writer1

Şərif Ağayar

Məqalə sayı

497
clock13:06 calendar-gray 14 Noyabr 2016 view-gray116 dəfə oxunub
view-gray116 dəfə oxunub

Günel Mövludun ərli qadın söhbəti

Qan Turalı ilə Günel Mövludun söhbətinə sözardı

Qan Turalının 2011-ci ildə çap olunan “Mustafa” romanının redaktoru olmuşam və hələ bu roman çıxanacan yazı-pozu vəsiləsiylə tanış idik.

Onda Tural qan-qan deyən publisistik yazılar yazırdı və heç bizim özümüzü də qəbul eləmirdi.

Ancaq uzun-qısa çayxana söhbətlərində onun yaradıcılıq ehtirasının siyasi çərçivələri aşacağını hiss eləmişdim.

Və bunu müsahibələrin birində demişdim.

Sonralar “Mustafa” romanı haqqında yazanda da həmin nüansı aşağıdakı kimi vurğuladım:

“Tural kimi hazırlıqlı, istedadlı, bacarıqlı, tükənməz enerji ilə çalışan, zəhmətə qatlaşmağı sevən, həmişə oxuyan, öyrənən insanları hər kəs öz yanında görmək istəyir. Mən isə onu ədəbiyyatın, sözün yanında görmək istəyirəm. Seçim əlbəttə ki, Turalın özünündür. Ancaq ilkin işartılar onun sözə sadiq qalacağının göstəricisidir.”

Verdiyim bu sitat həm də “Kulisə toplaşıb biri-birinizi tərirfləyirsiniz” iddiasına cavabdır.

Amma konumuz bu deyil.

Konumuz heç Tural da deyil, Günel də deyil.

Konumuz ədəbiyyat və onun ətrafındakı qrup maraqlarıdır.

Min dəfə yazmışam, yenə yazım ki, ədəbiyyat öz üzərində hər hansı ideyanı qəbul eləmir.

O, çox qısqanc və həssasdır.

Ədəbiyyat necə ki, xaşalqarın məmurluğu, bütün günü qazanc barədə düşünən biznesmenliyi, moşennikliyi, fırıldaqçılığı, yaltaqlığı, reketliyi qəbul etmir, eləcə də radikal siyasi etirazçılığı, qatı dindarlığı qəbul etmir.

Ədəbiyyat üstündəki ideyanın yaxşı və pis olmasına baxmır.

Yaxşı və pis olması heç nəyi həll eləmir.

Özündən yuxarıda yalnız özünü görür.

Haqqında bəhs elədiyimiz söhbət də ədəbiyyatın və sənətin üstündə bəlkə də haqlı olaraq sosial-siyasi təbəddülatlar görən bir dostla, ədəbiyyatın üstündə heç nə görməyən bir dostun söhbətidir.

Özünü həm də ədəbiyyata həsr etmək istəyənlə özünü birbaşa ədəbiyyata həsr edənin mübahisəsidir.

Və qəribəsi nədir?

Özünü ədəbiyyata həsr elədiyinə, qrup maraqlarını ondan yuxarıda tutmamağına görə səni qınayırlar.

Niyə sənin üçün filan, filan məsələlər ədəbiyyatdan öncə gəlmir?

Gəlmir, qardaşım!

Mən də belə dəliyəm!

Siyasət mənə qarışacaq?

Qarışsın!

Qarışsa da ədəbiyyat mənim üçün öz ucalığında qalacaq.

Yanında olmadığım partiya kürəyimdən bıçaq saplasa da söz sənətini bütün bayraqlardan ucada tutacam.

Məşğul olduğum sahədə nəyi yaxşı, nəyi pis edirəmsə, buyur, göstər.

Yaz, tənqid elə, hətta yıx-sürü...

Ancaq məşğul olmadığım bir işlə məşğul olmağa zorlama, onu etmədiyim üçün mənə üstdən aşağı baxıb eqo tatmini yapma.

Ona görə eləmə ki, haqsızsan.

Ona görə eləmə ki, mən deyənin dünyada minlərlə nümunəsi var.

İnsan görmədiyi işlər üçün yarğılanmamalıdır.

İnsan gördüyü işlərdəki yarıtmazlığa, çatışmazlığa görə tənqid olunmalıdır.

İstedadlı bir yazıçını iqtidarçı da, müxalifətçi də, dindar da, hətta Asif Atanın ocaqçıları da öz yanında görmək istəyir.

Kim haqlıdır, kim haqsızdır, bu başqa söhbətdir.

Amma yazıçı üçün bir həqiqət var və o həqiqət ədəbiyyatdır.

İcazə verin sənət öyrənək, ədəbiyyatın yanında olaq, biz də özümüzü buna həsr edək.

Yaza biləndə sevə-sevə oxuyun, yaza bilməyəndə tənqid edin.

Dünya geniş, həyat rəngarəngdir.

Hamı hamının yanında olmalı deyil.

Hər kəs öz yolunda olmalıdır.

Hər kəs öz yolunda düzgün yerimirsə, sağ-sol vurursa, qələm yenə əlinizdədir.

Rahat olun...

Etirazçı ruhunuza görə boynumuza minnət qoymayın.

Zira minnət qoyulan üstünlüklər gerçək üstünlüklər deyildir.

Paylaş

REKLAM

Yazarın digər yazıları

Xəbər lenti

Böyük Azərbaycan şairi məşhur şeirlərini oxuyur - Video
12:11 08 Dekabr 2019
"Yuğ"da yenə "Vəsvəsə" olacaq
18:00 07 Dekabr 2019
Müdirinin katibəsi ilə evlənən kişi - İkinci Mahmudun hekayəsi
17:00 07 Dekabr 2019
İngiltərə Elif Şafakın bu romanını ilin ən yaxşısı elan etdi
16:00 07 Dekabr 2019
Məşhur aktyor sətəlcəmdən dünyasını dəyişdi
15:00 07 Dekabr 2019
Tanınmış şairin qızı Qüdsdə konsert verdi - Foto
14:01 07 Dekabr 2019
Azərbaycanlı naşir: “Kitablarımız Fransanın 70 min kitab mağazasında satılacaq” – Müsahibə
13:28 07 Dekabr 2019
Əlil aktyorların iştirakı ilə "Solğun çiçəklər" nümayiş olundu - Foto
12:30 07 Dekabr 2019
Azərbaycanlı dramaturq 65 yaşında vəfat etdi
12:00 07 Dekabr 2019
Ermitaj Muzeyi Çingiz xan daş kitabəsini Monqolustana hədiyyə etdi
11:20 07 Dekabr 2019
"Bu şəhərdə" 200 minlik "Şabaş"ı təqdim etdi - Foto
10:40 07 Dekabr 2019
"Qaranlıqdan reportaj" təqdim olunacaq
10:00 07 Dekabr 2019
Arvadbaz, dəlisov, qadın düşkünü... - Yeni layihə
09:00 07 Dekabr 2019
Cəmi 1 saata həyatınız dəyişə bilər
21:00 06 Dekabr 2019
"Mələk" filmi nümayiş olunacaq
18:53 06 Dekabr 2019
"Audio Kitab" layihəsində Nəsiminin qəzəlləri səsləndirilib
18:20 06 Dekabr 2019
Bütün dualara əngəldi İsa - Rəşad Nağı şeirlərini oxuyur - Video
17:46 06 Dekabr 2019
Məktəbli qızın oğurlanmasından bəhs edən roman çap olunub
17:21 06 Dekabr 2019
“Sözlər və nəsnələr” kitabı təqdim edildi - Fotolar
16:51 06 Dekabr 2019
Kənan Hacı ABŞ-ın nüfuzlu mükafatını qazanıb
16:20 06 Dekabr 2019