writer1

İmir Məmmədli

Məqalə sayı

3
clock12:01 calendar-gray 03 Oktyabr 2016 view-gray180 dəfə oxunub
view-gray180 dəfə oxunub

Adi üzüyün sehri

Kulis.Az yazıçı İmir Məmmədlinin “Sehrli üzük” essesini təqdim edir.

Bütün nağılların süjetləri və atributları kimi sehrli üzük də dünyanı dolaşıb,

vaxtaşırı ayrı-ayrı millətlərin barmaqlarını bəzəyib. Bəzilərinə öz ölçü-biçisiylə uyğun gəlib, bəzilərinin barmaqlarını sıxıb, amma öz sehrini itirməyib, vəd verdiyi xeyri gətirib.

Bizim nağıllarımızda da həmin üzük hamıya tanışdır. Nağılın baş qəhrəmanı ilə birlikdə biz də onu dəfələrlə barmağımıza taxıb ürəyimizdən keçənləri elə nağıllarımızın qəhrəmanları kimi hövləki diləmişik.

Bizim nağıllarımızda sehrli üzükdən, sehrli quşdan, sehrli balıqdan, ümumiyyətlə bütün sehrlilərdən üç arzu diləmək, üç şey istəmək mümkün olub. Nağıl personajlarımız da belə bir fövqəladə fürsətdən məharətlə faydalanaraq hər üç imkandan geninə-boluna istifadə ediblər.

Məni bu yazıda həmin kontekstdə maraqlandıran bir ingilis nağılındaki sehrli üzüyün nağıl taleyidir.

Nağıllarda olduğu kimi, bir nəfər yoxsul ingiltərəli öz bəxtini – qismətini axtarıb tapmaq məqsədilə yola düşür. Az gedir, üz gedir, dərə-təpə düz gedir... Min bir əzab əziyyətdən sonra xoş bir təsadüf nəticəsində, ehtimal olunduğu kimi, ona bir sehrli üzük verirlər.

- Bu üzükdən yalnız bir arzunu ,ən böyük diləyini istəyə bilərsən...- Üzüyü verən müəmməlı varlıq belə deyir.

Fikir verin, üç yox, üzük yalnız və yalnız bir arzunu çinləşdirə bilər.

Kişi üzüyü öz barmağına taxıb, şad xürrəm halda gəldiyi yolla üz qoyur geriyə sarı.

Mənzil uzun olduğundan yolüstü bir yerdə gecələməli olur. Fəqət sadəliyindənmi, sadəlövhlüyündənmi, qonaq evindəki otaq yoldaşına barmağındakı sehrli üzük barədə danışır.

Gecənin bir vaxtında kişinin gözünə yuxu gedəndə otaq yoldaşı onun barmağındakı üzüyü çıxardıb əvəzində zahirən sehrli üzüyə oxşayan öz barmağındakı adi üzüyü kişinin barmağına taxır.

Bəxt axtaran kişinin bundan xəbəri olmur, səhər durub yoluna davam edir.

Təpələrdən yel kimi, dərələrdən sel kimi keçib, nəhayət gəlib öz evinə çatır.

Evə çatan kimi arvad-uşağı sevindirir ki, var-dövlətlə qayıda bilməsə də, elə bir sehrli üzük gətirib ki, o, ən böyük istəklərini yerinə yetirə bilər.

İstəsələr, üzükdən ardıbuzovlu bir inək diləyə bilərlər, istəsələr, bir cüt öküz, istəsələr bir anbar taxıl və yaxud gözəl bir ev arzulaya bilərlər. Üzük də bu arzunu həmin an gerçəkləşdirəcəkdir. Amma şərt şərtdir, bütün bu şeylərin içindən ən vacibini seçib onu istəməlidirlər, vəssalam .

Uzun sürən ailə məşvərətindən və götür-qoydan sonra, belə qərara gəlirlər ki, sehrli üzükdən ardı buzovlu, bolsüdlü bir inək istəsinlər. Sonra fikirləşirlər ki, üzüyün yeganə imkanını buna sərf etməyə dəyməz, gəl zəhmətə qatlanaq, əməyimizin sayəsində bir az pul toplayaq, inəyi özümüz alaq, üzükdənsə daha əhəmiyyətli, daha dəyərli bir şey istəyək.

Bu minvalla zəhmətə qatlaşıb bol məhsullu bir inək alırlar.

Sonra üzükdən yeri şumlamaq üçün bir cüt öküz istəməyin üstündən də keçirlər, işləyib, süd pendir satıb bir cüt öküz alırlar.

Sehrli üzükdən ev istəməyi də rəva bilmirlər, düşünürlər, üzük qoy sonraya, daha vacib işlər üçün qalsın, evi özümüz tikərik. Ev də tikirlər.

Xülasə, nağıl belə bir sonluqla bitir ki, üzük yenə də İngiltərədə həmin ailənin yetmiş yeddinci nəslindədir. Onu heç kəs hər hansı bir xahiş üçün qıymır, hər şeyi özləri qurub-yaratmağı üstün tuturlar, üzüyü isə daha vacib bir arzu üçün nəsildən-nəslə miras verirlər... Və həmin üzüyü candan əziz saxlayan o tayfa bilmir ki, üzük sehrli deyil, adi üzükdür.

El ədəbiyyatının başqa janrları kimi nağıllar da bu və ya digər xalqın arzularını, xüsusiyyətlərini, milli xarakterini və ətraf mühitə, həyata münasibətini əks etdirir. Burası heç şübhəsiz belədir.

Bir çox millətlərin nağıllarında tələm-tələsik istifadə olunan sehrli üzüyün bu nağıldakı taleyi, doğrudan da, ingilis xalqının haqqında, onun milli xüsusiyyətləri barədə nə çox şey deyir.

Amma bu barədə düşünərkən məni bir şey də maraqlandırır, görəsən, yol qırağı qaldığı yerdə yoxsul kişinin barmağından sehrli üzüyü çıxarıb oğurlayan adam hansı millətə mənsub idi. Hadisə məhz qonaq evində baş verdiyindən demək olar ki, o bəlkə də, ingiltərəli deyildi, olsun ki, tale onu sehrli üzüyün dalınca bu ölkəyə qonaq gətirmişdi.

Bəlkə də, oğru da ingiltərəli idi, kim bilir...

REKLAM

Yazarın digər yazıları

Xəbər lenti

Tanınmış rejissor vəfat etdi
16:38 30 Mart 2020
Koronavirus dünyanı necə dəyişəcək: ağlagəlməz ehtimallar
15:59 30 Mart 2020
Teatrdan evdə qalan tamaşaçılara jest - Repertuar
14:56 30 Mart 2020
"Qızıl palma budağı", "Oskar", "Qızıl Qlobus"... - Mükafatların qənimi “Parazitlər” filminin sirri
14:11 30 Mart 2020
Rüstəm İbrahimbəyovla Nikita Mixalkov arasında nə baş verir? - Açıqlama
13:30 30 Mart 2020
Günəmuzd işləyənlərin ölümlə rəqsi - Səhər Əhməd yazır...
12:44 30 Mart 2020
Koronavirusa tutulan və sağalan yazıçıdan qeyri-adi açıqlama
11:35 30 Mart 2020
"I Live Rockn Roll" hitinin müəllifi dünyasını dəyişdi
11:09 30 Mart 2020
Kafkanın ölümündən sonra kuklanın içindən çıxan məktubu
10:33 30 Mart 2020
Babəkin oğlunu oynayan aktyor: "Yerdən siqaret kötüyü yığırdıq" - Müsahibə
08:59 30 Mart 2020
Milli Kitabxanadan 30 min manatlıq jest
17:40 29 Mart 2020
Filmlərin yayımı və nümayişi qaydalarına dəyişiklik edilib
17:01 29 Mart 2020
Şəfiqə Məmmədova ordenlə təltif edilib
15:45 29 Mart 2020
Komada olanda Alim Qasımovu onun yanına niyə çağırdılar? - Müğənni Şəfa haqqında maraqlı faktlar
15:00 29 Mart 2020
Mədəniyyət Nazirliyi yeni layihəyə start verib
14:15 29 Mart 2020
Spirtlə dəstəmaz almaq zamanı
13:31 29 Mart 2020
Mərhum Xalq artistinin qonşusu: "Binamızın problemini bircə təbəssümlə həll etdi"
12:30 29 Mart 2020
Dünyanın ən qədim şeiri - 4 min yaşlı mətn
11:41 29 Mart 2020
AzTV-dən evdə darıxanlara sürpriz
11:03 29 Mart 2020
Şərif Ağayarın hekayəsi: “Şeqlov üsulu”
09:30 29 Mart 2020