writer1

Cəlalə Nəzəroğlu

Məqalə sayı

22
clock13:30 calendar-gray 21 Yanvar 2016 view-gray422 dəfə oxunub
view-gray422 dəfə oxunub

Məhv olmuş hədiyyələr

Gecə növbəsinin səssizliyini dəhlizdəki tibb bacılarının laqqırtısı pozurdu. Xəstələrdən deyəsən, heç kəsin şikayəti yox idi. Ayağa durdu, pəncərəni açıb təmiz havanı ciyərlərinə çəkdi. İşdəki, evdəki məsələləri yenə də fikrində dağdan arana, arandan dağa apardı. Siqareti sümürdükcə gözlərini qıyırdı. Fikrini yayındıran dəhlizdən eşitdiyi mahnı səsi oldu. Səs yüksək deyildi, amma qapı açıq olduğundan, aydın eşidilirdi-Elza Seyidcahan oxuyurdu. Əsəbiləşdi, “Bunlar özlərini harada hiss edir”,-deyə düşündü, qızları danlamaq üçün iti addımlarla qapıya tərəf getdi. Qapıya çatanda yerində mıxlanmış kimi dayandı. “Hardan düşdün sən yadıma bu gecə?”... Mahnıdan süzülüb gələn bu cümlə onu dondurdu. Üzündən bir kölgə keçdi. Qapıya yaxın stulda oturdu.

Yadıma düşmüsən sən yenə bu gecə,

Sənsiz bilməmişəm baharı, qışı.

Yağıb taleyimə qəm yağışı...

Gözləri doldu. Boğazı göynədi. Çox ağrıdı boğazı, “Gərək sabah özümü müayinə eləyim, qalxanabənzər vəzim nə yaman ağrıdı”,-deyə düşündü. Mahnı davam edirdi:

....

Bir solan güləm sənsiz...

Qəfildən yerindən sıçradı. “Gül!”. Pəncərəyə tərəf atdı özünü. Jalüzü tələsik kənara çəkib nəyisə axtardı. Sonra dəhlizə cumdu:

- Qızlar, mənim otağımda dibçək var idi. Kim götürüb onu?

- Doktor, o, çoxdan solub, aparıb anbara qoymuşduq-bəlkə qabından istifadə etmək olar deyə.

Nəsə demək istədi, dodaqlarını möhkəm sıxıb susdu, pilləkənləri iki-iki adlayaraq anbara getdi. İçəri girib dibçəyini axtardı, dəliyə dönmüşdü. Aləmi bir-birinə qatdı. Tapdı. Yarpaqları yox idi. Qurumuş gövdəsi qalmışdı. Qucağına alıb otağına gətirdi. Qapını arxadan bağladı. Gövdəsində bir yaşıllıq görmək ümidiylə bıçağı götürüb torpağı eşələməyə başladı. Ağlayırdı. Uşaq kimi, anasının öldüyünü bilə-bilə ona sarılan uşaq kimi ağlayırdı. Bir ovuc torpaq götürüb öpdü. Ayağa durdu. Torpaqlı əlləri ilə üzünü tutub hönkürdü. Yadına bir şey düşdü...

Bir dəfə “Sənə ad günündə bir hədiyyə verəcəm, amma sonra zamanı gələndə onu səndən geri istəyəcəm”,-demişdi. Amma doğum günündə dibçəyi hədiyyə göndərəndə içindəki kartda “Bunu səndən geri almayacam” yazılmışdı. O zaman anlamamışdı. İndi başa düşdü mənasını. Qadınanlamışdı ki, insan qədrini bilməyən, onu parça-parça eləyib başqalarının ümidinə buraxan adam başqa bir canlıya yaxşı davrana bilməzdi. Hədiyyəni ona görə geri istəməyəcəkdi ki, istədiyi anda dibçəyin çoxdan məhv olacağını dərk etmişdi...

Necə də haqlı imiş! Bu an onu görmək istədi, amma mümkün deyildi, yarpaqları çoxdan solmuşdu, qurumuşdu, torpağa qarışmışdı qadınının xatirəsi-elə özü kimi...

REKLAM

Yazarın digər yazıları

Xəbər lenti

Şəhidlərə həsr olunmuş kitab işıq üzü görüb
16:30 30 İyul 2021
Qısa hekayə: Yanğın
15:30 30 İyul 2021
Xalqı efirdən partizan hərəkatına çağıran Xalq artisti - O, İlhamə Quliyeva ilə eşq yaşamışdımı?
14:26 30 İyul 2021
Hüquqşünas teatra rəhbər gəldi
13:40 30 İyul 2021
Rejissorumuz beynəlxalq festivalda jüri sədri oldu
13:06 30 İyul 2021
İçimizi yanır! – Türk sənətçilərin yanğın harayı
12:20 30 İyul 2021
Türkiyə evimizdir - evimiz yanır
11:45 30 İyul 2021
Yazıçımız Beynəlxalq ədəbiyyat festivalında qalib gəldi
11:21 30 İyul 2021
Ssenarimiz Ukraynada ən yüksək balı topladı
10:40 30 İyul 2021
Özü torpağın altında, saatı cibimdə... - Orxan Cuvarlı yazır
10:09 30 İyul 2021
Tural Abbaslının hay-küyü, Aysel Əlizadənin kukla eksperimenti - “Elin sözü” düzdürmü?
09:01 30 İyul 2021
Ən gözəl sevgilərlə xərçəng belə sağalar - Bahar Zamanının şeirləri
21:00 29 İyul 2021
Kino Günü açıq havada qeyd olunacaq
18:06 29 İyul 2021
Müəllifi kim öldürüb? - Qismət yazır...
17:20 29 İyul 2021
Azərbaycan almanlarından bəhs edən kitab çıxdı
16:51 29 İyul 2021
Dünya şöhrətli musiqiçi vəfat etdi
16:07 29 İyul 2021
APA TV-yə yeni baş direktor təyin olundu
15:21 29 İyul 2021
Rus məktəbində oxudu, əxlaqsız qadına görə “KQB”-yə çağırıldı, ad günündə öldü: Nəbi Xəzri onu niyə şilləylə vurmuşdu? - Xalq yazıçısının qeyri-adi həyatı
15:01 29 İyul 2021
İngiltərə şahzadəsinin toy tortu hərraca çıxarıldı - Foto
14:34 29 İyul 2021
Kukla Teatrı şəhid övladlarına tamaşa göstərib
14:01 29 İyul 2021