Salman Rüşdi: “Daha güvənli bir dünya təsəvvür edib yazmağa çalışıram”

Salman Rüşdi: “Daha güvənli bir dünya təsəvvür edib yazmağa çalışıram”
24 yanvar 2017
# 21:00

Dünya şöhrətli yazıçı Salman Rushdie-nin yeni kitabı "İki il, səkkiz ay və iyirmi səkkiz gecə" bir il öncə nəşr olunub. Kitab nağır, pritsa, əsatir stilində yazılıb və yaxın gələcəyin tarixindən bəhs edir. Yazıçı son kitabı haqda "colta.ru" saytına müsahibə verib. Kulis.az Oxu Zalına istinadən həmin müsahibəni ixtisarla təqdim edir.

- Siz “yazıçı” və “hekayəçi” anlayışlarını bir-birindən ayıranda həm də bir ciddi sualın - Yazıçının ictimai məsuliyyəti varmı? - başsındırmasına cavab tapmış olursunuz. “Hekayəçi” öz əhvalatını danışmaqla işini bitmiş hesab edir və əlbəttə ki, bununla gözləntilərdən yaxasını kənara çəkir.

- Bəli bu doğru və həssas bölgüdür. Əlbəttə ki, yazıçının kiməsə borcu olduğunu iddia etmirəm. Onun öz əhvalatını nəql etməkdən və öz əsərlərinə görə cavabdehlik daşımaqdan başqa heç nəyə görə cavabdeh deyil. Yazıçının daxilində onun ən mühüm iş aləti kimi hekayəçinin yatdığını deyə də bilərik, ancaq bir görək bu onun yeganə özünüifadə alətidirmi? Mənim mövqeyim belədir, bəli nağılçılıq yazıçı işinin mühüm aspektidir, bircə bu var ki, o yeganə deyil. Yazıçı qarşısında xeyli başqa vəzifələr də dayanır, uyğun formanı tapmaq, dilə fikir vermək, mövzunu itiləmək, simvolikanın qeydinə qalmaq, leytmotivi unutmamaq və s, bütün bunlar hamısı birgə “hekayəçi” alətini yaradır.

- Son romanınızın dili əvvəlki kitablarınızdakından nəzərə çarpacaq dərəcədə fərqlənir, bu cür fərqliliyə ehtiyac hardan doğdu.

- Hər kitabın öz səsi, öz emosiya və obrazlar lüğəti mövcuddur. Məsəlçün “Florensiya sehirbazı” romanım müəyyən tarixi dövrə aid sürətlərinin oxuya biləcəyi barokko stilindən bilərəkdən istifadə olunub. “Məzhəkəçi Şalimar”da isə başqa səs, daha qaramat və kəskin, yenə də aid olduğu aləmlə səsləşən bir dil qarşımıza çıxır. “İki il” kitabım isə xalq nağılları və tarixin parodiyası, psevdotarix araya girərək süjetlə həmhəng olur.

- Düşünürsünüzmü ki, surətlər də mətnin dili və nəqletmə kimi bir alət ola bilər? Bəzən sizin surətlərə münasibətiniz, şəxsi reaksiyanız çox aydın hiss olunur.

- Fikrimcə müəllif yaratdığı “yaxşı”, həm də “pis” surətləri sevməsə, oxucu da onlara barmaqarası baxacaq. Yaratdığım obrazlara canlı varlıqlar kimi yanaşıram, çalışıram məndən nə gözlədiklərini duyum. Yaradıcılıq müəllifin tiranlığından deyil, bu cür surətləriylə iç-içəlikdən doğur. Çalışıram mətndə amiranəliyimi qısıtlayım, surətlərə meydan verim. Bəhs etdiyim surətlər teoretik yox, öz talelərinin hökmü ilə tamamilə təbii şəkildə yaranıb boy atırlar. Süjetə dalıb getməyi, analizlərə deyil instinktimə uymağı üstün tuturam.

- Əvvəlki kitablarınızda “hakimi-mütləqlər”in – həqiqi və xəyali prezidentlərin, diktatorların, peyğəmbərlərin səsi qulaq batırır. “İki il”də isə siyasət bir küncə çəkilib, önəmsiz bir kölgəyə dönüb.

- Bütün romanları adı dillər əzbəri siyasi xadimlərə həsr etmək mütləq deyil!

Ədəbiyyatın gücünə heç vədə şübhə duymadım, ancaq ucundan tutub ucuzluğa da getmək istəmirəm. Lakin bu da var ki, indi bizimçün düşünmək sənəti hava, su kimi önəmlidir: gərək azad fəzada yaşayıb işlədiyini duya biləsən, - ancaq bu yolla özün öz ağan olduğunu dərk edə bilirsən.

- “İki il...” gələcəyə elə uzaqdan baxır ki, adam gələcəyin varlığına belə şübhə duymağa başlayır.

- Bu haqda nə deyim, bilmirəm. Stiven Dedalus deyir ki, tarix oyanmağa çalışdığım bir dəhşətdir.

- Bu dəqiqə Nyu-yorkda oturub, yaxın illərdə, yeni prezidentin hakimiyyəti ərəfəsində başımıza gələcəklərə görə də qorxu keçirirəm.

- İstəməzdim bu romanım müasir distopiya kimi qəbul olunsun. İndi hamı distopiya yazır, hətta yeniyetmələr üçün yazılan kitablarda da buna tez-tez rast gəlinir. Bax buna görə hamımız üçün daha güvənli bir dünya təsəvvür edib yazmağa çalışıram, ancaq əlbəttə ki, axmaq optimizmdən də qaçıram. Onu da qeyd edim ki, ağrılarla dolu gələcək bizdən çox uzaqdadır. Bu haqda kitabımda daim yada salınır. Hətta yaxşı gələcək belə problemlərsiz ötüşməyəcək.

- Maraqlıdır, Stephen King deyir ki, “Ev heyvanları məzarlığı”nı bitirdikdən sonra bir müddət onu yayımlamaq istəməyib. Maraqlıdır, sizin də yazdıqlarınızda nəyisə dəyişdirmək, ya da ictimailəşdirməmək kimi bir arzunuz olubmu?

- Xeyr, mən heç vaxt içimdəki hansısa fikri boğmaq, ya da susmağa çalışmamışam.

- Bəs “Şeytan ayələri”ni bitirərkən necə bir hiss keçirdiyinizi xatırlayırsınızmı?

- Xeyr, bu o qədər keçmişdə olub ki, indi heç yadımda da gəlmir. Mən çevrilib keçmişə baxmağı sevmirəm. İrəli baxıram və növbəti kitabımı hazırlayıram.

- Bəs oxucu kimi tolerant yanaşa bilmədiyiniz bir şey varmı?

- Ancaq pis yazılmış kitab.

# 775 dəfə oxunub

Oxşar xəbərlər

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

12:00 19 aprel 2024
"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

14:45 18 aprel 2024
Adamın buna kitab deməyə dili gəlmir...

Adamın buna kitab deməyə dili gəlmir...

12:30 15 aprel 2024
Onlar üçün müqəddəs heç nə yoxdur...

Onlar üçün müqəddəs heç nə yoxdur...

17:00 10 aprel 2024
Bu mətnin niyə qələmə alındığını başa düşmədim

Bu mətnin niyə qələmə alındığını başa düşmədim

14:28 10 aprel 2024
Seymur Baycanın qulağından uzaq

Seymur Baycanın qulağından uzaq

15:00 9 aprel 2024
#
#
# # #