deyəsən, tamaşaçı ilə bağlı məsələ düşünüləndən daha ciddidir. İnsanın özünə münasibətini dəyişmək kimi bir məsələ var qarşıda. Bir azca semantika qatsaq cümləyə; axırı ölümə gedən yolda “qabağa düşmək” istəyən insanla. Bu gün sənət insanın özünə münasibətini özünün müəyyən etməsi şansıdır. Şair demişkən, üstü qalsın…

REKLAM

Yazarın digər yazıları

Xəbər lenti

“Ulduz” jurnalının yeni nömrəsi işıq üzü görüb
19:20 26 Yanvar 2021
Nizami ilə bağlı müsabiqə elan olundu - Şərtlər
18:42 26 Yanvar 2021
Dəlisov yellərə məndən salam de - Natiq Əlisoyun şeirləri
17:29 26 Yanvar 2021
O, çayxana filosofudur - Nabokovdan Sartr haqqında sərt sözlər
16:44 26 Yanvar 2021
Harri Potter serial olur
16:08 26 Yanvar 2021
Miri Yusif "Yaşat" fondu üçün konsert verəcək
15:29 26 Yanvar 2021
Zeynəb Xanlarova ilə oxumaqdan imtina etdi, yoldaşı ilə 55 il nikahsız yaşadı, qızının dəfninə getmədi – Xalq artistindən maraqlı faktlar
14:50 26 Yanvar 2021
Fellininin prodüseri vəfat etdi
14:02 26 Yanvar 2021
Akif İslamzadənin albomu yeni onlayn platformada - Foto
13:20 26 Yanvar 2021
Nazirliyin yeni komandası film çəkilişlərinə qarışacaqmı? – Gənc rejissor yazır
12:40 26 Yanvar 2021
Müharibədə iştirak edən ilk qadın müğənni: O, ilk konsertindən cəmi bircə manat qazanmışdı – Aygün haqda bilmədiklərimiz
12:01 26 Yanvar 2021
İsa Hüseynovun hekayəsi "Dünya novellası antalogiyası"nda
11:35 26 Yanvar 2021
Rasim Balayev: “Çəkildiyim filmlərə baxanda pis oluram”
10:26 26 Yanvar 2021
Aygün 50 yaşını yeni kliplə qeyd etdi - Video
10:00 26 Yanvar 2021
İncəsənət Muzeyinin direktoru "Qızıl ulduz" medalı ilə təltif edildi
09:30 26 Yanvar 2021
Ölən uşaqlar Kürün quru yatağında ora-bura qaçırdılar – İlham Əzizdən yeni hekayə
09:00 26 Yanvar 2021
Dayısı oğlu onu zorladı, bacısı ilə sevgili oldu, özünü göldə boğdu...
21:00 25 Yanvar 2021
Venesiya karnavalı ilk dəfə onlayn formatda keçiriləcək
19:03 25 Yanvar 2021
Şuşa Teatrı haqqında film çəkildi
18:38 25 Yanvar 2021
Brilliant, Faiq, Aygün, Röya... - Onları belə görmədiniz
17:47 25 Yanvar 2021