news-inner
clock09:00 calendar-gray 21 Oktyabr 2015 view-gray225 dəfə oxunub
view-gray225 dəfə oxunub

Rusiyada heykəli olan yeganə türk aktyor

O, Türkiyənin ən məşhur və sevilən komediya aktyorlarından biri idi. Xərçəng xəstəliyi 67 yaşında onun həyatına son qoydu.

Aktyorun həyatı

Zəki Ləvənt Kırca 1948-ci il 28 sentyabrda Samsunda dünyaya göz açıb. O, Ankara Dövlət Konservatoriyasının “Teatr” fakültəsinin məzunu olub. Aktyor səhnə həyatına 1964-cü ildə Ankara Dövlət Teatrında başlayıb. O zamanlar Ləvənt Kırca Cüneyt Çökçerin tələbəsi idi. 1966-cı ildə tələbə olduğu zaman “Buzlar əriyəndə” teatr tamaşasında rol aldı. Aktyor müxtəlif zamanlarda “Orxar Erçin Teatrı”, “Maltəpə Komediya Teatrı”, “Ankara Birlik Səhnəsi”də və s. çalışıb. Kırca, Vasif Öngörən sayəsində epik teatrla tanış olub. Onun teatrında “Adam adamdır”, “Asiyə necə qurtular?”, Əziz Nesinin “Yaşar nə yaşayar, nə yaşamaz” tamaşalarında iştirak edib.

Daha sonra televiziyada fəaliyyətə başlayan Kırca bir çox serialın prodüserliyini öz üzərinə götürdü. Eyni zamanda seriallarda rol aldı. Bunlar “Sağlıq olsun”, “Nə olar, nə olmaz”, “Nəsrəddin Xoca oyun qatarı”, “Siz olsanız nə edərdiniz?”, “Bu oyunu necə oynamalı?” serialları idi.

Kırca 1978-ci ildə “Altınşəhər” adlı filmlə kino həyatına başladı. Aktyor “Nə olacaq indi?” (1979) və “Mavi Muammər” (1985) adlı filmlərdə rol aldı. Eyni illərdə “Arkadaş Kabare”, 1980-ci ildə isə “Levent Kırca” teatrlarını yaradıb. Bundan sonra “Ölərsən Gülməkdən” (2000), “Son” (2001), “Şeytan bunun harasındadır?” (2002) və “Özünü burax getsin” (2004) filmləri ilə karyerasına davam edib. 2004-cü ildə aktyor eyni zamanda “Ağa qızı” serialında da oynamağa başladı.

Kinodan oynamaqdan başqa Kırca həmçinin “Son” filminin ssenarisini yazdı, eyni zamanda “Son” və “Şeytan bunun harasındadır” filmlərinin rejissorluğunu öz üzərinə götürdü. Ləvənt Kırca 2006-cı ildə “Reytinq qəsəbəsi” filminin də rejissoru olub.

Aktyor bir yandan filmlərlə məşğul olurdu, digər yandan isə “Hodri Meydan Birliyi” adlı Teatr Qrupunu yaradırdı. Bu teatr qrupu ilə “Səfillər”, “Üç ata Həsən”, “Qadıncıqlar”, “Gözəl və çirkin” tamaşalarını hazırlayıb.

Ləvənt Kırcanı tamaşaçıların yaddaşına daha yaxşı həkk edən, daha çox sevdirən 1988-ci ildə başlayıb 22 il davam edən “Olacaq o qədər” serialı oldu. Serialdakı “Kiçik Hüsaməddin”, “Cevat Kəllə”, “Bestami” kimi tiplər uzun illər yaddaşlardan silinmədi. Serial eyni zamanda bir çox gənc istedadı teatra qazandıra bildi. Aktyor 2002-ci ilin sonunda “Ləvənt Kırca TV” adlı kanal yaratdı, ancaq bu, cəmi 3 ay davam edə bildi, daha sonra bağlandı. Bu səbəbdən aktyor bir neçə gün RTÜK-ə (Radyo ve Televizyon Üst Kurulu) etiraz olaraq aclıq aksiyası keçirdi.

Ləvənt Kırca 2009-cu il bələdiyyə seçkiləri zamanı “Demokratik Sol Partiyası”ndan Üsküdar bələdiyyə başqanlığına namizəd olub. Ancaq o, bu seçkilər zamanı dördüncü sırada yer alaraq məğlub oldu.

Ləvənt Kırca 1998-ci ildə Mədəniyyət Nazirliyi tərəfindən verilən “dövlət sənətçisi” adına layiq görülüb. Ancaq son zamanlar siyasi qalmaqallar və “Gəzi parkı” hadisələri ilə gündəmdə olan aktyorun “Dövlət sənətçisi” adı bu ilin aprelində ondan alınıb. Aktyor AKP hökumətinə qarşı sərt mövqedə idi.

Ləvənt Kırca Sankt-Peterburqda yerləşən Mum fiqurları Muzeyində heykəli olan yeganə türk aktyorudur. Kırca 2011-ci il 1 martdan gündəlik çıxan “Aydınlıq qəzeti”nin köşə yazarı idi. O, həmçinin 2013-cü ildən ölən gününə qədər “Ulusal” telekanalının idarə heyətinin sədri olub. Kırca 2014-cü il martın 30-da keçirilən bələdiyyə seçkisində Fəhlə Partiyasından İstanbul bələdiyyə sədrliyi üçün namizədliyini irəli sürsə də 0.2% səs toplayaraq təkrar məğlubiyyətlə üzləşib.

Şəxsi həyatı

Ləvənt Kırca ilk dəfə 1975-ci ildə TRT-nin əməkdaşı Nur Dinərlə ailə həyatı qurub. On il davam edən ailə həyatı 1985-ci ildə boşanma ilə nəticələnib. Bu evlilikdən cütlüyün Oğulcan və Özdeş Kırca adlı iki oğlu var.

Levent Kırca ikinci həyat yoldaşı ilə iki dəfə evlənib. Aktyor ikinci dəfə elə boşandığı il, yəni 1985-ci ildə aktrisa Oya Başarla ailə həyatı qurub. Cütlük 2000-ci ildə boşanıb. Daha sonra 2001-ci ildə ikinci dəfə evlilik həyatı quran cütlük 2005-ci ildə yenidən ayrılıb. Bu evlilikdən onların Ümid və Ayşə adlı iki övladı var.

Ölümü

Ləvənt Kırca ilk dəfə 2000-ci ildə xərçəngə tutulub, ancaq bunu hamıdan gizlədib. Son zamanlar aktyor qaraciyər xərçəngindən əziyyət çəkirdi. Verdiyi müsahibələrin birində Kırca “Mən həyatın haqqını verərək yaşadım, ölümdən qorxmuram” demişdi. Aktyor xaric getməkdən imtina edərək öz ölkəsində dövlət xəstəxanasında müalicə olunurdu. O, bununla bağlı açıqlamasında demişdi: “Mən də Atatürk kimi özümü türk həkimlərinə əmanət etdim...”

Aktyor iyul ayından bu yana Marmara Universiteti Pendik Təhsil və Araşdırma Xəstəxanasında müalicə olunur, kimyaterapiya qəbul edirdi. Son bir həftədə vəziyyəti daha da ağırlaşmışdı.

Aktyor oktyabrın 12-i yerli vaxtla saat 02:40 radələrində müalicə olunduğu xəstəxanada vəfat edib, o Zincirlikuyu qəbiristanlığında dəfn edilib.

Oxşar xəbərlər

Xəbər lenti

Ukrayna Milli Kitabxanasında Azərbaycan guşəsi açılacaq
18:31 27 Noyabr 2020
Qayıtdı gülləri yığıb başına, vətən gülşəninin Xarı bülbülü! – Yeni şeirlər
17:44 27 Noyabr 2020
Tələbənin universitetdən qovulması haqlı qərardırmı?
17:09 27 Noyabr 2020
"Qarabağ Azərbaycandır" adlı kitab nəşr olundu
16:34 27 Noyabr 2020
Rejissorumuzun da iştirak etdiyi festivalın qalibləri elan olundu - Siyahı
15:53 27 Noyabr 2020
Nənəsini yemək üstündə ağlatdı, xəstəliyinə görə yardım istədi, işdən çıxarılan gün həyat yoldaşı öldü – Məşhur diktordan maraqlı faktlar
15:11 27 Noyabr 2020
Məşhur Meksika filmlərinin ssenari müəllifi vəfat etdi
14:31 27 Noyabr 2020
İşğaldan azad olunan Xanabert qalası
13:53 27 Noyabr 2020
"Anamın kitabı" filmi gəlir - Yaxında
13:11 27 Noyabr 2020
Mənə ölümümdən yol verin... - Ötən gün dünyasını dəyişən şairin şeirləri
12:31 27 Noyabr 2020
Onlayn dərsdə gülməli vəziyyətə düşən müəllimlər
11:50 27 Noyabr 2020
Qorxu bilməyən işçimiz - Elçin yazır...
11:10 27 Noyabr 2020
Lalə Məmmədovadan duyğu dolu etiraf yazısı: “Hamınızı aldatdım!”
10:28 27 Noyabr 2020
Mirzə Cəlil haqda yeni kitab çıxdı – Dərs vəsaiti kimi təsdiq edildi
09:54 27 Noyabr 2020
Onsuz yaşaya bilmərəm - Bircənin romanı
09:00 27 Noyabr 2020
Tanınmış şairə vəfat etdi
21:10 26 Noyabr 2020
Pənahəli xanın dağıdılmış imarəti
18:37 26 Noyabr 2020
Müvəqqəti komendantlıqlar üzrə iclas keçirildi
17:49 26 Noyabr 2020
Nə yaxşı görüşdük, nə yaxşı yenə - Ən gözəl Kəlbəcər şeirləri
17:01 26 Noyabr 2020
Döyüşçü oğlunu ağladan səbəb - Hekayə
16:17 26 Noyabr 2020