writer1

Şərif Ağayar

Məqalə sayı

461
clock13:30 calendar-gray 13 İyul 2018 view-gray122 dəfə oxunub
view-gray122 dəfə oxunub

CİP-li yazıçının səbirli ilmələri

Bu gün tanınmış yazıçı Mübariz Örənin doğum günüdür. Kulis.az bu münasibətlə yazıçını təbrik edir və Şərif Ağayarın onun haqda yazdığı yazını diqqətinizə çatdırır.

Mübarizi ilk görəndə unamazdım ki, bu adamın belə qələmi olar. Sonra özünə də dedim. Dedim, ilk dəfədir, CİP-li yazıçı görürəm. Xeyli güldü...

Məni qınamayın, bizdə çox zaman imkanla istedad tərs mütənasib olur.

Ondan ilk oxuduğum “Balıq gülüşü” hekayəsi oldu. İkicə kəlmə ilə deyim: şok effekt! Əlbəttə bu hekayəni Saday Budaqlı, Səfər Alışarlı imzasında oxusaydım, bu qədər heyrətlənməyəcəkdim. Gözləmirdim deyə, hazır deyildim, hekayə məni boş dayandığım yerdə yaxaladı və nokauta saldı.

Mübariz ona CİP-inə görə önyarğılı yanaşmağımın qisasını beləcə aldı. Hətta bir anlıq bu hekayənin hardansa çırpışdırıldığı versiyası ağlıma gəldi. Amma hardan? Bu, Azərbaycan dilinin hadisəsi idi. Mənbəyi hara idi ki, indiyəcən onu görməmişdik?

“Balıq gülüşü”ndən sonra Mübarizlə yaxından tanış oldum. Daha doğrusu, olmaya bilmədim. Və elə bu məqamda köşədəki mütləq səlahiyyətimdən istifadə edib deyim ki, Mübarizlə dostlaşmağımın tarixçəsi “Yalnız öz dostlarınızı təqdir və təbliğ edirsiniz” deyənlərə tutarlı cavabdır. Şəxsən Mən dostların mətnini təqdir eləmirəm, mətnini təqdir elədiyim adamlarla dostlaşıram.

Belə götürəndə xasiyyətimiz nəinki fərqli, hətta biri-birinin əksidir.

O, sakit, soyuqqanlı, mən səs-küylü, qaynar...

O, beş sözün birini deyən, mən bir sözün beşini...

O ağıllı, mən...

Yox, özümüzdən bu qədər də bədgüman olmayaq!

Mübariz Örən haqda yazmaq çətin deyil, hardasa mümkünsüzdür. Onun nəsri nəğmə kimidir. Oxumursan, dinləyirsən. İnsanlar nəğmə haqqında heç vaxt danışa bilmirlər. Danışsalar da nəğməni heç vaxt əvəz eləmir, yanında xəfif qalır. Misal üçün, açın “Yutub”u, Vaqif Mustafazadənin “Düşüncələr”inə qulaq asın və kompüteri bağlayıb onun nə olduğunu bilməyən adama anlatmağa çalışın. Siz nə qədər xəyal qırıqlığına uğrayacaqsınızsa, mən indi o vəziyyətdəyəm. Nə yazım, nə deyim, hansı sözü seçim ki, ona layiq olsun?

Bu yaxınlarda Saday Budaqlının kitab müzakirəsində eyni hissləri yaşadım. Nə qədər danışdım, yenə tənqidçi Məti Osmanoğlunun kitabdan gətirdiyi sitatlardan aşağıda qaldı.

Əsl ədəbiyyatı həmişəbütün haqqında yazılanlardan və deyilənlərdən yuxarıda gördüm. Yoxsa bir mətn haqqında zaman-zaman, dönə-dönə, mütəmadi yazılar yazılmaz, fikirlər söylənməzdi.

“Balıq gülüşü” də, “Qar tanrısı” da bax bu cür mətnlərdəndir.

Yazıçı var, bir sözün beşini dediyi üçün bütün inkişaf prosesini, hətta müxtəlif əhvallarını yaradıcılığında müşahidə edə bilirsən. Misal üçün, Tolstoy, Qorki, İsa Hüseynov...

Yazıçı da var qurulma prosesi onun içində gedir və ortaya mükəmmələ yaxın əsərlər çıxır. Misal üçün, Kafka, Füzuli, Əli Kərim...

Mübariz Örən ikincilərdəndir.

O, müsahibələrinin birində deyir ki, mən 40 yaşında çap olunsam da özümü gecikmiş hesab etmirəm. Haqlıdır. Mübariz 40 yaşacan da yazıb. İçində yazıb, içində redaktə edib, içində cırıb-atıb, yığıb-saxlayıb və məqamı gələndə onu qane edənləri üzə çıxarıb. Biz sadəcə “Balıq gülüşü” və “Qar tanrısı”na qədər yazıçının keçdiyi yolu görməmişik. Onu bizə göstərməyib və əcəb də edib.

“Ağ buludlar” povestini adını qeyd etdiyim və etmədiyim hekayələrin məntiqi yekunu kimi dəyərləndirirəm.

Əvvəla qeyd edim ki, “Ağ buludlar” povest yox, romandır. İndiki ölçülərlə əsərin həcmi buna imkan verir. Amma təbii ki, həcm əsas deyil. Əsər hadisə və süjetlərin çarpazlaşmasına, qaldırdığı mövzunun miqyasına görə də roman sayıla bilər.

Mübariz “Ağ buludlar”da müasir nəsrin bir çox xüsusiyyətlərindən istifadə edərək, məhz mənim oxucu kimi arzuladığım funksionallıq məqamına doğru inamlı addımlar atıb. Həm məzmun, həm forma baxımından.

O.Pamuk son romanı – “Qırmızı saçlı qadın” haqqında danışarkən deyir: “Qədim mətnlər bizim həyatımızı şəkilləndirir.” Və romandakı insanların taleyinə təsir edən mətn kimi “Çap Edip”i seçir. İnsest mövzusunu....

Mübariz bəy də eyni mətni götürür və ona çox incə bir eyham edir. Pamuk qədər məsələnin şərhini vermir.

Çarpaz süjetlərlə əsəri birxətlilikdən, “Çar Edip” və Freydə göndərmələr etməklə birqatlılıqdan çıxarır.

Üstəlik, biz “Ağ buludlar”da müəllifin öncəki kiçik həcmli əsərlərindən fərqli olaraq çarpazlaşan süjetlər, hadisələr, daha geniş planlı situasiyalar görürük.

Ancaq bütün bunlar məsələnin zahiri və “asan” tərəfləridir. Bəs əsas məsələ nədir? Mən onun haqqında heç nə yazmadım. Çünki, bayaq dedim kimi, bu barədə yazmaq və izahat vermək olmur. Olanda da yersiz və məzmunsuz görünür. Bu, “Ağ buludlar”ı ədəbiyyata çevirən amillərdəndir ki, Mübariz Örənin əsas üstünlüyü burdadır. Mətni naxış-naxış, ilmə-ilmə axıracan səbirlə toxumaq məharətində...

“Ağ buludlar” romanı da “Balıq gülüşü” və “Qar tanrısı” kimi oxumayanlara anladılması imkansız olan əsərdir. Bu haqda danışılacaq heç nə yoxdur. Açırsan saytı, jurnalı, kitabı eynən yazıldığı kimi naxış-naxış, ilmə-ilmə oxuyursan və hər şey öz yerini alır.

Artıq sözə və hərəkətə, o cümlədən mənim yazdığım bu yazıya heç bir ehtiyac qalmır.

Paylaş

REKLAM

Yazarın digər yazıları

Xəbər lenti

Gənc gürcü yazıçısı nüfuzlu ədəbiyyat mükafatı qazanıb
13:02 27 May 2019
“Sabir poeziya günləri” keçiriləcək
12:20 27 May 2019
Psixikası yerində deyil, getsin evlənsin - Rəşad Məciddən gənc şairə cavab
11:51 27 May 2019
Bu tip çağırışlar doğru deyil – Qələm adamları son təltiflərdən danışdılar
11:31 27 May 2019
Ədəbi düşüncələr – İlham Qəhrəman yazır...
10:47 27 May 2019
Məşhur türk aktyoru vəfat etdi
10:15 27 May 2019
“Cavad xan” filmi Varşavada nümayiş olunacaq
09:52 27 May 2019
Millət vəkili: “Həbsxanada kitab tapmayanda Çingiz Abdullayevi oxuyurdum” – Müsahibə
09:00 27 May 2019
Kamal Abdullanın ən məşhur şeiri
12:03 26 May 2019
Kann kinofestivalının qalibləri bəlli oldu
11:01 26 May 2019
Xalq yazıçısı Elçin: “O xəbəri atamdan ölənəcən gizlədim” – MÜSAHİBƏ
09:30 26 May 2019
Ailəsinin boşanmağına səbəb olan qız – Hekayə
17:02 25 May 2019
Akif Əlinin “Yaradan” adlı yeni kitabı çıxıb
16:33 25 May 2019
Cavan Zeynallı: "Yıxılacam bu dəqiqə..."
15:48 25 May 2019
Cavan Zeynallı və İlqar Muradova Xalq artisti adı verilib
15:16 25 May 2019
Musa Yaqubun oğlu: “Atam xəbəri eşidib kövrəldi”
14:43 25 May 2019
Kamal Abdulla və Afaq Məsuda Xalq yazıçısı adı verilib
14:23 25 May 2019
Bir qrup mədəniyyət xadimi “Tərəqqi” medalı ilə təltif edilib – Siyahı
14:10 25 May 2019
Ramiz Rövşən, Musa Yaqub Xalq Şairi oldu – Fəxri Adlar - Siyahı
13:55 25 May 2019
Yer kürəsi itirəcək materiklərini... – Borxesdən Şeirlər
13:22 25 May 2019