writer1

Ayxan Ayvaz

Məqalə sayı

421
clock15:03 calendar-gray 11 Aprel 2016 view-gray133 dəfə oxunub
view-gray133 dəfə oxunub

Kitablara düşən savaşlar

Ayxan Ayvaz

Ədəbiyyatın əbədi və əzəli mövzuları var: ölüm, yaradılış, tanrı, sevgi, xeyir-şər və s. Bir də var müharibə mövzusu. Əslində bütün bu mövzular zəncirvari şəkildə müharibə mövzusunda birləşir. Biz bu əsərlərdə ölümü də görürük, sevgini də, xeyri-şəri də.

Müharibədən bəhs edən məşhur əsərlər var: Şoloxov “Sakit Don”, Tolstoy “Hərb və Sülh”, “Hacı Murad”, “Kazaklar”, Hemenquey “Əlvida, silah”, Nikolay Qoqol “Taras Bulba”, Mixail Bulqakov “Ağ qvardiya”, Remark “Qərb cəbhəsində yenilik yoxdur” və s.

Çanaqqala döyüşündəki bir hadisəni xatırlayaq.

Bir gün döyüşə tələbələri gətirirlər və onlar müharibədə iştirak etmək istədiklərini deyirlər. Komandir uşaqlardan soruşur:

- Siz heç müharibədə olmusunuz?


Uşaqlardan biri cavab verir:


- Yox… Amma filmlərdən, romanlardan necə bir şey olduğunu təxmin edirik.

Komandir gülümsünür və əsgərlərin birinin qulağına pıçıldayır ki, getsin bir-iki top atsın. Əsgər əmri yerinə yetirəndə uşaqlar hay-küylə ora-bura səpələnir, qorxudan titrəməyə başlayırlar. Komandir deyir ki, uşaqlar, müharibənin içində olmaq çölündə olmağa bənzəməz. Sizin gördüyünüz, oxuduğunuz müharibə səhnələri yalnız aysberqin bir üzüdür.

Yuxarıda sadaladığım bir çox əsərlər bizi həmin dövrün ab-havasına, müharibənin dəhşətlərinə aparır. “Sakit Don”da kazakların həyatı qəfil başlayan Birinci Dünya Müharibəsi ilə tamam başqa rəng alır: xəyanətlər, aldanışlar, nifrət başlayır. Yazıçı Don çayının lal-dinməz yerində durmasını təsvir edərək, bunun fonunda insanların müharibədən əvvəlki və sonrakı xarakterlərini ustalıqla təsvir edir.

Tolstoy “Hərb və sülh”ü 6 ilə yazıb. Rus və fransız müharibəsinin dəhşəti, axıdılan qanlar, dağıdılan evlər və eyni zamanda çirklənmiş rus elitası. Tolstoy yazır ki, I Aleksandr kefcil, ədabaz bir adamdır, günü bal-maskaradlarda qadınlarla vals oynamaqda keçir. Fransızların hücum xəbərini də elə belə ziyafətlərin birində eşidir. Məğlubiyyətdən sonra ruslar barışıq imzalayır. İkinci mərhələdə isə rus xalqı Rusiyanın istiqlaliyyəti uğrunda vuruşur, bu dəfə isə başçı Kutuzovdur. Napoleonun işğalçı ordusu rus torpaqlarından qovulur.

Müharibələrin dəhşətini, insanların ikiləşməsini, dəyişməsini, ölümü, göz yaşını, evindən didərgin olan insanları göstərir bu əsərlər. Biz özümüzü orda döyüşən qəhrəmanların yerində görürük, güllələrin səsi, atılan toplar bizi səksəndirir. Ya da döyüşənləri həsrətlə gözləyənlərin yerində hiss edirik özümüzü.

Həyatın amansız qaydaları olur: sənin yaşadığın torpağı ələ keçirtmək istəyən, acımasızca insanları güllələyən işğalçılar sakit, şad-xürrəm keçən gözəl günlərin üstündən qalın bir xətt çəkir.

Müharibədən bəhs edən əsərlərdə həyat iki hissəyə bölünür:

1. Müharibədə keçən amansız həyat;

2. Döyüşənləri həsrətlə gözləyən qadınlar, qocalar və uşaqlar.

Hər anı qorxu, səksəkə içində keçən günlər. Bəzən müharibənin içində olanlar deyil, arxa cəbhədə öz sevdiklərini gözləyən insanlar daha çox əzab çəkirlər. Müharibələr bu insanları dəyişdirir, əsəblərini sıradan çıxarır. Ancaq döyüşdən qayıdanın qarşısında özünü sındırmır, vüqarlı tutur. Çünki bilir ki, bəzən müharibə labüd olur.

Əlbəttə, müharibə amansızdır, heç kim heç kimin ölümünü istəmir. Bu əsərlər də müharibənin dünyanın ən gözəl, möhtəşəm bir şey olduğunu demir. Sadəcə müharibənin də bizim həyatın tərkib hissəsinə çevrildiyini deyir və başqalarının bədbəxtliyi üzərində xoşbəxtlik yaratmaq istəyən işğalçıların amansızlığını təsvir edir. Müharibəni də yaradanlar məhz bu cür düşünən beyinlərdir. Onlar şair demiş, günəşin, axar suyun düşmənidirlər. Onların üzündən torpaqlar işğal olunur, insanlar öldürülür, göz yaşları dayanmır, ailələr, nəsillər bədbəxt olur.

Hər şey keçib gedir, döyüşlər, qorxu içində keçirilən gecələr, güllə səsləri və s. Ancaq bütün bu dəhşətlərin sonrakı izləri heç vaxt yaddan çıxmır.

Müharibədən bəhs edən əsərlər müharibələrdən sonra qalan xatirələrdir. Şəhərlər işğal olunur, ancaq xatirələri işğal etmək heç vaxt mümkün deyil...

REKLAM

Yazarın digər yazıları

Xəbər lenti

Koronovirusun əlacını tapan qazaxlı - Qismət yazır...
12:30 21 Fevral 2020
Müslüm Maqomayevin həyatı serial oldu - Video
11:59 21 Fevral 2020
5 aya 250 kitab oxuyan uşağın sirri
11:29 21 Fevral 2020
Hüseyn Cavid Sibirə aparılanda ondan nə istəmişdi? - Abdulla Şaiqin evindən reportaj
10:57 21 Fevral 2020
Tanınmış aparıcıdan Manaf Ağayevlə bağlı sərt sözlər: "Dəlisiniz?"
10:29 21 Fevral 2020
Aşıq Alının kitabı təqdim olunacaq
10:20 21 Fevral 2020
Bu gün Rübabə Muradova anılacaq
09:57 21 Fevral 2020
O gecə şeytanla mazaqlaşdım - Bircənin romanı
09:00 21 Fevral 2020
Yazıçımızın kitabı rus dilində - "Əsir qadın"
18:49 20 Fevral 2020
Coys ildırımdan, Hiçkok yumurtadan, Hitler sudan qorxurdu - Məşhurların qeyri-adi qorxuları
18:11 20 Fevral 2020
Rejissor və ailəsi koronavirusdan dünyasını dəyişdi
17:28 20 Fevral 2020
Albalı ağacı - Hekayə
17:04 20 Fevral 2020
Osmanlı sultanının cib saatı satışa çıxarıldı
16:30 20 Fevral 2020
Nüfuzlu film festivalına start verildi
15:48 20 Fevral 2020
Tanrının qısqandığı qadın - Şəhla Nihandan yeni hekayə
15:09 20 Fevral 2020
Gənc pianoçumuza "Qran-pri" verildi
14:30 20 Fevral 2020
"Qladiator"un qəhrəmanı vəfat etdi
13:52 20 Fevral 2020
Silvestr Stallone tanınmaz halda - Foto
13:12 20 Fevral 2020
Qızı ona görə özünü öldürdü - Tanınmış şairdən maraqlı faktlar
12:27 20 Fevral 2020
Qadın başı kəsən Manaf Ağayev
12:02 20 Fevral 2020