news-inner
clock15:28 calendar-gray 30 Oktyabr 2015 view-gray296 dəfə oxunub
view-gray296 dəfə oxunub

Mühacirətşünaslıqda böyük addımlar - İSA HƏBİBBƏYLİ

Kulis akademik İsa Həbibbəylinin Abid Tahirlinin 60 illiyi münasibəti ilə yazdığı “Mühacirətşünaslıqda böyük addımlar və ya Azərbaycançı mühacirətşünas” məqaləsini təqdim edir.

Azərbaycan ədəbiyyatı tarixinin ayrı-ayrı istiqamətləri sırasında “mühacirət ədəbiyyatı” yeni anlayışdır. Məlum olduğu kimi, keçmiş Sovetlər İttifaqı dövründə “mühacirət” anlayışı qadağan edilmiş, unutdurulmuş bir məfhum olmuşdur. Yalnız XX əsrin 80-ci illərindən sonra xaricdə yaşayan həmvətənlərlə əlaqə sahəsində müəyyən canlanma “mühacirət” anlayışının mehini Azərbaycan ictimai və elmi mühitinə gətirmişdir. Nəhayət, “mühacirət ədəbiyyatı”, onun ardınca isə “mühacirətdə ədəbiyyatşünaslıq irsi” istilahları elmi dövriyyəyə daxil olmuşdur. Məhz həmin dalğanın işığında müstəqillik dövründən etibarən Azərbaycan mühacirət ədəbiyyatının ardıcıl və sistemli tədqiqinə başlanılmışdır.

Abid Tahirli ölkəmizdə Azərbaycan mühacirət ədəbiyyatının ilk tədqiqatçılarındandır. Bir tədqiqatçı kimi o, elmi mühitə “mühacirət ədəbiyyatı” anlayışı ilə eyni vaxtda gəlmişdir. Bəlkə belə demək daha doğru olar ki, Abid Tahirli çağdaş Azərbaycan mühacirət ədəbiyyatşünaslığının əsas yaradıcılarından biridir. Bütün hallarda Abid Tahirli Azərbaycanda mühacirət ədəbiyyatı haqqında elmi təmsil edənlərin ön sıralarında gedir. Onun mühacirətşünaslıq sahəsindəki fəaliyyəti məhsuldar, ardıcıl və sistemlidir. Abid Tahirlinin Azərbaycan mühacirət ədəbiyyatına aid tədqiqatları genişlənməkdə davam edir. O, Azərbaycan mühacirət ədəbiyyatını, mühacirətdə yaranan ədəbiyyatşünaslıq irsimizi və mühacirət mətbuatını üzvi əlaqədə, birlikdə öyrənir. Buna görə də onun tədqiqatları geniş mənada Azərbaycan mühacirət ədəbiyyatı haqqında tam, bitkin və ümumiləşmiş təsəvvür yarada bilir. Xüsusən, Abid Tahirlinin Azərbaycan mühacirət mətbuatının tədqiqi sahəsindəki ardıcıl və sistemli fəaliyyəti mühacirətşünaslıqda xidmət adlandırılmağa layiqdir. İkicildlik «Azərbaycan mühacirət mətbuatı», «Azərbaycan mühacirət mətbuatında publisistika (1921-1991)», «Azərbaycan mühacirət mətbuatının biblioqrafiyası» kitabları ilə Abid Tahirli mühacirət epoxasının böyük salnaməsini yaratmışdır. Onun bu sahədəki çoxillik fəaliyyətini mühacirətşünaslıqda böyük və uğurlu addımlar adlandırmaq olar.

Ümumiyyətlə, Abid Tahirlinin yaradıcılığında da publisistikanın xüsusi yeri vardır. O, elm yönlü Azərbaycan publisistikasının yeni dövrünün əsas simalarındandır. Elmi əsərlərindəki publisistik ruh onun yazılarına həyatilik, canlılıq, şərh, aydınlıq gətirir. Vətəndaşlıq mövqeyini də Abid Tahirli elmi publisistika ilə ifadə edir. İdeoloji-siyasi mövqe baxımından Abid Tahirli azərbaycançıdır. Azərbaycan mühacirət ədəbiyyatı tədqiqatçısının Azərbaycançılıq cazibəsindən kənarda olması heç bir halda məqbul sayıla bilməz. Abid Tahirli geniş mənada elmi-publisist əsərləri ilə azərbaycançılıq idealına ləyaqətlə və müvəffəqiyyətlə xidmət edən vətəndaş ziyalıdır. “İdrak işığında”, “Bütün türklərin tərcümanı”, ”Məktəb: tariximiz, taleyimiz”, “Mətbuat: aynamız, salnaməmiz” kimi əsərləri Abid Tahirli məramının, idealının, yaradıcılıq imkanlarının aydın ifadəsidir. Müəllifi olduğu böyük işlərin – 15 kitabın, o cümlədən 5 monoqrafiyanın işığında Abid Tahirlinin gələcək elmi-publisistik fəaliyyətinin geniş üfüqləri və yeni vəzifələri də aydın görünür.

2015

news-inner-user

19451 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

Səndən ayrılanda, dağlar, cavandım - Günün şeiri
14:15 28 İyul 2021
Boşanmadan ikinci qadınla evləndi, ölümündən sonra oğlu meydana çıxdı, müəmmalı qəzada öldü – Səxavət Məmmədovdan 10 maraqlı fakt
13:30 28 İyul 2021
Səməd Səmədovun dəfninə gəlmədilər - Giley
12:40 28 İyul 2021
İşıqları keçirib yazanlar
12:00 28 İyul 2021
Dərnəgülün qansoranları – Vüsal yazır…
11:20 28 İyul 2021
“Fəryad 2” filminə kişi axtarırlar – 15 manata
10:40 28 İyul 2021
Müğənni 56 yaşında öldü
10:05 28 İyul 2021
Votsapda beş roman yazan xanım: “Mənim davam internetdəki əxlaqsız kişilərlədir” - Müsahibə
09:00 28 İyul 2021
Homoseksual kralın aşiq olduğu bəstəkar
21:00 27 İyul 2021
Özbək şairi 44 günlük müharibədən kitab yazdı
18:51 27 İyul 2021
Adam öldürmək istəyirəm - Yeni hekayə
18:01 27 İyul 2021
Bakıda caz müsabiqəsi elan olunub
17:09 27 İyul 2021
Taleh Yüzbəyovdan yeni film gəlir - Fotolar
16:13 27 İyul 2021
7 il nişanlı qaldı, tələbəsi ona aşiq oldu, rus qızına görə oğlunu evdən qovdu – Xalq yazıçısından 10 maraqlı fakt
15:30 27 İyul 2021
Seyran Səxavət “Nizami Gəncəvi” mükafatına layiq görülüb
15:27 27 İyul 2021
Ermənilər yazıçımızın ailəvi fotosunu oğurladılar – Nadir fakt - Foto
14:45 27 İyul 2021
Əməkdar mədəniyyət işçisi vəfat etdi
13:52 27 İyul 2021
Nərimanovun 5 yaşlı oğluna yazdığı o məktubdan sonra… – Çingiz Hüseynov yazır
13:30 27 İyul 2021
Buker mükafatının uzun siyahısı açıqlanıb
12:29 27 İyul 2021
Anar: “Əkrəm Əylislini qəbul edərəm, ancaq bir şərtlə...” – Müsahibə
12:01 27 İyul 2021