writer1

Günel Mövlud

Məqalə sayı

26
clock18:11 calendar-gray 04 Aprel 2011 view-gray756 dəfə oxunub
view-gray756 dəfə oxunub

Nəhəng tısbağa

İnsan – bədbəxt olmağa borcludur. İfadəni düzəldək. Yaxşı insan bədbəxt olmağa borcludur. Və əgər «ilahi ədalət» deyilən bir şey varsa, bu dünyada hamı axırda mütləq bədbəxt olmalıdır.

Amma dirsəyini qotazlı, zərxara mütəkkəsinə yaslayıb, yağlı dodaqları ilə ədviyyatlı qəlyanını sümürə-sümürə xumarlanan qoca və arxayın Şərqin əhli kef ruhuna and olsun ki, biz dünyanın ən xoşbəxt xalqıyıq.

Cəmi cümlətanı on bir olan iqlim tipinin bizdə olan doqquzunu heç sizin üzünüzə tutmuram, hətta 200 milyonluq Rusiyanın, yetmiş milyonluq Turkiyə türklərinin püşkümüzə havayı düşmüş dillərini və bu dillərin müqabilində dünya ədəbiyyatı, dünya kinosuna babat bələdliyimizi mən heç qara quruşa saymıram.

Hətta planetin özü lə yetinməyib, görməmiş-görməmiş bütün qalaktikaya meydan oxuyan, nüvəsi, texnikası, beyin mərkəzləri ilə bəşəriyyəti hürküdüb, cütcünün hürkütdüyü qarğa kimi büzüşdürən nəhəng ölkələri saatlar içərisində muma döndərən təbii fəlakətlərin bizdən yan ötdüyünü belə nəzərdə tutmuram.

Dünya okeandakı dalğaların, küləyin, nə bilim daha hansı hərəkətli təbiət hadisələrinin enerjisini çoxbilmiş-çoxbilmiş cihazlarla istifadə etdiyi, ekologiyaya öz yardımını əsirgəmədiyi bu pis vaxtlarda özümüzün vəhşicəsinə, axırıncı günmüş kimi tükətdiyimiz elektrikdən, mavi yanacaqdan-zaddan da söz salmıram. Bu qlobal, bəşəri məsələlər bir yana, mən heç altı nəfərlik ailədə heç kimin işləmədiyi halda ev əhlinin sanki ruzi doğrudan da göydən, allahdan gəlirmiş kimi, özü üçün bala-bala dolandığını da demirəm.

Biz sadəcə xoşbəxtik. Səbəbsiz, boş-boşuna, eləcənə.

Son vaxtlar şou-biznesə gələn təzə-tər, çiçəyi burnunda, bizim hələ tanımadığımız müğənniləri görəndə içimdə nə vaxtsa eynək taxıb, kitab oxuyacağımıza, dünyada bəzi məsələlərdən hali olandan sonra, bəşəriyyətin taleyi barədə bir az qaramat-qaramat düşüncələrə dalacağımıza ümidim qırıldı.

Axırda hamımızın bədbəxt olacağımıza heç bir güman yerim qalmadı. Ümidim vardı ki, Aygün Kazımova, Rəqsanə, Xatirə, Röya alacaqlarını alıb, verəcəklərini verib, yorulacaq, yaşlanacaq, mikrafonu atıb, nəvə-nəticə oynadanaqlar. Biz də axır ki, «super ulduz», «şou ulduz», «yeni ulduz» eyforiyasından çıxıb, «adama bir yaponiyalını radiasiyadan xilas edək» kimi bəşəri problemlərlə məşğul olacaq, sonra da canımız cəhənnəmə, bədbəxt olub, çıxıb gedəciyik.

Amma, mən bütün dünyada köhnələrin yerinə təzə insanların gəldiyi faktını unutmuşdum. Aygün, Röya, Xatirə qocalmamış, onların yerinə Səfurələr, İlqarələr, Aynaşinlar gəldi və onlarla bir vaxtda dünyaya gələn cinsicırıq, saçı uzun, qulaqları səksən səkkiz sırğalı oğlanlar və hər yeri brekloklu qızları da onlar xoşbəxt eləyəcək.

Amerikan psixologiyasının atası Uilyams Ceyms bir qoca ledi ilə söhbətini danışır. Yaşlı ledi iddia edir ki, dünya nəhəng tısbağanın kürəyində qərar tutub.

Professor Ceyms mümkün qədər nəzakətlə soruşur:

- Hörmətli ledi, onda həmin tısbağa nəyin üzərində dayanıb?

- Bunu bilməyə nə var ki? – yaşlı ledi cavab verir – o da başqa bir nəhəng tısbağanın belində dayanır.

Professor Ceyms yenə də mümkün qədər nəzakətlə soruşur:

- Aydındır. Amma siz mənə deyə bilərsiniz, həmin ikinci tısbağa nəyin üzərində dayanıb?

Professorun onu məntiq tələsinə salmaq məqsədini başa düşən yaşlı ledi deyir:

- Özünüzü yormayın, professor. O tısbağaların sayı-hesabı yoxdur!
Qarıya gülməyə tələsməyin.
REKLAM

Yazarın digər yazıları

Xəbər lenti

Moskvada teatrlar avqustun 1-dən açılır
18:54 08 İyul 2020
Uşaq tabutunda basdırılan kişi - Günel Natiqdən yeni hekayə
18:22 08 İyul 2020
Son 10 ilin ən yaxşı qorxu filmləri - Siyahı
17:49 08 İyul 2020
Venesiya Film Festivalı əvvəlki qaydada keçiriləcək
17:10 08 İyul 2020
Qarabağda “iki” alıb, sinifdə qaldığım Vətən - Ramiz Qusarçaylıdan şeirlər...
16:23 08 İyul 2020
Kuklada uşaqlar üçün tamaşa
15:37 08 İyul 2020
Məşhur rəssamın əsəri tapılıb
14:59 08 İyul 2020
Azərbaycanda orkestr rəhbəri həbs edildi
14:18 08 İyul 2020
Xəsil adam - İlham Əzizdən yeni hekayə
14:10 08 İyul 2020
Səməd Vurğunun tutdurduğu Xalq yazıçısı: sürgündən qayıdanda arvadı başqası ilə evlənmişdi - İnanılmaz faktlar
13:18 08 İyul 2020
Elzanın başındakı qıjıkimilər - Sərdar Amin yazır
12:36 08 İyul 2020
Türkiyəli aktrisa vəfat etdi
12:01 08 İyul 2020
Bu, Allaha qarşı küfrdür – Gənc şair həmkarını tənqid etdi
11:20 08 İyul 2020
“Üzüklərin hökmdarı” geri qayıdır
10:47 08 İyul 2020
Elzanın yeni şəkli müzakirəyə səbəb oldu - Foto
10:12 08 İyul 2020
Kitabxana maraqlı layihəyə başlayır
09:30 08 İyul 2020
Üzündəki ipəyi qaldıranda oğlum özünü çölə atdı - Bircə atasının ölümündən yazır...
09:00 08 İyul 2020
“Çəkməli pişik” onlayn göstəriləcək
18:44 07 İyul 2020
Əfsanəvi musiqiçi vəfat etdi
18:09 07 İyul 2020
Bizim üçün qızılgül – Cavanşir Yusifli yazır...
17:30 07 İyul 2020