writer1

Mirmehdi Ağaoğlu

Məqalə sayı

537
clock11:44 calendar-gray 11 Oktyabr 2016 view-gray69 dəfə oxunub
view-gray69 dəfə oxunub

Kişilərin xilası da qadınların əlində

Bir sinif yoldaşım var. Dünyagörüşlüdür,zahirən müasirdir. Daxilinə təzə bələd oldum. İlin əvvəli evlənib. Dünən rastlaşdıq. Dedi qızım olacaq, yoxlatdırmışıq. Sonra da səsini qısaraq bir az astadan soruşdu ki, qız uşağı necədi yaxşıdı, səndə oğlandır da?

Məncə bu kiçik hadisə Azərbaycanda qız uşaqlarına qarşı münasibətin hansı səviyyədə olmağının bariz nümunəsidir, özü də Manna dövründə yox, Şirvanşahlar dövründə yox, Səfəvilər dövründə yox, XXI əsrdə.

Təəssüf ki, qızlara qarşı bu münasibət təkcə bizim ölkədə deyil, dünyanın bir çox yerində belədir. Yəqin ona görə BMT 2012-ci ildən bu günü Beynəlxalq Qız uşaqları günü edib. Məqsəd diqqəti qız uşaqlarına qarşı ayrı-seçkiliyə, onların yaşadıqları çətinliklərə, diskriminasiyaya yönəltməkdir.

Bu yaxında filosof Müşfiq Ötgünözünün Facebook səhifəsində belə bir status yazmışdı: “Bəzən fb yuzerləri mənim "qadın tərəfli" olduğumu, onların xoşuna gəlmək üçün bəzi statusları yazdığımı düşünürlər və bunu deyirlər də. Açığı, qohumlar arasında da məni münaqişələrdə qadınların tərəfini tutmaqda ittiham edirlər. Buna çoxdan öyrəşdim.

İzahat verim: bu mənim ən təməl etirazlarımdandır. Uşaqlıqdan gördüyüm və sonra tarixdən öyrəndiklərim mənə anlatdı ki, bəşəriyyət qadına qarşı, üzr istəmirəm, eşşəkcəsinə davranıb. Qul yerinə qoyub. Bunun kultural mexanizmləri mənə zamanla açıldı. Və bu davranışımla mən özümü bu eybəcərlikdən arındırıram sadəcə. Bacardığım qədər.

Arqumentim sadədir: elə dünya qurun ki, gələn dəfə Yer üzünə gəlsəniz qadın doğulmaqda heç bir təhqir və təhlükə görməyəsiniz özünüzçün.”

Müşfiq müəllim demiş, tarix boyu bəşəriyyət qadına qarşı ayrı-seçkilik edib, qadın cinsi mənsubiyyətə görə təhqirlərə məruz qalıb, hüquqları pozulub, qul kimi istifadə edilib. Yalnız XX əsrdə qadınlar öz haqq səslərini ucalda biliblər. Dünyanın müxtəlif yerlərində işıqlı insanlar qadın haqlarının müdafiəçisinə çevrilib, üstəlik qadınlar da öz hüquqlarının müdafiəsinə qalxıblar, feminist təşkilatlar yaradıblar, seksual obyekt olmadıqlarını, bu dünyaya təkcə xörək bişirmək, kişinin qulluğunda durmaq üçün gəlmədiklərini, onların da kişilər kimi eyni hüquqlara sahib olduqlarını, heç bir sahədə kişilərdən geridə qalmadıqlarını bəyan ediblər.

Bununla belə bizim kimi cəmiyyətlərdə qadına qarşı seksist münasibətlər hələ də qalmaqdadır. Mən kişilərin, maskulin fikirlərin dominant olduğu cəmiyyətin münasibətini demirəm, onlarla məsələ aydındır. Təəssüf çox zaman qadınların özləri cəmiyyətin diqtə etdiyi bu ayrı-seçkiliyə boyun əyirlər, könüllü olaraq, bu boyunduruğu qəbul edirlər. Yenə təkrar edirəm, özlərini elə aparırlar, sanki Nuh əyyamında yaşayırlar.

Dəfələrlə rastıma çıxıb. Baxırsan ki, yetkin, gənc qızdır. Necə deyərlər, Allah onu hər şeydən xali etmiş. Belə bir insanın missiyası nə olmalı: fərd kimi cəmiyyətdə görünmək, təhsil almaq, oxumaq, karyera qurmaq, özünü təsdiq etmək...

Amma onlar nə edirlər! Qızlarımız 18 yaşı tamam olmamış ər haqqında düşünürlər. Pis çıxmasın, elə bəzənirlər ki, sanki özlərini vitrinə qoyublar və bizim qızların bu aşırı bəzənməyinin altında təkcə gözəl görünmək istəyi gizlənmir, qarşı cinsə cəlbedici görünmək arzusu da var.

Şükür, daha Orta əsrlərin qaranlığında yaşamırıq. Daha qadınlara ikinci dərəcəli varlıq kimi yanaşılmır, ən azı nəzəri cəhətdən bu anlayışlar artıq oturuşub. Belə olan halda qadınlarımız, qızlarımız, özlərini yenidən boyunduruq altına atmamalıdırlar, məğrur olmalı, öz haqları üçün mübarizə aparmalıdırlar. Öz həyatlarını bu prinsiplər üzərində qurmalıdırlar.

Əgər 18 yaşı tamam olan qız (bəzən daha tez), öz gələcəyi, oxumaq, təhsil almaq, işləmək, karyera qurmaq haqqında deyil, ər haqqında düşünəcəksə və özünü dişi kimi aparacaqsa lap 365 günümüz qadın günü olsun, ağ günə çıxmayacaq.

Çünki hər şey sizin əlinizdədir, əziz qadınlar!

Kişilərin xilası da.

Gününüz mübarək!

Paylaş

REKLAM

Yazarın digər yazıları

Xəbər lenti

“Doktor Jivaqo” hədsiz zəif əsərdir” – Brodskinin qeyri-adi müsahibəsi
21:01 23 Avqust 2019
Onlar 2019-da hamıdan çox qazandılar - Siyahı
19:00 23 Avqust 2019
Nəsiminin 650 illik yubileyinə həsr olunan xatirə pulu buraxılıb
18:24 23 Avqust 2019
Mirzə Cəlilin son cümlələri... - Mehman Qaraxanoğlu yazır
17:29 23 Avqust 2019
“İt gəzdirən xanım” tamaşası yenidən nümayiş olunacaq
16:37 23 Avqust 2019
Tələbəsinə aşiq olan, 20 Yanvarda adamları ölümdən qurtaran aktyor – Maraqlı faktlar
15:45 23 Avqust 2019
Oğru adlandırılan şair danışdı: “Olur belə şeylər"
15:07 23 Avqust 2019
Yaqub Zurufçu: “Ququşun “Ayrılıq" mahnısı seksual səslənir” – Müsahibə
14:58 23 Avqust 2019
İlqar Əlfioğlu yeni verilişdə - Anons
14:20 23 Avqust 2019
Şəhriyar Del Gerani: “Firudin Qurbansoy falıma baxdı...”
13:30 23 Avqust 2019
Mehriban Zeynalova erkən nikahlardan danışır: "Deyirlər, qadın adamın papağını yerə soxandır" - Müsahibə
12:40 23 Avqust 2019
İctimai nəqliyyat təcavüzkarları
11:50 23 Avqust 2019
Rasim Balayevin bağışlanmaz səhvi
11:15 23 Avqust 2019
Filmimiz beynəlxalq film festivalının qalibi oldu
10:36 23 Avqust 2019
Rasim Balayev: “Fərda, Elməddin, Müşviq meymunluğu sənətlə səhv salıblar” - Müsahibə
09:57 23 Avqust 2019
İran Oskara maraqlı bir filmlə qatılacaq: “Fəridənin sorağında”
09:36 23 Avqust 2019
Ərə getdiyi kişi bir il keçməmiş ölür – Bircənin Romanı
09:00 23 Avqust 2019
Elçibəyin oğlu: “Atamı çox qınamışam” - Müsahibə
21:01 22 Avqust 2019
Oğru şairlər: Yafəs Türksəs və başqaları...
19:04 22 Avqust 2019
“Manqurt” nümayiş ediləcək
16:02 22 Avqust 2019