“Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı” kitabı təqdim olundu

“Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı” kitabı təqdim olundu
18 oktyabr 2016
# 16:05

Bu gün AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunda Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 25 illiyinə həsr olunan “Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı” adlı kitabın təqdimat mərasimi keçirildi.

Tədbirdə AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəylikitabda müstəqillik dövrü ədəbiyyatının təşəkkülü, formalaşması, ümumi xüsusiyyətləri və müasir inkişaf tendensiyalarının araşdırıldığını, əsas yaradıcı simalarına oçerklərin həsr olunduğunu bildirdi. Qeyd etdi ki, nəşrdə 15 fəsil, onlarla icmal və portret oçerk, yüzdən çox yarımbaşlıq yer alıb. Kitab müstəqillik dövrü Azərbaycan ədəbiyyatının yeniliyini, zənginliyini və təkrarsızlığını ortaya çıxarır.

Akademik İ.Həbibbəyli vurğuladı ki, Azərbaycan Milli Elmlər Akademiyasının 70 illik yubileyində Prezident İlham Əliyev alimlərimizə Azərbaycanın dövlət müstəqilliyinin 25 illiyi münasibətilə kitab yazmağı tövsiyə edib. Prezidentimizin çağırışına cavab olaraq ərsəyə gəlmiş “Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı” kitabı Ədəbiyyat İnstitutunun ədəbi-mədəni ictimaiyyətə yubiley hədiyyəsi, eyni zamanda, müstəqil dövlətçiliyimizin 25 illiyinə elmi hesabatıdır.

Qeyd olundu ki, yeni nəşr kitabın elmi redaktoru, akademik İsa Həbibbəylinin “Müstəqilliyin şərəfli yolu və müstəqillik ədəbiyyatı” adlı geniş “Ön söz”məqaləsi ilə açılır. Məqalədə müstəqillik dövrü ədəbiyyatını yetirən ictimai-siyasi və tarixi-mədəni durum səciyyələndirilir. Ulu öndər Heydər Əliyevin Azərbaycan xalqını dərin uçurumdan qurtaran xilaskarlıq missiyası və yeni dövr ədəbiyyatının formalaşmasındakı tarixi rolu diqqətə çatdırılır. Müasir ədəbiyyatın layiqli yer tutmasında Prezident İlham Əliyevin Ulu Öndərin quruculuq missiyasını davam və inkişaf etdirməsinə, respublikanın qabaqcıl dünya mədəniyyəti kontekstində təmsil olunmasına böyük önəm verilir. Eyni zamanda, məqalədə müstəqillik dövrü ədəbiyyatının xarakteri, tipoloji xüsusiyyətləri, yaradıcılıq prinsip və metodları, inkişaf tendensiyaları və perspektivləri hərtərəfli şərh olunur.

Kitabın birinci cildi “Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı 1990-cı illərdə” adlanır və burada müstəqillik ədəbiyyatının təşəkkül mərhələsi “keçid ədəbiyyatı” kimi xarakterizə olunur. İkinci cilddə isə XXI əsrdən başlayaraq müstəqillik zəminində tam ifadəsini tapan müasir dövr ədəbiyyatından söz açılır və “Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı müasir mərhələdə” adlanır.

İkicildlik “Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı” kitabı Ədəbiyyat İnstitutunun eyniadlı şöbəsində, digər şöbələrin əməkdaşlarının da fəal iştirakı ilə hazırlanıb. Ümumilikdə, kitab üzərində 45 müəllif işləyib.

Nəşrin elmi redaktoru akademik İsa Həbibbəyli, məsul redaktoru filologiya üzrə elmlər doktoru Tehran Əlişanoğludur.

Daha sonra kitabın məsul redaktoru filologiya üzrə elmlər doktoru Tehran Əlişanoğlu “Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı: mərhələlər, problemlər, simalar”mövzusunda məruzəsini təqdim etdi. Məruzəçi müstəqillik dövrü ədəbiyyatının müxtəlif problemlərindən söz açdı.

Tədbirdə Azərbaycanda Atatürk Mərkəzinin direktoru, AMEA-nın müxbir üzvü Nizami Cəfərov, Folklor İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Muxtar İmanov, ADPU-nun kafedra müdiri, filologiya elmləri doktoru, professor Himalay Qasımov, AMEA-nın baş elmi işçisi, filologiya elmləri doktoru, professor Qəzənfər Paşayev, AYB-nin katibi, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid və başqaları çıxış edərək müstəqillik dövrünün bədii ədəbiyyat və ədəbiyyatşünaslıq qarşısında açdığı geniş imkanlardan, təqdim olunan kitabın əhəmiyyətindən danışdılar.

# 791 dəfə oxunub

Oxşar xəbərlər

"Adamın buna kitab deməyə dili gəlmir..." - Orxan Saffarinin hekayələr kitabı haqqında

"Adamın buna kitab deməyə dili gəlmir..." - Orxan Saffarinin hekayələr kitabı haqqında

12:30 15 aprel 2024
"Necə ömür sürmüsənsə, elə də öləcəksən" - Allahın mühakimə etdiyi məmur

"Necə ömür sürmüsənsə, elə də öləcəksən" - Allahın mühakimə etdiyi məmur

09:15 15 aprel 2024
Seyid Hüseyn:  Faciə və qəhrəman - Elnarə Akimova

Seyid Hüseyn: Faciə və qəhrəman - Elnarə Akimova

15:00 14 aprel 2024
Bədbəxtlik, nifrət, sevgi - Dini paklığı pozan ehtiras

Bədbəxtlik, nifrət, sevgi - Dini paklığı pozan ehtiras

15:00 13 aprel 2024
Evləndi, boşandı, yenə evləndi – Çağdaş İsrail hekayəsi

Evləndi, boşandı, yenə evləndi – Çağdaş İsrail hekayəsi

15:00 12 aprel 2024
Onlar üçün müqəddəs heç nə yoxdur...

Onlar üçün müqəddəs heç nə yoxdur...

17:00 10 aprel 2024
# # #