writer1

Ayxan Ayvaz

Məqalə sayı

487
clock15:43 calendar-gray 15 Mart 2016 view-gray478 dəfə oxunub
view-gray478 dəfə oxunub

Mənim Novruzum

Ayxan Ayvaz

Uşaq vaxtı Novruz gələndə həm sevinirdik, həm də bərk qorxurduq. Nənəm deyirdi ki, orda zopalı adamlar səni vurarlar, bir də ayılmazsan. Amma uşaq ki uşaq. Maraq məni üstələyərdi. Kəndin uşaqlarına qoşulub şənliyə gedərdim.

Bizim Muğanlı kəndində Novruz bayramı martın 22-də qeyd edilir. O vaxtdan indiyəcən. Özü də hər məhəllədə tonqal qalandığını, camaatın onun başına yığışdığını görməmişəm. Bizdə bayram elə-belə keçirilmirdi, əməlli-başlı dəm-dəsgah olurdu.

Nənəm demiş, qara geyimli, əlində zopa olan adamlar, bərli-bəzəkli qızlar, kosa, keçəl, rəngarəng paltarda qarşımıza çıxanlar vardı şənlikdə. Novruz yumurtası kimi rəngli keçirdi bizim bayramımız.

Bayramda kəndin cavan-cantaraq, qolu güclü oğlanları hazırlıq görürdülər. Kəndin mərkəzi yerində tamaşa tribunası qurulurdu, müxtəlif personajların paltarlarında kəndin əhalisini şənləndirən oğlanlar onları Novruzun gəlişi ilə təbrik edirdilər.

Kənd camaatı da qoşulurdu “rəngli adamlar”a, evdə tapdıqları qəribə geyimləri əyinlərinə keçirib zurna-balabanın səsinə qol qaldırıb oynayırdılar.

Xəz dərili geyimlərin üstündə çoxlu sayda zınqırov asılırdı. Yeridikcə əsim-əsim əsirdi zınqırovlar. Səslərinə itlər cavab verirdi: hərəsi bir tərəfdən hürüşürdü. Bu vaxt üzlərində aslanı təsvir edən maskalılar qabağa yeriyib nadinc uşaqların üstünə hücum çəkirdi, zopalarla onları vurub yerə yıxırdılar. Təzə-təzə onlardan yaman qorxurduq, sonra elə alışdıq ki, bizi vurmaları üçün az qala yalvarırdıq.

Çox maraqlı keçirdi Novruz şənliyi. Heç bitməsini istəməzdik. İndinin özündə də hərdən qohumlarımız Novruz şənliyindən şəkillər göndərirlər mənə. O şəkillər uşaqlığıma qaytarır məni. Yadımda qalan bir şey də var. Həmişə Novruz bayramı şənliyində üç bayraq asılırdı bir ağacın budaqlarından: Gürcüstan, Azərbaycan və Türkiyə bayraqları.Mən şəkillərdə yenə o bayraqları görürəm. Ancaq hər dəfə bu bayraqların sayını artırıram və bütün ölkələrin bayraqlarını tutmuş adamlar gözümün qabağına gəlir.

Əsl bayram elə bu olardı: bütün insanların toplaşdığı, dil, din, irq ayrı seçkiliyi etmədən, doya-doya, əylənə-əylənə, bir-birini sevə-sevə yaşamaq, yaşamaq.

Dünya bir bayram şənliyində birləşsə və heç bir millət digərindən seçilməyə. Bir mahnıda deyildiyi kimi; bütün dünya buna inansa, həyat bayram olsa, insanlar əl-ələ tutuşsa, birlik olsa...

REKLAM

Yazarın digər yazıları

Xəbər lenti

Nana sevirdi - Nərmin Kamaldan hekayə
12:31 17 Yanvar 2021
“Ah, bu uzun sevda yolu” onlayn nümayiş ediləcək
17:20 16 Yanvar 2021
“Əli Kərim deyib ki, məndən yaxşı yazır” - Azərbaycanlı şairin son müsahibəsi
16:30 16 Yanvar 2021
Muzey və sərgi salonları bu tarixdən fəaliyyətə başlayacaq
15:17 16 Yanvar 2021
Çıxın dağlara-daşlara səpələnək, atışaq - Eyvaz Əlləzoğlunun hekayəsi
13:32 16 Yanvar 2021
20 Yanvarla bağlı sənədli film çəkilir - Video
12:15 16 Yanvar 2021
"Xəmsə möcüzəsi" müsabiqəsinə start verildi
11:15 16 Yanvar 2021
Fuad Poladov: “Nəyə görə həbs olunduğumu bilməliydim” – Müsahibə
09:00 16 Yanvar 2021
Onu babasının adıyla çağırdılar, "başı Sovet çəkici ilə əzilməlidir" dedilər, ardıcıl iki dəfə sürgün etdilər - Almas İldırımın məşəqqətli həyatı
20:45 15 Yanvar 2021
“Santa Barbara” serialının qəhrəmanı vəfat etdi
18:46 15 Yanvar 2021
Milli Teatr Vətən müharibəsi iştirakçısını işlə təmin etdi - Foto
18:19 15 Yanvar 2021
Azərbaycanlı rəssamın ABŞ -da fərdi sərgisi açıldı
17:37 15 Yanvar 2021
Cəfər Cabbarlı ilə Səməd Vurğun Onu niyə anlamırdılar?
17:14 15 Yanvar 2021
Görkəmli ingilis rejissorun kitabı Azərbaycan dilində - İlk dəfə
16:30 15 Yanvar 2021
Yaşamak bir ağaç gibi... – Günün şeiri
15:51 15 Yanvar 2021
Ərə vermək üçün yaşını artırdılar, prokuror qaynı oğlunu əlindən aldı, evində ölü tapıldı - Məşhur aktrisanın film kimi həyatı
15:11 15 Yanvar 2021
Netflix “Leyli və Məcnun” filmini çəkdi: Azərbaycanlı oğlan və İndoneziyalı qız - Video
14:31 15 Yanvar 2021
Şuşaya Üzeyir bəylə qayıtmağın fəziləti
14:07 15 Yanvar 2021
Kişiləri öldürüb özü uzun yaşayan qadınlarımız: Dəhşətli statistika
13:29 15 Yanvar 2021
Tacikistan mediası "Nizami ili"ndən yazır
12:45 15 Yanvar 2021