writer1

Şərif Ağayar

Məqalə sayı

497
clock10:45 calendar-gray 02 Noyabr 2016 view-gray152 dəfə oxunub
view-gray152 dəfə oxunub

Seyran Səxavətin zəngi

Bu səhər avtobus basabasında Seyran Səxavətdən zəng gəldi.

Adətən, avtobusda telefonu açmıram.

Səsini alıb cibimə qoyuram.

Adamları narahat etmək istəmirəm.

Çünki, özüm dəfələrlə qulağımın dibində danışanlardan rəncidə olmuşam.

Yeri gəlmişkən, telefonla danışmaq yüksək mədəniyyətdir.

Bəzən, elə adamlar, xüsusən, qadınlar olur ki, lap yaxınında danışır, səsini güclə eşidirsən.

Qibtə edirəm belə adamlara.

Özüm dəfələrlə asta danışmağa çalışmışam, o yandan qışqırıblar ki, nə olub, xəstə-zad deyilsən, səsin niyə çıxmır?

Görünür, tuluğu əvvəldən suya vermişəm.

Hamı səsimi gur görməyə alışıb.

Nə isə...

Bilən bilir, bilməyənlərə dərs olsun: Seyran Səxavətin telefonunu açmamaq olmaz!

Şəmkirə, mərhum Taleh Həmidin yasına gedir.

Amma zənginin səbəbi bu deyil.

Səbəb aşağıda:

“Şamxal Rüstəmdən yazmışdın... Dedim, öyrənim görək, Şəmkirdə yaşayır? Əgər orda yaşayırsa getmişkən, ona da dəymək istəyirəm.”

Məlumat üçün deyim, əslən Şəmkirdən olan Şamxal Rüstəm 80-cilər nəslinin ən istedadlı nümayəndələrindəndir.

Lakin şair kimi taleyi gətirmədi.

Bir az içki, bir az səhlənkarlıq, bir az gündəlik qayğılar, bir az səhhət problemi...

Tanrı ona istedad verdi, şans vermədi.

Talesiz istedad dəhşətli yükdür.

Birinə istedad verib, şans verməmək tanrının yumor hissinin göstəricisidir.

Ələ salır adamı.

Baxıb əylənir.

Şamxal Rüstəm də belə oldu.

Havalı gəldi.

Havası gedəndə baxıb-gördülər ortada beş-altı misradan başqa heç nə yoxdur.

Həyat amansızdır!

Nə günah elədisə, tale cəzalandırdı onu.

Diriykən unudulmağa məhkum elədi.

Ancaq Şamxal Rüstəmi unutmayanlar da var...

Gördüyünüz kimi...

Bir yazıdan yola çıxıb zəng edən, yerini-yurdunu öyrənən, görüşmək istəyən...

Hətta beş-on saniyəlik telefon zənginə bir bənd şeirini də sığışdırmağı bacaran...

Özü də Seyran Səxavət kimi “ağır çəkili” bir adam!

Bəlkə elə o zəng, o bir bənd şeir üçün yaşamağa, yazmağa dəyərmiş?

Necə düşünürsünüz?

Adama istedad verib, tale verməyən ulu göylərin acığına!

Paylaş

REKLAM

Yazarın digər yazıları

Xəbər lenti

Dörd ziyanlı vərdiş - Qismət yazır...
11:41 12 Dekabr 2019
"Instagram" şeirləri ilə məşhurlaşan bu qız 2.5 milyon kitab satdı - Fotolar
11:05 12 Dekabr 2019
Heydər Əliyev Xalq şairinə eyhamla nə dedi? – Maraqlı əhvalatlar
10:36 12 Dekabr 2019
“Ayna” filminin ssenarisi satıldı
10:20 12 Dekabr 2019
Aqşin Yeniseyin romanı satışda - Foto
10:01 12 Dekabr 2019
Hacıbaba Hüseynovun xatirəsi anılıb
09:36 12 Dekabr 2019
Sevgilisinin yerinə roman yazan qadının müəmmalı aqibəti
09:00 12 Dekabr 2019
100 min manat ödəyib Fransadan gəlin gətirən azərbaycanlı - Haqverdiyevin hekayəsi
21:02 11 Dekabr 2019
Anarın əsəri Özbəkistanda çap olundu
18:40 11 Dekabr 2019
Məşhur rejissorun Putinə verdiyi sual Kadırovu əsəbiləşdirdi
18:01 11 Dekabr 2019
Tarantino "Kill Bill-3"-ü çəkəcək
17:23 11 Dekabr 2019
Alber Kamyunu “KQB” öldürüb – Şok fakt
16:46 11 Dekabr 2019
"Joker"in "İrlandiyalı" rəqibi - "Oskar" uğrunda mübarizə gərginləşir
16:05 11 Dekabr 2019
Hüseyn Cavidin oğlunun kitabı çap olundu - Foto
15:28 11 Dekabr 2019
Payız tökülür saçından - Yeni şeirlər
14:47 11 Dekabr 2019
Beynəlxalq Festivalda Milli Qəhrəmanımız haqda film nümayiş olundu
14:20 11 Dekabr 2019
Mirzə Cəlilin tanımadığımız nəticəsi: "Azərbaycanlı qızla evlənmək istəyərəm" - Müsahibə
13:46 11 Dekabr 2019
Nəğməkar Xalq şairi
13:06 11 Dekabr 2019
Əjdər Olun “Lo” romanı təqdim olunacaq
12:37 11 Dekabr 2019
Mən zəmanənin Hüseyniyəm – Nəiminin ağrı-acı dolu vəsiyyətnaməsi – İlk dəfə
12:03 11 Dekabr 2019