Nizami Gəncəvinin yanlışı

Nizami Gəncəvinin yanlışı
21 aprel 2016
# 11:09

Dahi Nizamiyə görə, insan insandan yalnız elminə görə üstün ola bilər.

Buna oxşar klassik deyim və əhvalatlar dünyanın hər tərəfində var.

İstər antik yunan olsun, istər qırmızı dərili hindu, istər qıyıq gözlü buddist...

Bütün zaman və məkan arealında insanın elmə sahiblənməsi onun ən üstün cəhəti hesab olunub.

Ancaq zaman göstərir ki, bəşəriyyətin elmə yiyələnməsi hələ dünyanın xilası demək deyil.

Çünki elmini “kötü işlərə” sərf edənlər çoxdur.

Ona görə, Nizaminin məlum-məşhur qənaətinin zamanımıza uyğun balaca bir düzəlişə, teorik dillə desək, yenidən dəyərləndirməyə ehtiyac duyulur.

İnsanın dəyəri onun elmindən də artıq həqiqətə münasibətindədir.

Zira, həqiqətin yanında olmayan, onu müdafiə etməyən, onun əleyhinə çevrilən alimdə heç bir üstünlük ola bilməz.

Əksinə, savadlı alimdə “kötü”lük kvadrata, kuba yüksəlmiş olur.

Belə çıxır ki, Nizami səhv deyib?

Təbii ki, yox.

İnsan həqiqətin nə olduğunu bilmək üçün mütləq elm öyrənməli, məntiqli, təfəkkürlü olmalıdır.

Cahil insan həqiqətin nə olduğunu bilmir, ona görə onun mənəvi təmizliyi heç bir sosial məzmun kəsb etmir.

Özündəşey olaraq qalır.

Müasir insan hökmən elmli olmalıdır.

Ancaq bu, hələ azdır.

O, həm də haqqın yanında olmalı, onu müdafiə etməkdən çəkinməməlidir.

Yoxsa alimi-biəməl olaraq qalacaq.

...Kasıb bir komada min-bir əziyyətlə böyüyən qohumum ötən il test imtahanlarından 672 bal toplamışdı.

Bu münasibətlə keçirilən şadlıq məclisində mən də iştirak edirdim.

Orda kimsə gözlədiyim duanı elədi: Allah kasıb uşaqlarına bu imkanı yaradanlara bu dünyada da, o dünyada da kömək olsun!

Hamı amin dedi.

Artıq tələbə adını almış qohumum da həmçinin.

Fürsəti qaçırmadan üzümü qohumuma tutub başladım danışmağa.

Dedim, bu işlər dua eləməklə bitmir.

Sən bu fürsəti sənə verənlərə xatir həyatın boyu təmiz yaşamalı, öz savadından “kötü işlər” üçün istifadə etməməli, eyni zamanda “kötü işlər”ə alət olmamalısan.

Əks halda bu haqq sənə halal olmaz və gerçək mutluluğu tapa bilməzsən.

Dürüstlüyün cavabı dürüstlükdür.

Dürüstlüyə cavabın əyrilikdirsə sən adam deyilsən və olmayacaqsan.

Şərə qulluq edən alimdən səfeh bir hambal yaxşıdır.

Ən azı cəmiyyətə ziyan vurmadığına görə...

Məsələ təkcə elmdə deyil.

Həm də niyyətdədir.

Və hətta əsas məsələ...

# 915 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
#
#
# # #